Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2017-ci ilin II rübünün yekunları üzrə rayonun sosial-iqtisadi inkişafının yekunları barədə

12 iyul 2017 | 16:00

H E S A B A T I

İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin ikinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Ölkə başçısı qeyd etmişdir ki, bütövlükdə Azərbaycan 2017-ci ilin ikinci yarısında uğurla inkişaf edib, qarşıda duran bütün vəzifələr icra olunub, ölkəmiz daha da güclənib və beynəlxalq əlaqələrimiz daha da dərinləşib. Həm bizim bölgəmizdə, həm dünyada narahatedici məqamlar kifayət qədər çoxdur. Azərbaycan bu bölgədə və dünyada sabitlik məkanı kimi tanınır. Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində öz gələcəyini qurur.
Bu ilin altı ayında beynəlxalq əlaqələrimiz daha da fəallaşıb. İlin altı ayında 10 xarici səfərin beşi Avropa ölkəsinə, beşi müsəlman ölkəsinə olmuşdur.
         Bu il Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir:              V Qlobal Forum, IV Mədəniyyətlərarası Dialoq Forumu, IV İslam Həmrəyliyi Oyunları, 24-cü Xəzər neft-qaz sərgi və konfransı.
Xarici siyasətimizin əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Dağlıq Qarabağda növbəti qondarma, qanunsuz, dırnaqarası referendum keçirilmişdir. Avropa İttifaqı, Amerika, Fransa, Rusiya, İran, Gürcüstan “referendum”u tanımadılar. Ermənistan  həmişə çalışır ki, həm danışıqları pozsun və onlara təzyiq artdıqca təxribat törətsin.  Növbəti təxribat bu ayın 4-də Füzuli rayonunun Alxanlı kəndində baş verdi. Balaca Zəhranın və onun nənəsinin öldürülməsi erməni faşizminin eybəcər sifətini bütün dünyaya göstərdi.
         Bu il də hərbi potensialımızın gücləndirilməsinə böyük diqqət göstərilir. Yeni silahlar, ən müasir texnika alınır. Azərbaycanda iki yeni hərbi zavod fəaliyyətə başlamışdır.
Məcburi köçkünlərin problemləri həmişəki kimi bu il də diqqət mərkəzində olubdur. Son illər yüzə yaxın qəsəbə salınmışdır. Cocuq Mərcanlı qəsəbəsində 50 ev, məktəb, Şuşa məscidinin bənzəri olan məscid tikilib, yol çəkilib, bütün infrastruktur yaradılıb. Növbəti 100 evin, tibb məntəqəsinin və digər lazımi obyektlərin tikintisi üçün də vəsait ayrılmışdır. Tərtərdə, Sumqayıt və Bakı şəhərlərində həm yeni şəhərciklər tikilir, həm köçkünlər üçün mənzillər alınır və onlara verilir. Masazırda, Sumqayıtda, Qaradağ rayonunda  təşəbbüslər irəli sürülür. Qaradağda min köçkün ailəsi məskunlaşacaq.
Azərbaycanda yaradılan şərait nəticəsində yüzlərlə, minlərlə sahibkar öz fəaliyyətini genişləndirir. Sahibkarlar da öz növbəsində sosial məsuliyyəti dərk etməlidirlər. Qaradağ rayonunda sahibkarlar tərəfindən öz vəsaitləri hesabına 1000 mənzillik şəhərciyin tikilməsi çox yaxşı təşəbbüsdür.
  Sosial məsələlərin həlli daim diqqət mərkəzindədir. 5 milyondan çox insan bu il pulsuz müayinədən keçmişdir. 26 tibb müəssisəsi tikilmiş və təmir edilmişdir. 20-dən çox modul tipli məktəb tikilmişdir. İlin sonuna qədər onların sayı 100-ə çatmalıdır.
Bütün bu uğurlara nail olmaq üçün güclü iqtisadi potensial olmalıdır. Qeyri-neft iqtisadiyyatımız altı ayda 1,7 faiz artıb. Bu aparılan iqtisadi islahatların nəticəsidir.  Qeyri-neft sənayesi daha çox artıb.  Burada artım 4,4 faizdir.
          Ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub.
Valyuta ehtiyatlarımız artıb və bu günə 40,6 milyard dollar təşkil edir. Çünki ilin əvvəlindən bu günə qədər valyuta ehtiyatlarımız təxminən 3 milyard dollar artıb.
Bu il 122 min yeni iş yeri açılmışdır ki, onlardan 101 mini daimi iş yeridir. 24 min iş yeri bağlandı.
            Xarici ticarət dövriyyəsinin göstəriciləri də müsbətdir. Bu ilin altı ayında ixrac 36 faiz artıb. Burada da ən önəmlisi qeyri-neft ixracıdır. Qeyri-neft ixracı altı ayda 27 faiz artıb.
İdxal 15 faiz azalıbdır. Müsbət saldo 1,9 milyard dollar təşkil edir.
Kənd təsərrüfatı da 2,2 faiz artıbdır.
          Keçən il iqtisadi, maliyyə sabitləşməsi ili olmuşdur.
          Bu il inkişaf ili olacaq.
          İlin əvvəlindən makroiqtisadi vəziyyət sabitdir. Ancaq son aylar ərzində demək olar ki, qiymətlər sabitləşib. İstehlak qiymətlərinə daim nəzarət olmalıdır ki, süni qiymət artımına yol verilməsin. Buna heç bir əsas yoxdur. Çünki makroiqtisadi sabitlik təmin olunur. Manatın məzənnəsi neçə aydır ki, sabitdir.
      Xüsusilə sənaye parklarının yaradılması uğurla gedir. Sumqayıt Sənaye parklarında, Mingəçevir Sənaye Parkında 9 zavod tikiləcəkdir. Bu zavodların fəaliyyəti nəticəsində 5 mindən çox iş yeri yaradılacaqdır.  Balaxanı Parkında 5 zavod hazırdır. Neftçala Sənaye Zonasında yaxın vaxtlarda iki müəssisə işə başlayacaq. Pirallahı adasında iki dərman zavodunun təməli qoyuldu. Masallı Sənaye Zonasında isə artıq torpaq sahəsi ayrılıb və 30 milyon manatdan çox investisiya təklifi qəbul edilib.
        Aqrar sahədə yeni aqroparkların yaradılması geniş vüsət almışdır. Bu günə qədər dövlətin maliyyə dəstəyi ilə 32 iri fermer təsərrüfatı yaradılmışdır. İndi 38 böyük aqropark yaradılır. Tezliklə  aqroparkın yaradılması ixrac potensialımızı böyük dərəcədə artıracaqdır.
Keçən il 51 min hektarda pambıq əkilmişdisə,   bu il 136 min hektarda pambıq əkilibdir. Pambıq həm gözəl ixrac məhsuludur, dünya birjalarında satılır, eyni zamanda, Mingəçevir Yüngül Sənaye Parkının fəaliyyəti üçün də resurs bazasıdır. İyirmidən çox rayonda pambıq becərilir.
Baramaçılıqda çox ciddi dönüş var. 2015-ci ildə cəmi 200 kiloqramdan bir qədər çox barama tədarük edilmişdi. Keçən il 70 ton barama tədarük edilmişdir. Bu il 244 ton yaş barama tədarük edildi. Otuz rayonda baramaçılıq inkişaf edir. Qax Barama Damazlıq Mərkəzi yaradılacaqdır. Şəki ipək kombinatı indi daha böyük həcmlə işləyir.
İtirilmiş tütünçülüyü də bərpa edirik. On üç rayonda tütünçülüklə məşğul olurlar. Keçən ilə nisbətən tütünçülük üçün nəzərdə tutulan əkin sahələri 35 faiz artıb. İndi 3200 hektarda tütün becərilir.
Çayçılığın bərpası istiqamətində işlər gedir. Çəltikçilik cənub zonasında hazırda geniş vüsət alır. Zeytun     -   keçən il 300 ton ixrac etmişik.  Çox gəlir gətirən sahə fındıqçılıqdır. Bizim hazırda fındıq bağlarımızın sahəsi təqribən 30 min hektardır, bəlkə də bir qədər çox. Qarşıya vəzifə qoyulub ki, əlavə 40 min hektarda fındıq bağları salınsın. Bu proses gedir və bu 40 minin 18 mini artıq əkilib.   Kartofçuluq  ən gəlirli sahələrdən biridir. Heyvandarlığın inkişafı bizə imkan verəcək ki, özümüzü süd məhsulları ilə, ətlə tam təmin edək. Biz o rəqəmlərə yaxınlaşırıq.
        Heyvandarlıq iki faizdən çox artıb. Yaradılan 38 aqroparkın içində, o cümlədən heyvandarlıq kompleksləri də var Şəkər çuğunduru 27 rayonda 14 min hektarda əkilibdir. Soya -  19 rayonda 9300 hektarda əkilib. Badam bağlarının 500 hektar sahədə salınması nəzərdə tutulur. Badam emalı zavodunun tikintisi də nəzərdə tutulmalıdır. Taxılçılıqla bağlı məsələlər daim gündəlikdədir.  36 rayonun 136 yaşayış məntəqəsində 150 subartezian quyusu qazılacaq və deməli, 375 min insan bundan istifadə edəcək. Əvvəlki illərdə qazılmış quyular hesabına 1 milyon 300 min insan bu imkanlardan istifadə edib.
İnşaat sektorunun canlanması müşahidə olunur. İndi Bakıda 100-dən çox hündürmərtəbəli bina tikilir. Qəzalı binaların yerində yeni binalar tikilir. Onların sayı 80-ə yaxındır. Bir-iki ilə 80-dən çox uşaq bağçası istifadəyə veriləcək.
Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə 29 bina tikilir. “Ağ şəhər”də onlarla bina inşa olunub. Bu üç istiqamətdə artıq 100-dən çox binanın inşaat işləri aparılır.            Dövlət İnvestisiya Proqramı uğurla icra olunur və tam icra edilməlidir. Buraya məktəb, xəstəxana, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, infrastruktur layihələri, yol salınması və sair daxildir.    
Bu il infrastruktur layihələrinin icrası davam etdirilmişdir. Qazlaşdırma səviyyəsi artıq 93 faizə çatmışdır. Qarşıya 95 faiz hədəfi qoyulub. Elektrik təsərrüfatı yenilənir.  Kənd yolları layihələri icra edilir. Şərti olaraq biz bu layihəni “40 kənd yolu” layihəsi adlanır,  içməli su layihələri icra edilir.   
   Bakı şəhərində böyük yol infrastrukturu layihələri icra edilir, yeni yollar açılır. Bu yaxınlarda da yeni yol açılmışdır. “Sovetski” adlanan ərazidə müasir yol infrastrukturu artıq istismara verilmişdir.  İndi Təzəpir məscidinin önü açılıbdır, orada park olacaq. Azərbaycan Dövlət Dram Teatrının arxasında - yol infrastrukturu yaradılan ərazidə də ictimai yerlər, parklar, bağlar, salınacaq, ağaclar əkiləcək ki, bunlar Bakı şəhəri üçün, yeni bir “ağ ciyər” olacaq. Hacı Cavad məscidinin yeni binasının tikintisi gedir.           
İxracın coğrafiyası da genişləndirilməlidir.    Azərbaycan indi bir neçə Körfəz ölkəsinə kənd təsərrüfatı və emal məhsullarını ixrac edir. Avropa ölkələrində, Körfəz ölkələrində, Asiya ölkələrində bizim məhsullara maraq var, “Azexport” portalının yaradılması da bu istiqamətdə atılan çox ciddi bir addımdır.
       Kənd təsərrüfatı və emal məhsullarının ixracı,  Sənaye məhsullarının ixracı artıb.
     Sahibkarlara 6 ayda güzəştli şərtlərlə 63 milyon manat kredit verilibdir. Ümumiyyətlə, bütövlükdə güzəştli şərtlərlə iki milyard manat kredit verilib. İnvestisiya təşviqi mexanizmi özünü tam doğruldub. İnvestisiya təşviqi mexanizminin işə düşməsindən sonra məhz bu təşəbbüsə görə Azərbaycana 1,6 milyard manat dəyərində investisiya qoyulub.
Bu il turizmin inkişafı sevindiricidir. Turistlərin sayı 25 faiz artıbdır. Formula-1 yarışının auditoriyası dünya miqyasında 500 milyon insandır. Beş yüz milyon insan Bakının gözəlliyini gördü.  Turist axının daha da böyük olacağını nəzərə alaraq, Bakıda və bölgələrdə yeni otellərin tikilməsinə böyük ehtiyac var. Sahibkarların bu sahəyə investisiya qoymaları məqsədəuyğundur.
       Özünüməşğulluq proqramı üzrə artıq bir çox ailələrə dövlət tərəfindən maliyyə dəstəyi göstərilir və tövsiyələr verilir ki, onlar öz ailə biznesini necə qursunlar və onların ünvanlı dövlət sosial yardımına ehtiyacı qalmasın.
Gələn ildən başlayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin öz vəsaiti yaradılacaq və o vəsaitlə minlərlə ailə özünüməşğulluq proqramı ilə əhatə oluna bilər. Birinci mərhələdə hər il 5-10 min ailə dövlətdən bu dəstəyi almalıdır. Beləliklə, 5-6 faiz səviyyəsində olan işsizlik də aradan götürüləcək və ünvanlı yardıma da ehtiyac qalmayacaq.
Beləliklə, Möhtərəm Prezidentimiz 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarını müsbət qiymətləndirərək qarşıda duran vəzifələri müəyyənləşdirmişdir.

       Respublikamızda əldə olunan uğurlar hər bir bölgədə olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunun sosial-iqtisadi  həyatında da öz əksini tapmışdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında irimiqyaslı layihələr həyata keçirilmiş, nəhəng quruculuq işləri davam etdirilmişdir. Nəsimi rayonu ərazisində cari ilin 2-ci rübü ərzində keçirilən bir sıra tədbirlərdə Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev, Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişlər.
May ayının 05-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın Nəsimi rayonundakı sağlamlıq imkanları məhdud uşaqlar üçün 11 saylı xüsusi məktəbin şagirdləri ilə görüşüb.
Bu məktəbdə təhsil alan sağlamlıq imkanları məhdud, daun və autizm sindromlu uşaqların şəraiti ilə tanış olan Leyla Əliyeva tədris prosesi ilə maraqlanıb. O, sinif otaqlarına baş çəkib və dərslərin gedişini izləyib. Məlumat verilib ki, hazırda məktəbdə 109 nəfər, ev şəraitində isə 749 nəfər fərdi təhsil alır.
Leyla Əliyeva uşaqların təhsil ilə yanaşı, yaradıcılığa maraq göstərməsini təqdirəlayiq hal kimi qiymətləndirib, onların istedad imkanlarının daha da genişləndirilməsini vacib sayıb, həmçinin təhsil ocağının şəraitinin yaxşılaşdırılmasının diqqətdə saxlanılmalı olduğunu bildirib.
Daha sonra Leyla Əliyeva Nəsimi rayonundakı sağlamlıq imkanları məhdud uşaqlar üçün 268 saylı xüsusi məktəbdə yaradılan şəraitlə tanış olub. Bildirilib ki, hazırda burada 160 uşaq təhsil alır. Bununla yanaşı, uşaqlara ev şəraitində fərdi dərslər də keçirilir.
May ayının 12-22-də “Bakı 2017” İslam Həmrəyliyi Oyunları yarışları 50-dən çox ölkənin  3000-nə yaxın ən peşəkar  idmançılarının iştirakı ilə keçirilmişdir. Bu yarışlarda Azərbaycan  idmançıları 75 qızıl, 50 gümüş, 37 bürünc olmaqla, ümumilikdə 162  medalla İslamiadanı birinci yerdə başa çatdırmışlar.
Nəsimi rayonunda yerləşən Heydər Əliyev adına İdman Arenasında cüdo, sərbəst və yunan-roma güləşi üzrə  yarışlar keçirilmişdir. Bu yarışlarda  Azərbaycan idmançıları  uğurla  çıxış etmişlər.
Azərbaycan Respublikasının  Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti,         IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva  və ailə üzvləri bu yarışların final qarşılaşmalarına baxıblar.
Heydər Əliyev adına İdman Arenasında keçirilən final yarışlarında qalib idmançılara medalları dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və  IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva  təqdim etmişdir.
İyun ayının 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Yusif Səfərov küçəsinə paralel salınan yeni yolun açılışında iştirak edib.
“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına yeni yolun texniki göstəriciləri barədə məlumat verərək bildirmişdir ki, üç hərəkət zolaqlı yolun inşası zamanı layihəyə uyğun olaraq yolboyu maneələr sökülüb, kommunikasiya xətləri köçürülüb. Piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yolun hər iki tərəfində səkilər salınıb, müasir işıqlandırma dirəkləri qoyulub. Layihə çərçivəsində burada avtobus dayanacağı quraşdırılıb. Bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə, eyni zamanda, qısa vaxtda yerinə yetirilib.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da dövlətimizin başçısı tıxacların aradan qaldırılmasında yeni yolun əhəmiyyətini vurğulayıb. Bu layihənin icrası yeni yolların salınması ilə bağlı Prezident İlham Əliyevin birbaşa göstərişi və rəhbərliyi ilə həyata keçirilən ardıcıl tədbirlərdən biridir. Eyni zamanda, bu cür tədbirlər paytaxtımızın yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi, Bakı şəhərində tıxacların aradan qaldırılması baxımından da çox önəmlidir. Belə ki, yeni yol avtonəqliyyat vasitələrinin birbaşa Yusif Səfərov küçəsinə daxil olmadan Heydər Əliyev prospektindən Kövkəb Səfərəliyeva küçəsinə, oradan da Dilarə Əliyeva küçəsi ilə şəhərin mərkəzinə doğru hərəkət etməsinə əlverişli imkan yaradır. Həmçinin Heydər Əliyev prospektindən gələn sürücülər Yusif Səfərov küçəsinə daxil olmadan metronun 28 May stansiyası və Heydər Əliyev Sarayı istiqamətinə rahat hərəkət edəcəklər. Beləliklə, bu yolun istifadəyə verilməsi Yusif Səfərov küçəsində tıxacların yaranmasının qarşısını alacaq.

2017-ci  ilin yanvar-iyun aylarında
rayonunun sosial, iqtisadi inkişafının
makroiqtisadi göstəriciləri

Rayonun iqtisadi  və  sosial  həyatında  baş verən dəyişiklikləri əyani surətdə əks etdirən makroiqtisadi göstəricilər 2017-ci ilin yanvar-iyun ayları ərzində əvvəlki ilin müvafiq dövrünün göstəricilərni xeyli üstələmişdir.    
Sənaye. Ev təsərrüfatlarında  sənaye  məhsulu  istehsalı  ilə  məşğul  olanların,  habelə  hüquqi  şəxs  yaratmadan  fiziki  şəxs  kimi   fəaliyyət  göstərənlərin  işi  də  nəzərə  alınmaqla 278955.0 min  manatlıq  və  ya  əvvəlki  ilin   müvafiq  dövrü  ilə  müqayisədə  4.2 % cox sənaye  məhsulu  istehsal  edilmişdir. 
Nəqliyyat. 2017-ci ilin  yanvar-iyun aylarında  nəqliyyat  sektorunda fəaliyyət göstərən müəssisələr  tərəfindən    ümumilikdə 165800.0 min manatlıq xidmətlər    göstərilmişdir . Ötən  ilin  müvafiq  dövrü  ilə  müqayisədə 3 dəfə  çoxdur.
İnformasiya və rabitə. 2017-ci ilin  yanvar-iyun aylarında  rabitə  müəssisələri  tərəfindən müəssisə  və  təşkilatlara,  əhaliyə  faktiki  qiymətlərlə 145910.0 min  manatlıq  və  ya  ötən  ilin  müvafiq  dövrü  ilə  müqayisədə 5 dəfə  çox  rabitə  xidməti  göstərilmişdir.
Tikinti. 2017-ci ilin  yanvar-iyun aylarında  rayonun tikinti  kompleksində  iqtisadi  və  sosial  sahələrin  inkişafı  üçün  bütün  maliyyə  mənbələri  hesabına 257300.0 min  manat  məbləğində  investisiya qoyulmuşdur.
  Ticarət. 2017-ci ilin yanvar-iyun aylarında rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə  584924.4 min manat məbləğində  və ya əvvəlki ilin eyni dövrü ilə  müqayisədə 42.0  faiz çox  istehlak malları satılmışdır.
Əmtəə dövriyyəsinin 99.8 faizi özəl sektorun müəssisələrinin payına düşmüşdur.
Xidmət. Həmin dövr ərzində xidmət müəssisələri tərəfindən əhaliyə 237503.0  min manatlıq, yaxud 2016-cı ilin müvafiq dövrünün səviyyəsindən 10.8 % cox   ödənişli  xidmət göstərilmişdir.
Əmək haqqı. Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin  orta  aylıq  əmək  haqqı  2016-ci  ilin  yanvar-may ayları ilə  müqayisədə 11.4 manat artaraq 613.0 manat olmuşdur. 
      Qeyd: Göstəricilər ilkin məlumatlar əsasında hesablanmışdır


S  ə n a y e   

2017-ci ilin  yanvar-iyun aylarında  rayonun  sənayesində  278955.0 min  manatlıq  və  ya  əvvəlki  ilin  səviyyəsindən 4.2 faiz cox sənaye məhsulu   istehsal  edilmiş  və  xidmətlər  göstərilmişdir. Sənaye  istehsalının  17.0 faizi  məhsul  istehsalının,  83.0 faizi  isə  sənaye  xarakterli  xidmətlərin  payına  düşmüşdür.  

  E M A L      S Ə N A Y E S İ

Rayonda özəl müəssisələr tərəfindən istehsal edilmiş mühüm  növ  qida  məhsulları aşağıdakı  göstəricilərlə  xarakterizə  olunur:  


Geyim  istehsalı sahəsi üzrə ixtisaslaşan müəssisələr tərəfindən 6032.0 min manatlıq məhsul istehsal edilmişdir.


Yarım il ərzində istehlakçılara 281010.0 min  manatlıq və  ya  bütün  sənaye  istehsalının 100.7 faizi qədər məhsul göndərilmişdir.

 

İ n f o r m a s i y a    və     r a b i t ə

İnformasiya və  rabitə müəssisələri  tərəfindən  hüquqi və fiziki şəxslərə faktiki qiymətlərlə 145910.0  min manatlıq və ya əvvəlki  ilin  yanvar-iyun ayları  ilə  müqayisədə 5.0 dəfə çox rabitə xidməti göstərilmişdir.
Xidmətlərin 95.0  faizi  qeyri-dövlət  rabitə  müəssisələri  tərəfindən  göstərilmişdir.

N ə q l i y y a t

2017-ci ilin yanvar-iyun aylarında nəqliyyat  sektorunda  fəaliyyət göstərən  müəssisələr tərəfində  165800.0 min manatlıq xidmətlər  göstərilmişdir  ki,  bu  da  əvvəlki  ilin  müvafiq  dövrünə   nisbətən  3  dəfə  coxdur.


Tikinti

2017-ci ilin  yanvar-iyun aylarında rayonun  iqtisadi  və  sosial  sahələrinin  inkişafı  üçün   bütün  maliyyə  mənbələrindən  əsas  kapitala 257300.2 min   manat    məbləğində  investisiya qoyulmuşdur.

Əmttə bazarı

2017-ci ilin yanvar-iyun aylarında rayonun pərakəndə ticarət dövriyyəsi 2016-cı ilin müvafiq dövrünə nisbətən 42 faiz artaraq  584924.4 min manat olmuşdur. İstehlak məhsullarının 25.2 faizi hüquqi şəxslərin, 65.5 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların müəssisələrində, 9.3 faizi isə rayonun yarmarka və bazarlarında realizə olunmuşdur.

Pərakəndə ticarət dövriyyəsinin 99.8 faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin və əmtəə bazarların fəaliyyəti nəticəsində formalaşmış, bu sektorun obyektlərində 583754.6 min manatlıq və ya 2016-cı ilin yanvar-iyun aylarının səviyyəsindən 42 faiz çox istehlak məhsulları satılmışdır.
Pərakəndə ticarət dövriyyəsinin mülkiyyət növləri üzrə göstəriciləri aşağıdakı kimi olmuşdur:


İaşə xidmətləri

2017-ci -cı ilin yanvar-iyun ayları ərzində 29826.0 min manatlıq  və  ya  2016-ci ilin eyni dövrü ilə müqayisə 3.8 faiz çox iaşə  xidmətləri göstərilmiş, dövriyyəsinin 100.0 faizi qeyri-dövlət müəssisələrin hesabına formalaşmışdır.
İaşə dövriyyəsinin 9.5 faizi hüquqi şəxs statuslu müəssisələrin, 90.5 faizi isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşmüşdür.
Artımın 11.1 faizi hüquqi şəxslərin, 88.9 faizi isə fərdi sahibkarların  fəaliyyəti sayəsində yaranmışdır.

Əhaliyə göstərilən pullu xidmətlər  

2017-ci ilin yanvar-iyun aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 10.8 faiz artaraq 237503.0 min manat olmuşdur. Ümumi həcmin 85.1 faizi hüquqi şəxslərin müəssisələrində əldə edilmiş və bu müəssisələrdə əhaliyə 202290.0 min manatlıq pullu xidmətlər göstərilmişdir.
Əhaliyə göstərilmiş pullu xidmətlərin 7.0 faizi dövlət müəssisələrinin  payına  düşmüşdür. Özəl sektorun  müəssisələri   tərəfindən  əhaliyə 150200.4 min  manatlıq  pullu  xidmətlər  göstərilmişdir.
Pullu  xidmətlərin  həcmi  aşağıdakı  məlumatlarla  səciyyələnir:

 

İşcilərin sayı  və əmək haqqı
2017-ci ilin  yanvar-may  aylarında  rayon  üzrə işçilərin  orta  sayı əvvəlki  ilin  müvafiq  dövrü  ilə  müqayisədə 591nəfər və ya 0.4 faiz  azalaraq 148435 nəfər, orta aylıq  nominal  əmək   haqqının  səviyyəsi isə 14.3 faiz  artaraq  613.1  manat  olmuşdur.
Cari  ilin  yanvar-may  ayları  üzrə  işçilərin   orta  sayı   və    orta aylıq  nominal əmək haqqı  səviyyəsinin əvvəlki  ilin  müvafiq  dövrü  ilə  müqayisədə  dəyişməsi  rayon  üzrə  aşağıdakı  kimi  xarakterizə olunur:

 


2017-ci ilin I yarımilində yeni  açılmış iş yerləri

2017-cı ilin I yarımilində 1969 yeni  iş yerləri açılmışdır. Onlardan hamısı daimi yerlərdir.


Demoqrafik vəziyyət

2017-cı  ilin  iyulun  01-i  vəziyyətinə  rayonun əhalisi    220.1 min  nəfər  olmuşdur.  Ərazisi   10.0  kv. km,  əhalinin  sıxlığı  1  kv km-ə   22010   nəfərdir.
2017-ci  və  2016-cı  illərin  yanvar-iyun  aylarında  əhalinin  təbii  hərəkətinin  göstəriciləri  aşağıdakı  kimi  olmuşdur
   
2017-ci  ilin  yanvar-iyun aylarında  rayonda 1149 nəfərin doğumu  və  549 nəfərin  ölümü  qeydə  alınmışdır.

2017-ci ilin yanvar-iyun  aylarında pasport  xidmətləri  tərəfindən  daimi  yaşamaq  üçün 167 nəfər   rayona   gələn qeydə alınmış,  gedən isə qeydə  alınmamışdır.  
        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarının təmin edilməsi məqsədilə Nəsimi rayon İcra Hakimiyyətində yaradılmış xüsusi qərargah ötən müddət ərzində müvafiq işlərin həyata keçirilməsini davam etdirmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına uyğun  olaraq Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması məqsədi ilə rayon İcra Hakimiyyəti  tərəfindən işlər davam etdirilmişdir.
Keçən dövr ərzində həmin qərarın icrası ilə əlaqədar rayon İcra Hakimiyyəti tərəfindən ardıcıl işlər aparılaraq şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən   XIX əsrin sonları və ötən əsrin əvvələrində tikilmiş 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının və digər qeyri-yaşayış, sosial təyinatlı obyektlərin sökülərək yenidən qurulması istiqamətində işlərin təşkili üçün rayon üzrə ərazilərə baxış keçirilmiş, sahibkarların prosesə cəlb olunması və layihələrin müzakirəsi işləri aparılmışdır. Bir sıra ünvanlar üzrə tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırma sənədləri və binaların layihəsi hazırlanmışdır.
Tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırılmasının sənədlərinin uyğunluğunun və hazırlanan layihələrin memarlıq hissələrinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması üçün hazırlıq işləri aparılmışdır.
     “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarının reallaşdırılması və sosial müdafiəyə ehtiyacı olanlara kvotalaşdırılmış iş yerləri yaratmaq və bununla da işsizlik probleminin mümkün qədər yüngülləşdirilməsi məqsədilə   28 noyabr 2016-cı il tarixində Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 222 saylı Sərəncamı ilə “2017-cı il üçün Ərazi Məşğulluq Proqramı” təsdiq edilmiş və Məşğulluq Mərkəzi öz fəaliyyətini bu proqram əsasında qurmuşdur.
“Ərazi Məşğulluq Proqramı”na əsasən 2017-ci ilin birinci yarım ili ərzində Məşğulluq Mərkəzinə 1695 nəfər qeyri-məşğul əhalinin iş axtarmaq məqsədilə müraciət edəcəyi proqnozlaşdırılmışdır. Hesabat dövrü ərzində isə  3118 nəfər Məşğulluq Mərkəzinə müraciət etmişdir. Bu dövr ərzində ilk dəfə müraciət edənlərin sayı 891  nəfər olmuşdur.
Hesabat dövrü  ərzində Mərkəzə müraciət edən 1654 nəfərdən, yəni Mərkəzdə əvvəllər qeydiyyatda duranlardan, dəvət edilənlərdən və təkrar müraciət edənlərdən boş iş yerlərinə əsasən müəssisə və təşkilatlara göndərilən 417  nəfəri oradakı əmək haqqının aşağı olması və digər səbəblərdən təklif olunan işdən imtina etmişdirlər.
Peşə hazırlığı işinin səmərəliliyinin artırılması və günün tələbləri səviyyəsində qurulmasının ən vacib məsələlərdən biri olmasını nəzərə alıb işəgötürənlərin real tələbləri nəzərə alınaraq hesabat dövrü ərzində “Ərazi Məşğulluq Proqramı”na əsasən 90 nəfərin peşə təlimi kurslarına cəlb ediləcəyi proqnozlaşdırılsa da bu dövr ərzində 80 nəfər 3 ixtisas üzrə ( kompyuter istifadəçisi, qənnadçı, dərzi, mebel quraşdırıcısı,aşpaz ) kursa cəlb edilmişdir.
İşaxtaran vətəndaşların, o cümlədən gənclərin peşə meyllərinin müəyyənləşdirilməsi, onlara gələcək peşə və ixtisas seçimində köməklik göstərilməsi məqsədilə  123 nəfər işaxtaran vətəndaşla fərdi qaydada Məşğulluq Mərkəzində təşkil olunmuş peşəyönümü kabinetində peşəyönümü və peşə məsləhətlərinə cəlb edilməsi mümkün olmuş, onlar “İşaxtaran və işsiz vətəndaşların peşə meyllərinin müəyyən edilməsi üçün multimediya test proqram sistemi”ndən (Tusi proqramından) keçmişdirlər. Bu istiqamətdə işlər davam etdirilir.
2017-ci ilin I yarım ili ərzində 5 orta məktəbdə 359 nəfər buraxılış sinif şagirdlərinin iştirakı ilə məşğələlər keçirilmişdir. Məşğələlərdə şagirdlərə əmək bazarındakı vəziyyət haqqında, perspektivli peşələrin təsnifatı haqqında ətraflı məlumat verilmiş , peşəyönümü haqqında əyani vəsait paylanılmışdır.
“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitin artırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nı rəhbər tutaraq, bu qəbildən olan insanların məşğulluğunun gücləndirilməsinə, onların sosial problemlərinin həllinə mərkəz tərəfindən xüsusi diqqət göstərilmişdir.
“Dövlət gənclər siyasəti haqqında” Azərbaycan Prezidentinin Fərmanını rəhbər tutaraq  gənclərin, xüsusilə ordu sıralarından tərxis olunmuş gənclərin məşğulluğunun, sosial müdafiəsinin təmin olunması Məşğulluq Mərkəzi qarşısında duran başlıca vəzifələrdən biri olmuşdur.
2017-ci  ilin birici altı  ayı ərzində Məşğulluq Mərkəzi vasitəsilə münasib işlə təmin olunanlardan 253 nəfəri (20%) , peşə kurslarına cəlb olunanların 75 nəfəri (94%) , işsizlik müavinəti alanların 124 nəfəri (45%) gənclər olmuşdur.
Məşğulluq Mərkəzinin fəaliyyətinin başlıca istiqamətlərindən biri də qadınların işlə təmin olunmasına, onların əmək bazarında rəqabətə davamlı olmasına əməli köməklik göstərilməsi olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanını rəhbər tutaraq Məşğulluq Mərkəzi tərəfindən hesabat dövründə qadınların sosial müdafiəsinin təmin edilməsinə üstünlük verilmişdir.
Belə ki, 2017-ci ilin I altı ayı ərzində Məşğulluq Mərkəzi tərəfindən münasib işlə təmin olunanların 415 nəfəri və ya 39%, peşə hazırlığı kurslarına cəlb olunanların 36% və ya 29  nəfəri qadınlar olmuşlar. 137 nəfər qadına isə işsizliyə görə müavinət təyin edilmişdir.
Hesabat dövrü ərzində “Ərazi məşğulluq proqramı”na əsasən 692 nəfərə işsizlik müavinəti verilməsi proqnozlaşdırılmışdır. Bu dövr ərzində isə 310 nəfərə işsizlik müavinəti verilmişdir. Müavinət alanlardan 137 nəfər qadın, 52 nəfəri minimum əmək haqqı məbləğində müavinət almışdır. 

2017-ci ilin birinci yarımili ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi üzrə qeydiyyatda olan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən 1390,4 min manat məcburi dövlət sosial sığorta haqları toplanaraq illik plan 82,8% yerinə yetirilmişdir. Pensiya və müavinətlərin ödənilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Aparatından 35775,0 min manat vəsait köçürülmüşdür.
Nəsimi rayon şöbəsində 2017-ci ilin 6 ayı ərzində qeydiyyatda olan əmək pensiyaçılarının sayı 24365 nəfər (5317 nəfəri işləyən, 19048 nəfəri isə işləməyən) təşkil edir. Bunlardan yaşa görə əmək pensiyaçıları 16966 nəfər, əlilliyə görə əmək pensiyaçıları 5356 nəfər, ailə başçısını itirməyə görə əmək pensiyaçıları 2043 nəfər təşkil edir.
2017-ci ilin «Əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2017-ci il tarixli 2611 nömrəli Sərəncamına əsasən 01.01.2017-ci il tarixdən əmək pensiyalarının sığorta hissəsi ölkə üzrə ötən 2016-cı ilin istehlak qiymətlərinin infilyasiya indeksi nəzərə alınmaqla artırılmışdır. Bu Sərəncama əsasən 22703 nəfər pensiyaçının əmək pensiyasının sığorta hissəsi üzrə aylıq 244,7 min manat artım olunaraq ödənilmişdir.
Ümumiyyətlə, pensiyaların ödənilməsinə 36623,3 min manat, dəfn xərcinin ödənilməsinə 105,4 min manat, qanunvericiliyə müvafiq olaraq məhkəmə qərarlarına əsasən pensiyalardan tutularaq köçürmələr 146,7 min manat, fiziki şəxslərə 14,6 min manat, pensiya və müavinətlərin ödənilməsinə görə 147,3 min manat xidmət haqqı ödənilmiş və şöbə aparatının saxlanılmasına görə 248,7 min manat vəsait xərclənmişdir. Bundan başqa 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 72-ci ildönümü ilə əlaqədar «1941-1945-ci illər Böyük Vətən Müharibəsinin iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul qalmış arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2017-ci il tarixli, 2821№-li Sərəncamının icrası məqsədilə 132,0  min manat vəsait ödənilmişdir.
8 saylı Xəzinədarlıq üzrə 2017-ci ilin birinci yarımili ərzində dövlət büdcəsinin Nəsimi rayonu üzrə yerli xərclərindən maliyyələşən büdcə təşkilatlarının xərclərini tənzimləmək üçün 4 milyon 983 min 111 manat vəsait proqnozlaşdırılmış, hesabat dövrü ərzində həmin vəsaitdən 3 milyon 850 min 678 manat yəni 77.27% vəsait xərclənmişdir.
Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzi üzrə 2017- ci ilin            6 ayı ərzində 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə yoluxucu xəstəliklərdə azalma baş vermişdir. Yoluxucu bağırsaq xəstəlikləri 11.5% azalmışdır (193-yə qarşı 173 hadisə). Rayon ərazisində yoluxucu xəstəliklərin epidemiyası baş verməmişdir.
Rayon İH Başçısının Sahə İƏD üzrə nümayəndəlikləri Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2012-ci il tarixli, 648  nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”ni və Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Sərəncam və göstərişlərini  rəhbər tutaraq fəaliyyət göstərmişdir.
Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən hesabat dövründə rayon təsərrüfatının sabit enerji təchizatı ilə bağlı müvafiq işlər görülərək 117 saylı y/st-da 35 kv-luq Azinko №1,2 k/x –in, 117 saylı y/st-da 35 kv-luq 3372 №1,2 k/x –in, 117 saylı y/st-da 35 kv-luq kabel əlaqəsi №1,87 saylı y/st-da 25 mVA 1və2 saylı tr-ru, 87 saylı y/st-da 630 kva 1və2 saylı, 86 saylı y/st-da 16 mVA 1və2 saylı tr-ru, 86 saylı y/st-da 16 mVA 1və2 saylı tr-ru, 86 saylı y/st-da 35və10 kv-luq BAEQA-nın, “99” saylı y/st-da 10 kv-luq TM-2071 №1,2 №3,№4, TM-2311 №1 , “111” saylı y/st-da 6 kv-luq  TM-1557 №1,2, “86” saylı y/s-da 35 kv-luq “96-86” k/x-nin,“86” saylı y/s-da 35 kv-luq “99-86” k/x-nin,“100” saylı y/st-da  10 kv-luq TM-Qafaqaz Otel №1 , “117” saylı y/st-da  6 kv-luq TM-1500 №1,2, “86” saylı y/s-da 35 kv-luq “86-87” №1,2 k/x-nin, “117” saylı y/st-da 35 kv-luq “117-116” №1, “117-116” №2, 1970 №1, 1970 №2 k/x-nin, 87 saylı y/st-da 35 kv-luq QPQ-də 35 kv-luq “117-87” №1,№2 k/x-nin,  87 saylı y/s-da 1 saylı 25 mVA Tr-run, 87 saylı y/st-da 2 saylı 25 mVA Tr-run, Dağlıq y/st-da 10 kv-luq QPQ-də TM-780, TM-432 №2, 774 №1 k/x-də, Dağlıq y/st-da 10 kv-luq QPQ-də TM-465 №2 kabel xəttinin, 99 saylı y/st-da 35 kv-luq “Yasamal2-99” №1, 2 k/x-nin, 88 saylı y/s-da 1 saylı X.S.Tr-in avadanlığının, 99 saylı y/st-da 10 kv-luq QPQ-də TM-2215 №1,1142 №1, 714 №1, 2 1036,1181 №2, 3244 №1,2 , 1149, 1478, 2215 №2 k/x-nin  mühafizələri  yoxlanılaraq cari təmir edilmişdir. Dağlıq, 88, 99,87,86,96,97 saylı yarımstansiyaların ərazisində abadlıq işləri aparıldı.  10/6 kv-luq kabel xətlərinin təmiri  zamanı – 1274 metr yüksək gərginlikli kabel,  0,4 kv-luq kabel xəttinin dəyişdirilməsi, təmiri və sayğaclaşma zamanı  9281 metr müxtəlif markalı kabellər istifadə olunmuşdur. Alçaq gərginlik lövhələrində 12 ədəd 400A-lik 0.4 kv-luq ayrıclar quraşdırılmışdır.  Sayğaclaşma və yenidənqurma zamanı – 156 ədəd  təksayğaclı qutu  quraşdırılmışdır. 8 ədəd SMS 6 saygaclı pano , 25 ədəd SMS 8 saygaclı pano, 9 ədəd SMS 10 saygaclı pano , 7 ədəd SMS 12 saygaclı pano quraşdırılmışdır. 89  ədəd Y/S, TM və KTM (Y/S-97 də 1260№1,2; 1039 , 502№2; 1260№1,2; 613/502№1, 484; 485; 611№1,2; 803№1,2  yuvalarında ,TM-44; 45 ; 50 ; 51 ; 68 ;76 ; 231 ; 279 ; 302 ; 323 ;390 ;345 ;381; 1820 ; 501; 502; 436; 509; 510; 511; 538; 785; 811; 46; 271; 138; 158;180; 106; 526; 831; 154; 230, 501; 408;479;495;510;613;740;720; 310;71;177;176; 170;572; 214;64;614; 209; 461; 357; 484; 840; 485; 633; 75; 265; 532; 48; 79; 560; 234; 62; 67 və KTM-45, 594, 835 , 1131; 358;823;1022;226; 1189;1321; 1059;464;1031  də  elektrik  avadanlıqları təftiş olunub və mühafizə yoxlanılıb. Şəbəkənin öz gücünə 780 ədəd sayğac panoları təmir olunub, SMS sayğacların quraşdırılması üçün hazırlanmışdır.
Nəsimi rayon Sukanal İdarəsi üzrə 01.07.2017-ci il tarixinə   qeydiyyata alınmış əhaliyə, o cümlədən məcburi köçkünə xidmət göstərilir. Hal-hazırda abonentlərin ümumi sayı  73725 nəfər abonent təşkil edir, o cümlədən əhali sektoru üzrə 65850 nəfər abonent, qeyri-əhali sektoru üzrə 7875 nəfər abonentdir.
         Rayon üzrə əhalinin su təchizatı 100% -dir. Rayon ərazisində yerləşən yaşayış məntəqələrinin  77,1%-i, yəni 169000 nəfərdən çox  əhali  sutka ərzində fasiləsiz və keyfiyyətli su ilə təmin olunur. 22.9% əhali isə məhəllədaxili nasos stansiyaları vasitəsi ilə ən azı 8 saat olmaqla hər gün səhər-axşam su ilə təmin edilmişlər. Rayon əhalisini su ilə təmin edən və rayonun hüdudları çərçivəsində istismar olunan  magistral su kəmərlərinin və məhəllədaxili su xətlərinin  ümumi uzunluğu 303.8 km-dən (magistral xətlər-138.8km,  məhəllədaxili şəbəkə-165.0km)  artıqdır. istismar olunan kanalizasiya şəbəkəsinin  isə ümumi uzunluğu 162.0 km,   yağış sularının axıdılması kollektorlarının ümumi üzunluğu-14.8 km-dən artıqdır. İstismar olunan və yararlı vəziyyətdə olan kanalizasiya nəzarət-baxış quyularının sayı-12000 ədəd, yağış barmaqlıqlarının sayı isə 690 ədəddir.  8 ünvanda ümumi həcmi    2954.0 kub.m olan su anbarı istismar olunur və aprel-may aylarında yuyulub-zərərsizləşdirilməsi işləri  təsdiq olunmuş  plan-qrafikə əsasən icra olunmuşdur. 
  Sukanal İdarəsinin  balansında olan 89 ədəd məhəllədaxili nasos stansiyasından hal-hazırda 47 ədədi  fəaliyyət göstərir. Daimi su alan əraziılərdə  bir-birinə yaxın olan nasosxanalar birləşdirilmiş, məsrəflərə qənaət məqsədi ilə  42 ədəd nasosxananın fəaliyyəti dayandırılmış və əhali fasiləsiz su təminatına keçirlmişdir.
          Hal-hazırda 73725 abonentin 61279 nəfərindən artıq  su sayğacı ilə təmin edilmişdir. Sayğaclı abonentlərin sayı   83.12 % təşkil edir. 2017-ci ilin 6 ayı ərzində 5200-dən artıq  yeni su sayğacı quraşdırılmış,  təmir olunmuş,  dəyişdirilmiş və ya qeydiyyata alınmışdır.
  Ümumi uzunluğu 300.0 pm-dən artıq olan müxtəlif diametrli su xətləri çəkilmiş, 500.0 metrdən çox təmir olunmuşdur. 385,0 pm müxtəlif diametrli kanalizasiya xətti dəyişdirilərək,  yenisi ilə əvəz  olunmuşdur. 4460  ünvanda baş vermiş qəzalar aradan qaldırılmışdır.
Müxtəlif diametrə malik 5 ədəd yeni siyirtmə  quraşdırılıb  istismara verilmiş, 13 ədəd siyirtmə təmir olunmuşdur. 1 ədəd yeni yerüstü hidrant quraşdırılmışdır. Müxtəlif gücə malik 51 ədəd elektrik mühərriki, müxtəlif markalı 54 ədəd su nasosu təmir olunaraq istismara verilmişdir.
2017-ci ilin 6 ayı  ərzində 25000.0 pm-dən çox fekal kanalizasiya şəbəkəsi, 3500.0 pm-dən çox yağış kanalizasiya şəbəkəsi yuyulmuş, 600 ədəd yağış barmaqlıqları, 1750 ədəd kanalizasiya quyusu təmizlənmişdir, 4 ədəd yeni yağış barmaqlığı, 4 ədəd yeni çuqun kanalizasiya qapaq dəsti quraşdırılmışdır.
1 saylı İstilik Sistemləri İstismar Sahəsi ərazisində olan Nəsimi rayonu üzrə 25 ədəd məhəllədaxili qazanxana və 19 ədəd  istilik məntəqəsi, RİQ-1 daxil olmaqla 2017-cı ilin I yarımilliyində qazanxanaların iş rejimi tənzimlənmiş, qazanxanaların fasiləsiz , keyfiyyətli  istilik enerjisi istehsal etməsi üçün yaranan qüsurlar aradan qaldırılmışdır. H.Seyidzadə 2  ünvanında 89 mm 90 metr istilik xətti, M.Cəlal 54 ünvanına gedən d=89 mm 150 metr istilik xətti, H.B.Əliyev 52 ünvanında 25 metr istilik xətti,  Asif Məhərrəmov 21, 28, və Cavad xan 10 saylı binaların aşağı paylama və məhəllə daxili  istilik  xətti,   A.Mustafayev 29 ünvanında d=159 və 133 mm, L= 140 metr istilik xətti,  Cavad xan 29, 31,34, 44 saylı binaların aşağı paylama istilik xətti, Topcubaşov 21 ünvanında məhəllə daxili istilik xəttinin bir hissəsi təmir edilmiş, həmçinin H.B.Əliyev 6,10,38,40 ünvanlarında da aşağı paylama istilik xətti,III mikrorayon Cavad xan 10 ünvanından 5 saylı istilik məntəqəsinə gedən istilik xətti əsaslı təmir edilmiş və  d.114 mm-lik L=70 metr boru təmir edilmişdir.
Aprel ayının 15-dən 2016-2017-ci il  payız-qış mövsümü başa çatmışdır. Qazanxanalar dayandırıldıqdan sonra istilik xətlərində hidravliki sınaq aparılmış və yaranan qüsurlar tədbirlər planında qeyd edilmişdir. Tədbirlər planına əsasən qazanxana və istilik məntəqələrində əsaslı və cari təmir işlərinə başlanmışdır. 71,77 və 85 saylı qazanxanalarda  KSQJ tipli 7 ədəd qazan açılaraq mexaniki üsulla ərpdən təmizlənmişdir. 25 ədəd məhəllədaxili qazanxanada 71 ədəd qazan açılaraq profilaktik təmir işləri görülmüşdür.
Ümumilikdə, ərazidə istilik xətləri üzərində və qazanxanalarda 87 ədəd çirk tutan, 490 ədəd siyirtmə açılaraq təftiş olunmuşdur. Həmçinin, bu işlərlə yanaşı, elektrik avadanlıqlarına baxış keçirilmiş, aşkarlanan qüsurlar aradan qaldırılmışdır.
34, 81,83, 99, 232, M18/46, M26/MTE, 312, 366, 500, 501  və 365  saylı qazanxanalarda payız qış mövsümünə hazırlıq işləri ilə əlaqədar bütün işlər başa çatdırılmış, istilik xətləri su ilə doldurularaq, hidravlik təzyiq altında “Azəristiliktəchizat” ASC-n nəzdində yaradılmış qəbul komissiyasına təhvil verilmişdir.
308, 365, 366 və 378 saylı qazanxanalarda qazanlar açılaraq mexaniki üsulla ərpdən təmizlənmiş və faydalı modullar quraşdırılmışdır.
99, 199, 139 saylı qazanxanalarda  7  ədəd qazan əsaslı təmir olunaraq qış mövsümünə hazır vəziyyətə gətirilmişdir.
85 və 71  saylı qazanxanalarda 4 ədəd nasos əsaslı təmir olunmuşdur.
500, 501, 312 və 81  saylı qazanxanalarda 5 ədəd istilik mübadilə aparatı  açılaraq, mexaniki və kimyəvi üsulla təmizlənərək işçi vəziyyətə gətirilmişdir.
Ümumilikdə,  M/N, 71, 85, 199, 308, 138, 139, 365, 378, 156, və 339 saylı qazanxanalarda qazanlar açılaraq mexaniki üsulla təmizlənmiş,  siyirtmə və ventillər cari təmir olunaraq  “Azəristiliktəchizat” ASC-nin nəzdində yaradılmış qəbul komissiyasına təhvil verilmişdir.
Nəsimi Rayon Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsinin 2017-ci il üçün tədbirlər planına müvafiq olaraq 6 ay ərzində planlaşdırılmış tədbirlər əsasən yerinə yetirilmişdir:
         Rayonun mülki müdafiə xidmətlərinin və mülkiyyət formasından asılı olmayaraq təsərrüfat obyektlərinin 2017-ci il üçün MM tədbirlər planlarının tərtib olunmasına metodiki köməkliklər göstərilmişdir.
        
         1 mart 2017-ci il tarixdə “Ümumdünya mülki müdafiə günü”nün qeyd olunması ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı verilmiş, rayon ərazisində fəaliyyət göstərən təhsil ocaqlarında, o cümlədən məktəbəqədər tərbiyə müəssisələrində nümünəvi baxış təlimləri keçirilmiş, mənzil kommunal istismar sahələrinin ərazisində yaşayan, işləməyən əhali arasında fövqəladə hadisələrdən müdafiə sahəsində davranış qaydalarına dair izahat xarakterli məlumatlar təbliğ olunmuşdur. Azərbaycan Dillər Universitetində tələbə, müəllim və digər pedoqoji kollektivin, Fövqəladə Hallar Nazirliyinin və Mülki müdafiə idarəsinin əməkdaşlarının iştirakı ilə nümunəvi tədbir keçirilmişdir.
        
Hesabat dövrü ərzində Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən  “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun əsas istiqamətləri üzrə cari ilin 2-ci rübündə bir sıra tədbirlər, o cümlədən gənc nəslin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması məqsədilə aşağıdakı tədbirlər həyata keçirilmişdir:
11.04.2017-ci il tarixdə Bakı Slavyan Universitetində ali məktəb tələbələrinin iştirakı ilə “Dini radikalizm və ekstermizmin təhlükəli fəsadları” mövzusunda konfrans, 21 aprel 2017-ci il tarixdə 44 saylı tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsi, 01.05.2017-ci il tarixdə Bakı Slavyan Universitetində “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda konfrans keçirilmiş, tədbirdə Ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu barədə danışılmış, ulu öndərin müstəqil Azərbaycanın çiçəklənməsi və qüdrətli dövlətə çevrilməsi üçün göstərdiyi şücaətlərdən, verdiyi töhfələrdən geniş bəhs edilmişdir.
04.05.2017-ci il tarixdə R.Zorge adına parkda “9 May Qələbə günü” münasibətilə bir qrup gəncin II Dünya müharibəsi iştirakçıları ilə görüşü keçirilmişdir.
Ailə dəyərlərinin gənclər arasında geniş təbliğ olunması məqsədilə 13.05.2017-ci il tarixdə R.Zorge adına parkda 15 may – Beynəlxalq Ailə Günü münasibətilə Nəsimi Rayon İcra Hakmiyyəti ilə birgə tədbir keçirilmişdir. Tədbirdə bir qrup nümunəvi ailəyə diplom və gül buketləri təqdim olunmuşdur.
28 may – Respublika Günü münasibətilə 25.05.2017-ci il tarixdə 1 saylı tam orta məktəbdə rayon məktəblilərilərinin iştirakı ilə  “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə çempionat keçirilmişdir.
12.06.2017-ci il tarixdə Azərbaycan Dillər Universitetində 15 iyun – Milli Qurtuluş günü münasibətilə “Böyük Xilaskar” adlı  ədəbi-bədii tədbir keçirilmişdir. Tədbirdə tələbələrin ifasında  müxtəlif musiqi nömrələri, rəqs nümunələri və kompozisiyalar nümayiş olunmuşdur.
30.06.2017-ci il tarixdə Park İnn Hoteldə 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən “Hünər” XI vətənpərvərlik mahnıları festivalının final konserti və qaliblərin mükafatlandırılması mərasimində bir qrup rayon gəncinin iştirakı təmin olunmuşdur.
Yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi idman oyununun keçirilməsi daim diqqət mərkəzində saxlanılmışdır. 18.04.2017-ci il tarixdə 54 saylı tam orta məktəbin meydançasında “Şahin” hərbi-idman oyununun Nəsimi rayon mərhələsi keçirilmişdir. Rayon mərhələsində qalib gəlmiş 23 saylı tam orta məktəbin komandası Bakı şəhəri üzrə keçiriləcək zona mərhələsinə vəsiqə qazanmışdır.
Yaradıcı və istedadlı gənclərə dövlət qayğısının artırılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması, təhsil səviyyələrinin yüksəldilməsi, elmi potensiallarının inkişaf etdirilməsi və eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkil olunması, sağlam həyat tərzinin təbliğ olunması, hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikası, o cümlədən həssas qruplardan olan gənclərin dəstəklənməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir.
05-07.05.2017-ci il tarixlərdə Balakən şəhərində keçirilən “Xəmsə” milli intellektual oyununun Respublika mərhələsində Nəsimi rayon komandasının, 21.05.2017-ci il tarixdə isə IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən “Stolüstü tennis” yarışında bir qrup rayon gəncinin iştirakı təmin edilmişdir.
07.04.2017-ci il tarixdə 5 saylı tam orta məktəbdə 07 aprel – Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar “Gəncliyimizi və gələcəyimizi qoruyaq” mövzusunda seminar, 31.05.2017-ci il tarixdə Bakı Slavyan Universitetində 31 may – Ümumdünya Siqaretlə Mübarizə Günü ilə əlaqədar “Narkomaniya və siqaretə yox deyək” mövzusunda dəyirmi masa, 22.06.2017-ci il tarixdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 26 iyun - Beynəlxalq Narkomaniya ilə Mübarizə Günü ilə əlaqədar “Gənclər narkotikə yox deyir”  mövzusunda konfrans keçirilmişdir.                                                                         
Ümumilikdə İdarə tərəfindən 2017-ci ilin yanvar-iyun ayları ərzində gənclər sahəsi üzrə keçirilən 31 tədbirdə 5530 nəfər yeniyetmə və gəncin iştirakı təmin olunmuşdur.
Yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və  idmanın inkişaf etdirilməsi məqsədilə bədən tərbiyəsi və idman sahələri üzrə aşağıdakı tədbirlər keçirilmişdir:
05.04.2017-ci il tarixdə 54 saylı tam orta məktəbdə rayon orta ümumtəhsil məktəblərinin VII-VIII sinif şagirdləri arasında  atletika  dördnövçülüyü üzrə  (oğlanlar) turnir, 01.05.2017-ci il tarixdə 12 saylı Uşaq Gənclər İdman Məktəbində IV İslam Həmrəyliyi oyunları çərçivəsində yeniyetmələr arasında “Taekvondo” idman növü üzrə açıq rayon birinciliyi,  04-05.05.2017-ci il  tarixlərdə Sosial Futbol Məktəbində Ümummilli lider Heydər Əliyevin 94-cü il dönümünə həsr olunmuş “Mini futbol” yarışı, 25.05-02.06.2017-ci il tarixlərdə 4-cü mikrorayon ərazisindəki stadionda 28 May Respublika gününə həsr olunmuş Nəsimi rayon idarə və təşkilatları arasında futbol çempionatı  keçirilmişdir.
06.04.2017-ci il tarixdə Dənizkənarı bulvar ərazisində Aprel döyüşlərinə həsr olunmuş Nəsimi rayon gənclərinin “Zəfər yürüşü”, 19.04.2017-ci il tarixdə 4-cü mikrorayon ərazisindəki idman meydançasında rayon orta ümumtəhsil məktəblərinin  iştirakı ilə mini futbol üzrə “Coca cola” məktəbli kubokunun açılış mərasimi  keçirilmişdir.
Bundan əlavə 15.05.2017-ci il tarixdə IV İslam Həmrəylik Oyunları çərçivəsində keçirilən futbol yarışında bir qrup idmançının iştirakı təmin olunmuşdur.
Ümumilikdə İdarə tərəfindən 2017-ci ilin yanvar-iyun ayları ərzində bədən tərbiyəsi və idman sahəsi üzrə keçirilən 16 tədbirdə 2794 nəfər yeniyetmə və gəncin iştirakı təmin olunmuşdur. 
2017-ci ilin ikinci rübü ərzində rayonda Rayon Icra Hakimiyyəti tərəfindən  bir sıra tədbirlər, görüşlər və toplantılar təşkil olunaraq keçirilmişdir.
Aprel ayının 1-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Nəsimi  rayonu  Şövkət Ələkbərova adına  20 nömrəli musiqi məktəbinin 50 illik yubileyinə həsr edilmiş konsert keçirilmişdir. Musiqi məktəbinin şagirdləri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və dirijor Xalq  artisti  Fəxrəddin Kərimovun  müşayəti ilə musiqi əsərlərini səsləndirmişdilər.  1967-ci ildə fəaliyyətə başlayan Nəsimi  rayonu  Şövkət Ələkbərova adına  20 nömrəli  11 illik musiqi məktəbində şagirdlər 12 ixtisas üzrə təhsil alırlar. Bu illər ərzində məktəbi bitirən məzunlardan 500 nəfəri təhsilini davam etdirərək profesional  musiqiçi olublar. Məktəbin məzunları  dünyanın müxtəlif mədəniyyət ocaqlarında -  ABŞ, İngiltərə, Almaniya, Rusiya, Türkiyə, İsrail kimi xarici ölkələrdə milli mədəniyyətimizi uğurla təmsil edirlər.
Aprel ayının 5-də  Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclası keçirilmişdir. Şura iclasında rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların, ali və orta ixtisas təhsil müəsisələrinin, orta təhsil və məktəbəqədər müəsisələrin, səhiyyə, mədəniyyət, xidmət sahələrinin  rəhbərləri, dini icmaların, qeyri-hökümət təşkilatlarının və ictimaiyyət nümayəndələri iştirak etmişdilər.
Şuranın iclasında Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar may ayının 12-22-si tarixlərində Bakıda keçiriləcək IV İslam Həmrəyliyi oyunları ərəfəsində rayon ərazisində müvafiq tədbirlərin keçirilməsinin vacibliyini qeyd edərək qarşıda duran vəzifələrdən danışmış, abadlıq işlərinin aparılması, yeni yaşıllıqların salınması, park və bağlarda əhalinin asudə vaxtlarını səmərəli keçirmələri üçün müvafiq şəraitin yaradılması istiqamətində görüləcək tədbirləri qeyd etmişdi.
Şuranın iş planına uyğun olaraq “Nəsimi rayonu üzrə  əhalinin məşğulluğunun təmin edilməsi sahəsində görülən işlər haqqında” məsələ ətrafında  müzakirə aparılmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə 9 mart 2017-ci il tarixdə keçirilən müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Nəsimi rayonunda görülmüş işlərdən danışaraq rayon ərazisində əhalinin məşğulluq səviyyəsinin yüksəlməsi istiqamətində müəyyənləşdirilmiş vəzifələrin ciddi şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanmışdı.
Bildirlirdi ki, Heydər Əliyev fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın “Məktəb bağları” lahiyəsinin Nəsimi rayonunda həyata keçirilməsi istiqamətləri müəyyənləşdirilərək lazimi işlərə başlanmışdır. Həmin tədbirlər çərçivəsində şənbə günləri rayon ərazisində iməciliklərin keçirilməsi, ağac və gül kolları əkilməsi, mövcud yaşıllıqlara qulluqların göstərilməsi, rayon məktəblərində “Məktəb bağları” lahiyəsi çərçivəsində meyvə ağaclarının əkilməsi nəzərdə tutulmuşdur.
Aprel ayının 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən  Nəsimi rayonunda “Uşaq hüquqları: öyrənək və öyrədək” mövzusunda təlim keçirilmişdir. Təlimdə rayon məktəblərinin bir qrup şagirdinə uşaq hüquqları ilə bağlı ətraflı məlumat verilmişdir. Dəyirmi masada keçirilən təlimi giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva ölkəmizdə uşaqlara qayğı işinin dövlət siyasəti səviyyəsində həyata keçirildiyini bildirmiş, yeni nəsilin sağlam, tərbiyəli və bilikli böyüməsi ilə bağlı rayonda gerçəkləşdirilən davamlı layihələrin humanist mahiyyətinidən danışmışdır.
Təlimdə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Günel Nağdəliyeva və aparıcı məsləhətçisi Fərid Ədilov təlimdə uşaq hüquqları ilə bağlı Nəsimi məktəblilərini məlumatlandırmışlar.  Məktəblilər mövzu ətrafında qruplar üzrə fəal müzakirəyə cəlb olunmuş, onların sualları cavablandırılmışdır.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 2016-cı ilin Aprel döyüşlərinin ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilmişdir.
Aprel ayının 6-da Nəsimi rayon İcra Hakimiyyəti və YAP Nəsimi rayon təşkilatı  tərəfindən torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, Aprel döyüşlərinin ildönümü münasibəti ilə Gənclərin  Zəfər yürüşü təşkil edilmişdir. Əllərində Azərbaycan bayraqlarını tutmuş  böyük gənclər  izdihamı Dövlət Bayrağı Meydanına doğru irəliləyərək Vətənə, Bayrağa və Xalqımıza olan  ehtiram və sevgilərini bildirmişdilər. Yürüşdə 5 minə yaxın gənc  iştirak etmişdilər. Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bu tədbirdə rayonda yerləşən ali təhsil müəssisələrinin -  Azərbaycan Dövlət Dillər Universitetinin, Bakı Slavyan Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri daha fəal iştirak etdilər və xüsusilə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakultəsinin tələbələrinin apardıqları böyük Aərbaycan bayrağı izdihamlı yürüşə xüsusi rəng qatmışdılar. 
Aprel ayının 7-də   Nəsimi rayon məktəblilərinin iştirakı ilə “Aprel döyüşləri dərslərinə” start verilmişdir. Tədbirdə rayon məktəbliləri ilə birlikdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov, Milli Qəhrəman Vahid Quliyev, Aprel döyüşlərinin iştirakçıları Ramal İbrahimov, polkovnik leytenantlar Eldəniz Sadıqov, Vüqar Mirzəyev, Milli Qəhrəmanlar İctimai Birliyinin sədri Elşən Uluxanlı,  və digər qonaqlar iştirak etmişdilər. 151 saylı məktəbin tarix müəllimi Murad İsmayılovun təqdimatında  Aprel döyüşləri dərsinə başlanılmışdır. M.İsmayılov hazırladığı slaytla Qarabağ müharibəsi və Aprel döyüşləri haqqında məktəblilərə məlumat vermişdi. 
Aprel ayının 7-də Azərbaycan Universitetində aprel döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Fəxrəddin Qurbanlının anım mərasimi keçirilib.  Tədbirdə Universitetin rektoru Səadət Əliyeva, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Qurban İsmayılov, “SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev,Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev, Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Həbib Məmmədov, şəhidin ailə üzvləri və tələbələr iştirak edib. Nəsimi  rayonunda ağac əkməklə ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, insanların diqqətini yaşıllıqların qorunmasına yönəltmək istiqamətində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə silsilə ağacəkmə kampaniyaları, iməciliklər  keçirilmişdir.
Aprel ayının 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrufatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış “Məktəb bağları” layihəsi çərçivəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən iməcilik   təşkil edilmişdir. Rayonun 4-cü mikrorayon ərazisində yerləşən 111 saylı tam orta məktəbin həyətində “Məktəb bağları” layihəsi çərçivəsində iməcilik keçirilmiş, məktəbin həyətyanı sahəsinə müxtəlif növ meyvə ağacları əkilmişdir. Məktəbin həyətində süni meyvə ağaclarından hazırlanmış kompozisyalara baxış keçirilmiş, sonra məktəblilərin ifasında şən musiqi nömrələri ifa olunmuşdur. Daha sonra “Məktəb bağları” layihəsi çərçivəsində  rayonun 174 saylı körpələr evi-uşaq bağçasının həyətində də iməcilik davam etdirilmiş, mövcud yaşıllıqlara qulluq edilmiş, körpələr evi-uşaq bağçasının həyətində müxtəlif meyvə ağacları  əkilmişdir. Uşaq bağçasının həyətində təbii meyvələrdən ibarət müxtəlif kompozisiyalar hazırlanmış, azyaşlılar kompozisiyalar ətrafında şən mahnılar ifa  edərək, rəqs etmişlər. Keçirilən aksiya azyaşlılarda təbiətə, yaşıllıqlara qarşı böyük maraq hissi yaratmış, onların valideynləri tərəfindən razılıqla qarşılanmışdır. “Məktəb bağları” layihəsi çərçivəsində Nəsimi rayonunda keçirilən  iməcilikdə çoxsaylı meyvə ağaçı əkilmişdir.
Aprel ayının 8-də  ümumrayon iməcliyi zamanı rayonun 4-cü mikrorayon ərazisindəki H.Seyidzadə küçəsi 1, 2B, 3, 4B, 16B ünvanlarında mövcud yaşıllıqlara qulluq göstərilmiş, yeni ağaclar əkilmişdir. 4-cü mikrorayon ərazisində salınmış Mir Cəlal küçəsindəki parkda mövcud yaşıllıqlara xidmət göstərilmiş, parkın ərazisinə 6 mindən artıq gül kolları əkilmişdir. Yüksək fəallıq və xoş əhval-ruhiyyə ilə keçirilən iməcilikdə çoxsaylı ağac əkilmiş, əvvəllər əkilmiş 3000-dən çox ağaca qulluq göstərilmiş, mövcud yaşıllıqlar suvarılmış, qazonlar  döşənmişdir. Ağaclar əkilmiş ərazilərdə abadlıq işləri aparılmiş, ərazilər məişət tullantılarından təmizlənmiş,  yeni asfalt örtüyü döşənmiş, yeni bardürlər salınmışdır.  Paytaxtın ekoloji mühitinin yaxşılaşdırılması və şəhərin daha da gözəlləşdirilməsinə xidmət edən ümumrayon iməciliyində  rayonun idarə, müəssisə  və təşkilatları, ümumilikdə 800 nəfərdən  çox insan iştirak etmişdir.
Aprel ayının 10-da Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evində 2014-cü il təvəllüdlü imtina olunmuş fiziki qüsurlu Məmmədov Elmanın doğum günü münasibəti ilə şənlik təşkil edilmişdir.Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri  tərəfindən körpələr evində yaşayan Məmmədov  Elman  üçün hədiyyələr, oyuncaqlar almış, uşaqların bayram şənliyinin maraqlı keçməsi üçün rəngarəng şarlar, meyvələr, şirniyyatlar və ad günü tortu təşkil edilmişdir. Valideyn himayəsindən məhrum olmuş uşaqlar qonaqlarla birlikdə əylənmiş, rəqs etmişlər.
Aprel ayının 13-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2017-ci  ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Nəsimi  rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə,mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur.
İclasda  “Bakı Tikiş Evi ” ATSC-nin sədri Fidail Rəhimov, Nəsimi  rayon MKTB-nin rəisi Elman Yəhyayev, ƏSMN yanında SMF-nun Nəsimi   rayon şöbəsinin müdiri  Əsgər Əsgərov,  Nəsimi rayon  Sukanal İdarəsinin rəisi İntiqam Tağıyev,  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Nəsimi rayonu üzrə sektor müdiri Bəyverdi Novruzov və iş adamı İsa Qaraşov   çıxış etmişlər. Tədbirdə həmçinin Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva yubileyi münasibəti ilə təbrik edilmişdir. İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur. Milli Məcsilin üzvləri Məlahət İbrahim qızı, Ziyad Səmədzadə  və  Asim Mollazadə hesabat yığıncağının işində iştirak etmişlər.
Aprel ayının 14-də 54  saylı məktəbin tarix müəllimi Zeynal Qasımovun təqdimatında növbəti “Aprel döyüşləri” dərsi keçirilmişdir  Z.Qasımov hazırladığı slaytla Qarabağ müharibəsi  və 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibə zamanı Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyin azad edilməsindən, Azərbaycan bayrağının Lələ təpədə dalğalandırılmasından, bu yüksəkliyin azad edilməsinin strateji əhəmiyyəti barədə məktəblilərə məlumat vermişdi.
“Qarabağ həqiqətləri tarixi” İctimai Araşdırmalar  Birliyinin sədri Əlövsət Qasımov və   Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri, I qrup Qarabağ müharibəsi əlili  Azər Quliyev məktəblilər qarşısında çıxış edərək Qarabağ müharibəsi zamanı  mənfur ermənilərin Qarabağda  dinc əhalinin başına gətirdiyi işgəncələrdən danışmış,  iştirak etdikləri döyüşlər haqqında məktəblilərə məlumat vermişdirlər.
Aprel ayının 18-də 54 saylı tam orta məktəbdə Azərbaycan Respublikası Gənclər və İdman, Müdafiə, Təhsil, Fövqəladə Hallar, Mədəniyyət və Turizm,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və Respublika Veteranlar Təşkilatının birgə qərarı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Nəsimi  rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilmişdir. Yarışın nəticələrinə görə 23 saylı tam orta məktəbin komandası  I  yerə, 54 saylı tam orta məktəbin komandası  II  yerə, 151  saylı tam orta məktəbin komandası III yerə layiq görülmüşdür.
Aprel ayının 18-də Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Nəsimi rayon Komitəsinin konfransı keçirilmişdir. Azərbaycan  Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar  İttifaqı Nəsimi rayon Komitəsinin sədri Aygün Məmmədova hesabat məruzəsi ilə çıxış etmişdir. 10 Həmkarlar İttifaqını ətrafında birləşdirən rayon komitəsinin üzvlərin sayı 255 nəfər işçini əhatə etmişdir. Hesabat dövründə ( yanvar 2015-aprel 2017) 28 nəfər  üzvə  məzuniyyət müddəti dövründə “Ülfət”, “Flaqman”, “Venesiya” və “Mayak” istirahət mərkəzlərinə, 25 nəfər üzvə isə “Bilgəh”, “Abşeron”, “Naftalan” və “Günəşli” müalicə sanatoriyalarına yollayışlar verilmişdir. Hesabat dövrü ərzində nəzərdə tutulan üzvlük haqqlarının yığılması təmin edilmiş, Respublika Komitəsinin nizamnaməsinə uyğun olaraq ayırmalar  vaxtında köçürülmüşdür.Hesabat məruzələrinə dair çıxışlardan sonra yenidən Aygün Məmmədova Azərbaycan  Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Nəsimi rayon Komitəsinin sədri, Qədir İsayev isə təftiş komissiyasının sədri seçilmişdi. Konfransda Dövlət İdarələri və İctimai Xidmət  İşçiləri Həmkarlar  İttifaqının VI qurultayına nümayəndələr seçilmişdir.
Aprel ayının 18-də  Nəsimi rayonunda “Yaşıl market”də kənd təsərrüfatı məhsullarının satış mərkəzində xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri ilə görüş keçirilmişdi. Tədbirdə Nəsimi rayonunda yeni istifadəyə verilmiş  satış mərkəzi barədə qonaqlara ətraflı məlumat verilmişdi. Qonaqlar  geniş ərazidə yerləşən açıq və bağlı satış məntəqələrini gəzmiş, ayrı-ayrı pavilionlarla tanış olaraq söhbətlər etmişlər. Pavilionlarda və piştaxtalarda respublikamızın bütün bölgələrində istehsal olunan müxtəlif çeşiddə kənd təsərrüfatı, ərzaq və qida məhsulları - satışa çıxarılan Azərbaycan məhsulları ilə tanış olmuşdular. Xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri əməkdaşlıq üçün burada imkanların olduğunu və bu barədə öz ölkələrinin müvafiq qurumları ilə danışıqlar aparacaqlarını bildirmişdilər.
Aprel ayının 19-da Nəsimi  rayonundakı orta məktəblərin VII sinif şagirdləri arasında təşkil olunmuş «Coca-Cola Məktəbli kuboku»nun yarışlarına start verilmişdi. Yarışda Nəsimi rayon ərazisində yerləşən 26 orta ümumtəhsil müəssisəsinin komandaları mübarizə aparmışlar. Açılış mərasimində Nəsimi rayon İcra Hakimiyyətinin, AFFA-nın, Nəsimi rayon Gİİ-nin nümayəndələri iştirak etmiş, yarış iştirakçılarına uğurlar arzulamışlar.
Aprel ayının 19-da  Azərbaycan Universitetində “Türk-müsəlman soyqırımı çağdaş tədqiqatlarda” mövzusunda IV beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.Tədbir Azərbaycan Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, Nəsimi rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Türkiyənin Anadolu Universiteti və “SƏS” Media Qrupun birgə təşkilatçılığı ilə təşkil olunmuşdur.
Aprel ayının 21-də 46  saylı tam orta  məktəbin tarix müəllimi Fatimat Əliyevanın   təqdimatında  növbəti “Aprel döyüşləri dərsləri” keçirilmişdi.
F.Əliyeva  hazırladığı slaytla Qarabağ müharibəsi  və 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş dördgünlük müharibə zamanı Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyin azad edilməsindən, Azərbaycan bayrağının Lələ təpədə dalğalandırılmasından, bu yüksəkliyin azad edilməsinin strateji əhəmiyyəti barədə məktəblilərə məlumat vermişdi. Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri, I qrup Qarabağ müharibəsi əlili Azər Quliyev  məktəblilər qarşısında çıxış edərək Qarabağ müharibəsi zamanı  mənfur ermənilərin Qarabağda  dinc əhalinin başına gətirdiyi işgəncələrdən danışmış,  iştirak etdiyi döyüşlər haqqında məktəblilərə məlumat vermişdir.
Aprel ayının 21-də Nəsimi rayonu İlyas Əfəndiyev adına Elitar Gimnaziyada  Aprel döyüşlərində şəhid olmuş əsgərlərin xatirəsinə həsr edilmiş “Aprel zəfəri” adlı tədbir keçirilmişdir.Tədbirdə Millət vəkili, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı, Qafqaz Müsəlmanları idarəsinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli, Elitar Gimnaziyanın valideyni olmuş Şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova  və şəhid mayor Rasim Məmmədovun qardaşı Aslan Məmmədov, Azərbaycan Hərb Tarixi Muzeyinin direktoru, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə  və diğər qonaqlar çıxış edərək  bildirmişdilər ki, Azərbaycan dövləti bir daha bütün dünyaya nümayiş etdirdi ki, işğalla heç zaman barışmayacaq və Azərbaycan Ordusu lazım olan əməliyyatı uğurla həyata keçirməyə qadirdir. Daha sonra qonaqlar Elitar Ginnaziyanın şagirdlərinin vətənpərvərlik mövzusunda hazırladıqları səhnəciyə  və Müdafiə Nazirliyinin Mərkəzi Zabitlər evinin mahnı və rəqs ansamblının solistlərinin ifasında kompozisiyaya  tamaşa etmişdilər.
Aprel ayının 22-də  rayonun 4-cü mikrorayon ərazisində yerləşən 5 saylı tam orta məktəbin həyətində “Məktəb bağları” layihəsi çərçivəsində iməcilik keçirilmiş, məktəbin həyətyanı sahəsinə müxtəlif növ meyvə ağacları əkilmişdir. İməcilik zamanı 4-cü mikrorayon Ə.İskəndərov küçəsində yerləşən br sıra yaşayış binalarının həyətlərində, binaların qarşısındakı  məhəllələr arasındakı  ayrı-ayrı şəxslər tərəfindən zəbt olunmuş ümumi istifadə üçün olan torpaq sahələri, yollar və keçidlər, kortəbii çəpərlənmiş sahələr, yöndəmsiz dəmir konstruksiyadan quraşdırılmış qanunsuz tikililər sökülmüş, ağaclar budanmış, ərazilərdə abadlıq və yaşıllaşdırma işləri aparılmış, mövcud yaşıllıqlara qulluq göstərilmişdir. Abadlıq, qururuculuq və yaşıllaşdırma işləri 2-ci mikrorayon ərazisindəki H.Seyidzadə küçəsi 2, 9, 29, 32 və 4-cü mikrorayon ərazisindəki Mir Cəlal küçəsi 54, 56 ünvanlarda davam etdirilmişdir. Keçirilən  iməcilik zamanı ərazidən 100 maşından artıq məişət tullantısı daşınmışdır. Məhəllələrdə aparılan abadlıq işləri sakinlər tərəfindən rəğbətlə qarşılanmış, görülən işləri yüksək qiymətləndirərək  davamlı olmasını xahiş etmişlər. İməcilikdə çoxsaylı ağac əkilmiş, əvvəl əkilmiş 3000 ədəd ağaça qulluq göstərilmişdir.
Aprel ayının 24-də bəşəriyyət üçün ən dəhşətli texnogen faciələrdən biri olan Çernobıl qəzasının   ildönümü ilə bağlı  Nəsimi  rayon İcra Hakimiyyəti rəhbərliyi ilə qəzanın aradan qaldırılmasının iştirakçıları olmuş rayon sakinlərinin görüşü keçirilmişdir. Çernobılçılar adından çıxış edən “Azərbaycan Çernobıl Əlilləri İttifaqı” İctimai Birliyinin sədri Mirhəsən Həsənov, cəmiyyətin Nəsimi  rayon təşkilatının sədri Xələf Həsrətov və  “Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri” İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev  onlara göstərilən diqqət və qayğıya görə ökə rəhbərinə minnətdarlıqlarını birdirmişdilər.
Tədbirin sonunda Çernobıl əlillərinə maddi yardım və ərzaq bağlamaları  təqdim olunmuşdur.
Aprel ayında respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş görkəmli oftolmoloq, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 94 illiyi Nəsimi  rayonunda geniş qeyd olunmuşdur. Əlamətdar günlə  bağlı idarə və təşkilatlarda görkəmli alimin xatirəsinə həsr olunmuş bir  sıra tədbirlər  təşkil olunmuşdur.  Tədbirlər çərçivəsində rayonun  orta  məktəblərində görkəmli oftolmoloq Zərifə xanım Əliyevaya həsr olunmuş «Azərbaycan qadını», «Gözlərə işıq, nur bəxş edən insan» və «Ana - müqəddəslik zirvəsidir» mövzularında inşa yazı, divar qəzetləri, bədii qiraət müsabiqələri, rəsm əsərləri sərgisi, idman yarışları keçirilmiş, məktəblərin foyelərində Azərbaycan tibb elminin görkəmli şəxsiyyəti olan, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş guşələr yaradılmışdır.
Aprel ayının 26-da Nəsimi rayon İcra hakimiyyəti Azərbaycan Tibb Universiteti ilə birlikdə görkəmli oftolmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “İnsanlara nur bəxş edən alim” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov və  Tibb Universitetinin rektoru Gəray Gəraybəyli oftolmoloq-alim Zərifə Əliyevanın tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini qeyd etmişdirlər.  Daha sonra Azərbaycan Tibb Universitetinin “Oftalmologiya”  kafedrasının müdiri professor Paşa Musayev  və “Oftalmologiya”  kafdrasının dosenti Solmaz Əliyeva Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinin müxtəlif məqamlarından söz açıb, onun Azərbaycan səhiyyəsinə verdiyi töhfələrin əhəmiyyətini yüksək dəyərləndirmişdilər.
Aprel ayının 26-da   Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən fiziki qüsurlu şagirdlərin təhsil aldığı  11 və 268 saylı xüsusi məktəblərin şagirdlərinin Bioloji Təbabət Klinikasında pulsuz tibbi müayinəsi təşkil edilmişdir. Azərbaycan Tibb Universitetində keçirilən tədbirdə müayinədən keçmiş uşaqlara eynəklər təqdim olunmuşdur.
Aprel ayının 26-da  Nəsimi  rayon İcra Hakimiyyəti və Azərbaycan Resublikası Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə “Qalereya 1969”-da  görkəmli elm xadiminin Zərifə xanım Əliyevanın  əziz xatirəsinə həsr olunmuş  Azərbaycanın tanınmış rəssamlarının əl işlərindən ibarət sərgi təşkil edilmişdir. Sərgidə Mədəniyyət və Turizm Nazirliyinin və Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, Millət vəkilləri Asim Mollazadə, Məlahət İbrahimqızı, Aydın Hüseynov, tanınmış səhiyyə işçiləri, rayon ictimaiyyətinin, ağsaqqalların, veteranların, gənclərin nümayəndələri iştirak etmişlər. Sərgidə Azərbaycanın görkəmli rəssamlarından olan Oqtay Sadıxzadənin «Zərifə xanım Əliyevaının portreti», Altay Sadıxzadənin «Mehriban xanımın portreti», həmçinin xalq rəssamları  Baba Əliyev, Mikayıl Abdullayevin, Tahir Salahovun, Maral Rəhmanzadənin, Vəcihə Səmədovanın, Xalidə Səfərovanın, Salam Salamzadə, Ağa Mehdiyev, Asəf Cəfərov  və digər görkəmli rəssamların anaya, Azərbaycan qadınlarına həsr olunmuş əsərləri nümayiş olunmuşdur. Tədbirdə xalq artistı Samir Cəfərov “Ana”mahnısı,   Bakı Musiqi Akademiyasının tələbələri Mədinə Ağayeva, Vüsal Aydəmirov və Alp Əliyev müxtəlif klassik musiqi nömrələri ilə çıxış etmişlər.
Aprel ayının 26-da  R.Behbudov adına Mahnı Teatrında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunmuş Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi  Kollecinin  tələbələrinin konserti  keçirilmişdir. Konsertdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi  Kollecinin   Simli alətlər Orkestrinin,  Nəfəs və zərb alətləri orkestrinin, Xalq çalğı alətləri ansamblının,  Xor kollektivinin ifasında Azərbaycanın görkəmli bəstəkarları Soltan Hacıbəyov, Asəf Zeynallı, Tofiq Quliyev, Siyavuş Kərimi, Vasif Adığözəlovun və digər bəstəkarların  musiqi əsərləri  ilə çıxış etmişlər. Konsertdə Beynəlxalq müsabiqə laureatı Fəxri Nicat Kazımın ifasında  Sevil Əliyevanın “Ana” mahnısı alqışlarla qarşılanmışdır.
Aprel ayının 28-də Nəsimi rayonunda görkəmli alim, oftalmoloq, ictimai xadim Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr edilmiş tədbirlər 
çərçivəsində rayonda yaşayan əlil, veteran, kimsəsiz və aztəminatlı ailələrə -  ümumilikdə 250-dən çox ailəyə ərzaq bağlamaları təqdim edilmişdir.
May ayının 1-də Bakı Slavyan Universitetinin akt zalında BSU və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyev və akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda magistrant, doktorant və gənc tədqiqatçıların Respublika Elmi Konfransı keçirilmişdir. Tədbirdə BSU-nun rektoru, professor Nurlana Əliyeva, Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Ozoral çıxış edərək Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən birinin gənc nəslə diqqət və qayğının artırılması,  respublikamızın ictimai-siyasi həyatında onların fəal iştirakının təmin olunması, yeni nəslin gələcəyin layiqli vətəndaşları kimi formalaşması üçün münbit şəraitin yaradılması olduğunu bildiriblər. Konfrans 4 bölmədə öz işini davam etdirib. Konfransın bağlanışında bölmə iclaslarının moderatorlarının hesabatları dinlənilib, iştirakçılara sertifikat və diplomlar təqdim edilib.
May ayının 2-də görkəmli bəstəkar, Azərbaycanın Xalq artisti Tofiq Quliyevin 100 illik yubileyi ilə əlaqədar Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında konsert proqramı keçirilmişdir. Konsertdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Bakı Şəhər Təhsil İdarəsinin, Nəsimi Rayon İcra Hakimiyyətinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin nümayəndələri iştirak etmişdilər. Konsert proqramında bəstəkarın musiqi və kino fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilmiş, Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin tələbələrinin,  İncəsənət Gimnaziyasının və Qara Qarayev adına 8 saylı musiqi məktəbinin şagirdlərinin ifasında Tofiq Quliyevin mahnılarından ibarət canlı musiqi (vokal, estrada, caz, orkestr, kinofilmlərdən musiqi) və rəqs nömrələri təqdim edilmişdi. Akademiyanın foyesində görkəmli bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş sərgi təşkil olunmuşdur. Sərgidə mərkəzin Təsviri Sənət Qalereyasında dərnək üzvlərinin 40 rəsm əsəri nümayiş etdirilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar paytaxtın Nəsimi  rayonunda silsilə tədbirlər keçirilmiş,   idarə, müəssisə və təşkilatlarda, elm, təhsil və səhiyyə müəssisələrindəki tədbirlərdə Ulu öndərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilmişdir.
May ayının 2-də Nəsimi rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə Kamera və orqan musiqisi zalında  H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin  Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş  konserti keçirilmişdir.
Musiqi məktəbinin istedadlı şagirdləri Q.Qarayev adına  Azərbaycan Dövlət Kamera Orkestri və dirijor Xalq artisti Teymur Göyçayevin  müşayəti ilə musiqi əsərlərini səsləndirmişdilər. II Dünya Müharibəsində faşizm üzərində Qələbənin 72-ci ildönümü paytaxtımızın mərkəzi rayonu olan Nəsimi rayonunda çox geniş və təntənəli  şəkildə qeyd olunmuşdur. Bununla əlaqədar   rayonun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində tədbirlər, veteranlarla görüşlər,  rayonda yerləşən çoxsaylı mədəniyyət müəssisələrində tədbirlər təşkil olunmuşdur.
May ayının 3-də Nəsimi  rayon rəhbərliyi, idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatlarının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin,  KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə Beynəlxalq Muğam Mərkəzində Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə  həsr olunmuş “Heydər Əliyev - xalqın qəlbində və müqəddəs diləklərində yaşayan lider” adlı təntənəli tədbir keçirilmişdir. Tədbirdə İnsan Hüquqları üzrə müvəkkil Ombudsman Elmira Süleymanova, Auditorlar Palatasının Sədri Vahid Novruzov, Hesablama Palatasının Sədri Vüqar Gülməmmədov, Milli Məclisin deputatları Fəttah Heydərov, Ağacan Abıyev, Rauf Əliyev, Aydın Hüseynov, Fərəc Quliyev, Kamran Nəbizadə, Sədaqət Vəliyeva, Kamilə Əliyeva, Məlahət İbrahimqızı, Ülvi Quliyev, Çingiz Qənizadə, Azər Badamov,Vahid Əhmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucov, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva  və digər rəsmi qonaqlar iştirak etmişdilər.  Azərbaycan Televiziyasının Dilarə Əliyeva adına “Dan Ulduzu” ansamblının iştirakı ilə keçirilən konsertdə  Emin Sabitoğlunun, Soltan  Hacıbəyovun, Ramiz Mirişlinin, Elza İbrahimovanın  əsərləri ifa edilmiş və tanınmış incəsənət nümayəndələrinin – Lalə Məmmədova, Zakir Əliyev, Sabir Piriyev və digərlərinin  ifaları, xüsusilə Fəridə Hüseynovanın ifasında Sevil Əliyevanın “Xatirə” əsəri mərasimi daha rəngarəng etmişdir. Tədbir boyunca Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən slayd göstərilmişdir.
May ayının 4-də Qələbə günü ilə bağlı rayondakı 1941-1945 abidəsinin yerləşdiyi parkda  Nəsimi rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, veteranların iştirakı ilə təntənəli tədbir keçirilmişdir. Tədbirdə veteranlar öz xatirələrindən söz açmış, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən veteranlara hədiyyələr və maddi yardımlar verilmişdir. Səhhəti  ilə əlaqədar tədbirdə iştirak edə bilməyən  Böyük Vətən Müharibəsi veteranlarının yaşadıqları mənzillərdə olunmuş, onlara bayram sovqatları çatdırılmışdır.
Azərbaycan xalqının Ümümmilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ərəfəsində Los Anceles və San Dieqo şəhərlərində Nəsimi rayon İcra Hakimiyyətinin dəstəyi ilə silsilə tədbirlərin keçirilməsi barədə Azərbaycan Respublikasının Los Аnceles şəhərindəki Baş Konsulluğunun təklifi nəzərə alınaraq, Nəsimi rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi ilə 20 nəfərdən ibarət nümayəndə heyəti cari ilin may ayının 05-15 tarixlərində АBŞ-ın Кaliforniya ştatına səfər etmişdir.
Nümayəndə heyətinin tərkibində Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Azərbaycanın tanınmış sənətçiləri, xalq artistləri Mənsum İbrahimov, Azər Zeynalov, opera ifaçıları Samir Cəfərov, Aygün Zeynalova, tar ustası-əməkdar artist  Elçin Həşimov,  kamança  ustası Elnur Əhmədov və digər sənətçilərimiz, Azərbaycan Televiziyasının əməkdaşları, Nəsimi RİH Başçısı Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Мəhəmməd Məmmədli olmuşlar.
Səfər proqramı çərçivəsində Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlərin, ilk növbədə Los Anceles və San Dieqo şəhərlərində muğam triosunun, opera ifaçılarının, eləcə də nağara, balaban, piano və qarmon, rəqs ifaçılarından ibarət heyətin iştirakı ilə konsertlərin təşkili, “Əli və Nino” filminin nümayiş etdirilməsi, “Bakı şəhəri San Dieqolu fotoqrafın gözü ilə” adlı foto-sərginin,  Los Anceles və San Dieqo şəhərlərinin rəsmi dairələrində görüş tədbirlərinin keçirilməsinə rayon İcra Hakimiyyəti tərəfindən kompleks hazırlıq işləri aparılmış və yüksək səviyyədə həyata keçirilmişdir.
May ayının 6-da Los Anceles şəhərində qədim və nüfuzlu incəsənət məkanlarından olan “Оrpheum Theater” konsert zalında  Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirin proqramına çıxışlar, video-çarx, geniş konsert proqramı daxil idi. Tədbirdə Azərbaycanın  Los Ancelesdəki baş konsulu, Los Anceles şəhəri ictimaiyyətinin tanınmış nümayəndələri, şəhər rəsmiləri və siyasətçilər, xarici diplomatlar, professorlar, mədəniyyət xadimləri, iş adamları və digər şəxslərdən ibarət iki min nəfərə  yaxın insan iştirak edirdi.
RİH başçısı tədbir iştirakçıları qarşısında çıxış edərək, Ulu öndərin anadan olmasının 94 illiyi ilə əlaqədar təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində  keçirilən tədbirlərdə bu dahi insanın əziz xatirəsinin böyük hörmət və ehtiramla anıldığı və yad edildiyi barədə məlumatlar verilmiş, Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunduğu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunduğu qeyd olunmuşdu.
Daha sonra incəsənət ustalarımızın möhtəşəm konsert proqramı təqdim olunmuşdu.
May ayının 08-də San Dieqo şəhər Şurasında  görüş keçirilmişdir. Şuranın sədri Myrtlel Cole ilə keçirdiyim görüşdə Azərbaycan xalqının Ümümmilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı tədbirlər, Bakı və San Dieqo şəhərləri arasında yaradılmış əlaqələrin Azərbaycan-ABŞ tərəfdaşlığına və iki xalqın yaxınlaşmasına xüsusi dinamika verməsi  barədə fikir mübadiləsi aparıldı. Görüş zamanı San Dieqo Şəhər Şurasına tərəfimizdən hədiyyələr təqdim olundu.
May ayının 8-də axşam çağında San Dieqo şəhərində “Bakı şəhəri San Dieqolu fotoqrafın gözü ilə” adlı foto-sərgi keçirildi. Azərbaycanın paytaxtı Bakı şəhərinə həsr olunmuş fotosərgi tanınmış sənət mərkəzlərindən olan Meyer İncəsənət Qalereyasında nümayiş olundu. Bu sərgidə mart ayında Bakıya səfər etmiş San Dieqolu fotoqraf Nikolas Agelidis tərəfindən çəkilmiş fotoşəkillər nümayiş etdirildi. Nümayiş olunan fotoşəkillər Bakının tarixi və müasir memarlığını, onun multikulturalizm, etnik və dini müxtəlifliyini, eləcə də son bir neçə il ərzində Bakının sürətli inkişafını əks etdirir. Foto-sərgidə Bakının memarlıq inciləri, o cümlədən Heydər Əliyev Mərkəzi, Qız Qalası, “Alov qüllələri” kompleksi, həmçinin tarixi-mədəni abidələri əks olunur.
May ayının 9-da San Dieqo şəhərinin mərkəzində yerləşən Reqal Cinema Mərkəzində Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti və filmin icraçı prodüseri Leyla Əliyevanın hərtərəfli dəstəyilə ərsəyə gəlmiş “Əli və Nino” bədii filminin premyerası keçirildi. Qədim Bakının mənzərələrini göz önündə canlandıran, Azərbaycanın müstəqillik mübarizəsini böyük ustalıq və peşəkarlıqla təqdim edən bu film tamaşaçılarda dərin hisslər oyatdı.
May ayının 10-da San Dieqonun ən tanınmış və qədim incəsənət mərkəzlərindən hesab olunan Balboa Teatrında Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert tədbiri keçirildi. Tədbirdə  3000 nəfərə yaxın şəhər sakini iştirak edirdi.
Tədbirdə çıxış edən San Dieqo Vilayətinin Nəzarətçilər Şurasının üzvü Ron Roberts 10 mayın San Dieqo Vilayətində “Azərbaycan Musiqisi Günü” elan edilməsinə dair bəyannaməni təqdim  etdi.
Səfər çərçivəsində keçirilən tədbirlərdə nümayəndə heyətinin rəhbəri olaraq mən və Azərbaycanın  Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tərəfindən çıxışlar edilmiş, Azərbaycanın qədim dövlətçilik ənənələrindən, müstəqilliyinin bərpasından, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkənin dərin böhrandan xilas olmasından,  Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycanın sabitliyi və öz tolerantlığı ilə çoxlarına nümunə olan güclü bir dövlətə çevrilməsindən, Bakı və San Dieqo şəhərləri arasında yaradılmış əlaqələrin Azərbaycan-ABŞ tərəfdaşlığına və iki xalqın yaxınlaşmasına xüsusi dinamika verməsindən danışılmışdır.
Keçirilən bütün rəsmi görüşlərin sonunda Azərbaycanla bağlı xatirə hədiyyələri təqdim olunmuşdur.
Azərbaycanla bağlı keçirilən tədbirlər Los Anceles və San Dieqo şəhərlərində pozitiv əks-səda doğurmuş, şəhər sakinlərinin geniş marağına səbəb olmuşdur. May ayının 6-da Los Anceles şəhərində keçiriləcək tədbirə radikal erməni lobbisi tərəfindən maneçiliyə cəhdlər göstərilmiş, məqsədlərinə nail olmadıqlarını gördükdə “Оrpheum Theater” teatrının qarşısında etiraz aksiyası keçirmişlər. Lakin  tamaşaçılar etiraz aksiyasına etinasızlıq göstərmiş və erməni lobbisi uğursuzluqla üzləşmişdir.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Asif Məhərrəmov küçəsi ilə Moskva prospekti arasındakı məhəllələrarası ərazidə sakinlərinin asudə vaxtlarının səmərəli keçirmələri üçün baxımsız vəziyyətdə olan 1 hektardan çox sahədə  geniş miqyaslı abadlıq işləri aparılmış, mövcud ağaclar budanmış,  aparılmış yenidənqurma işlərindən sonra  istirahət parkı sakinlərin istifadəsinə verilmişdir. Parkda sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirimələri üçün tam şərait yaradılmış, avadanlıq və qurğular quraşdırılmış, sakinlərə ictimai iaşə xidməti göstəriləcək müasir qeyri-yaşayış sahəsi yaradılmışdır. Əhalinin asudə vaxtlarının səmərəli keçirilməsi və  istirahəti üçün parkda yeni skamyalar  qoyulmuşdur. Bu ünvandakı uşaqların da asudə vaxtlarının maraqlı keçirilməsi üçün xüsusi əyləncə avadanlıqları quraşdırılmışdır.
Parkda genişmiqyaslı yaşıllaşdırma işləri aparılmış, müasir tələblərə cavab verən gecə işıqlandırılması sistemləri quraşdırılmışdır. Ərazinin yaşlı sakinləri də diqqətdən kənarda qalmamış, parkda onların da istirahəti üçün xüsusi guşə yaradılmışdır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə   istirahət parkı may ayının 10-da bayram əhval ruhiyyəsi ilə sakinlərin istifadəsinə verilmişdi.
May ayının 10-da Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər  Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə keçirilən tədbirlərin davamı olaraq rayon ərazisində ümumrayon iməciliyi keçirilmişdir.  Bu iməcilikdə  məqsəd rayon ərazisində ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıq zolaqlarını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etmək olmuşdur.
May ayının 10-da keçirilən iməcilikdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı  Aparatının kollektivi, idarə və müəssisələrin nümayəndələri iştirak etmişlər. Həmin gün rayonun mərkəzi küçələrində, mikrorayonlar ərazisində, Cavadxan, H.Seyidzadə, Ü.Haçıbəyov küçələrində, park və bağlarda 45.000 gül kolu, 500-dən artıq şam və sərv ağacları, 1500  kv.m-dən çox qazon otu  vurulmuşdur.
Respublika əhalisinin sağlamlığı məsələləri hər zaman ölkə Prezidenti cənab İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Dövlət Proqramları, sərəncam və tapşırıqlara əsasən son illərdə digər sahələrdə olduğu kimi Azərbaycan səhiyyəsinin inkişafı, müxtəlif profilli yeni səhiyyə müəssisələrinin tikintisi, mövcud tibb ocaqlarının yüksək standartlara cavab verə biləcək səviyyədə təmir olunması, yenidənqurulması, bu müəssisələrin müasir tibb avadanlıqları ilə təchizatı məsələləri Bakı şəhərinin mərkəzi rayonlarından olan Nəsimi rayonunda da geniş həyata keçirilmişdir. Ölkə başçısının tapşırığına uyğun olaraq 2017-ci il fevral ayının 15-dən respublikamızın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilmişdir. Bununla əlaqədar Nəsimi  rayon İcra Hakimiyyəti tərəfindən  aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunmuşdur.  
Rayon İcra Hakimiyyəti tərəfindən rayonun 1, 3, 5 və 20 saylı şəhər poliklinikalarında tədbirin keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Müvafiq qurumların da cəlb olunması ilə rayonda tədbirlə bağlı əhali arasında təşkilati-izahat işləri aparılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrinin də müayinəsi məqsədi ilə  səyyar həkim briqadaları da təşkil olunmuşdur.
Həyata keçirilən bütün işlər RİH-də yaradılmış komissiya tərəfindən koordinasiya olunmuşdur. Komissiya üzvləri mütəmadi olaraq RİH-də toplaşaraq tibbi müayinə tədbirlərinin keçirilməsinin vəziyyəti müzakirə olunmuş, qarşıya çıxan problemlərin həlli üçün tədbirlər görülmüşdür. Poliklinikalarda keçirilən tibbi müayinələrin yekunu nəzarətdə saxlanılaraq gündəlik, ongünlük və aylıq yekunlar araşdırılmış, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tibbi müayinələrin nəticələri ilə bağlı gündəlik və yekun hesabatlar verilmişdir. Poliklinikalarda əhalinin tibbi müayinəsi zamanı  vətəndaşlarda aşkar edilmiş xəstəliklərlə bağlı ambulator və stasionar müalicələr təyin edilmişdir. Nəsimi rayon İcra Hakimiyyətinin müraciətinə əsasən aşkar edilmiş xəstəliklərlə bağlı 30 nəfər aztəminatlı rayon  sakininin  üzərində Kliniki Tibbi Mərkəzdə daxili orqanlarla bağlı cərrahiyyə əməliyyatları aparılmışdır.  
Tibbi müayinələrin başlandığı fevral ayının 15-dən olan müddət ərzində rayon üzrə  109042   nəfər müayinələrdən keçmişdir. 

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 1993-cü il 20 sentyabr tarixli qətnaməsinə müvafiq olaraq hər il mayın 15-i Beynəlxalq ailə günü kimi qeyd olunur.
May ayının 15-də Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Səadət sarayında Beynəlxalq ailə gününə həsr olunan tədbir keçirilmişdir. Tədbirdə Milli Məclisin, ədliyyə, səhiyyə, təhsil nazirliklərinin, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Bakının Nəsimi, Yasamal və Nərimanov  rayon icra hakimiyyətlərinin, ali təhsil müəssisələrinin nümayəndələri iştirak etmişdir.
May ayının 15-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  Beynəlxalq Ailə günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Nəsimi rayonunda yaşayan ailələr, ağsaqqal və ağbirçəklər, qonaqlar iştirak edirdilər. Beynəlxalq Ailə gününə həsr edilmiş tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evində 2014-cü il təvəllüdlü imtina olunmuş fiziki qüsurlu Məmmədov Elmanın kiçik toy mərasimi də keçirilmişdir. Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri və qonaqlar  tərəfindən körpələr evində yaşayan Məmmədov  Elman  üçün hədiyyələr, oyuncaqlar alınmışdır. Tədbirdə həmçinin Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən bir neçə gənc cütlüklərin nigahları qeydə alınmışdır.
May ayının 18-də Nəsimi rayonunda 28 yerli və xarici müəssisə və təşkilatların nümayəndələri iştirakı ilə “Sosial məsuliyyətin bölgüsü çərçivəsində həyata keçirilən tədbirlərdə işəgötürənlərin iştirakı” mövzusunda Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi rayon Məşğulluq Mərkəzinin birgə təşkilatçılığı ilə dəyirmi masa keçirilmişdir.
Bakı şəhər Məşğulluq İdarəsinin təsdiq etdiyi qrafik üzrə Nəsimi rayon Məşğulluq Mərkəzi orta məktəblərdə peşəyönümü məşğələlərinin keçirilməsinə başlamışdır. Mərkəzin mütəxəssisləri tərəfindən may ayının 19-da Nəsimi rayonu  46 saylı tam orta məktəbdə  64 nəfər buraxılış sinif şagirdlərinin iştirakı ilə məşğələ keçirilmişdir. Eyni zamanda yuxarı sinif şagirdlərinin ”Peşə seçimində  valideynlərin rolu” mövzusunda  tədbir davam etdirilmişdir.
28 May - Respublika Günü münasibətilə Nəsimi rayonunun orta məktəblərində silsilə tədbirlər təşkil olunaraq keçirilmişdir. Bu gün münasibəti ilə elmi-praktik konfranslar, dəyirmi masalar, inşa yazıları, rəsm, şeir müsabiqələri təşkil edilir, divar qəzetləri buraxılmışdır.
May ayının 25-də 159 saylı tam orta məktəbdə 28 May-Respublika Günü münasibətilə “Qalibiyyət günəşi - Azərbaycan” adlı tədbir keçirilmişdir.             
May ayının 26-da 8 saylı tam orta məktəbdə 28 May-Respublika Günü münasibəti ilə“Yaşa Azərbaycan” adlı  bayram tədbiri təşkil  edilmişdir. Bayram tədbirlərində məktəblilər  şerlər söyləmiş, milli rəqslər və maraqlı kompozisiyalarla çıxış etmişlər. Gələcəyimiz olan uşaqların asudə vaxtlarının səmərəli və maraqlı təşkil olunması,  sağlam böyüməsi,onların təhsili və hüquqlarının qorunması  istiqamətində aparılan işlər hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olmuşdur. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü  münasibəti ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı hazırlanmış, keçiriləcək tədbirlərə daha çox uşağın cəlb olunması nəzərdə tutulmuşdur.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü  münasibəti ilə  rayon ərazisində yerləşən “KOALA”  istirahət və əyləncə mərkəzində   may ayının 30-da  uşaqlar üçün bayram tədbiri keçirilmişdir.
Tədbirdə Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evində tərbiyə alan  valideyn himayəsindən məhrum olmuş  və  aztəminatlı ailələrdən olan uşaqlara  nahar süfrəsi açılmış və hədiyyələr verilmişdir.
May ayının 31-də 111 saylı tam orta məktəbdə şagirdlərin  iştirakı ilə 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bayram tədbiri keçirilmişdir.
Bayram tədbirində uşaqlar dünya xalqlarının mahnı və rəqslərini ifa etmiş, kompozisiyalar təqdim etmişlər.
May ayının 31-də 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə  rayonun 11 və 268 nömrəli xüsusi məktəblərdə və Bakı Autizm İdman və Yaşam Klubunda təhsil alan fiziki cəhətdən qüsurlu 200 nəfərdən çox uşağın  iştirakı ilə  bayram tədbiri keçirilmişdir. Bayram şənliyində  iştirak edən uşaqların yaddaşında xoş izlər buraxmış, onların müəllim və  valideynlərinin çox böyük razılıqlarına səbəb olmuşdur. Tədbir incəsənət ustalarının çıxışları ilə davam etmiş, uşaqlar rəqslər edərək əylənmiş,  uşaqlara hədiyyələr təqdim edilmişdir.
İyun  ayının 1-də Texniki Humanitar Liseydə və 247 saylı tam orta məktəbdə  şagirdlərin  iştirakı ilə “ 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ” münasibəti ilə bayram tədbirləri keçirilmişdir.Bayram tədbirlərində uşaqlar mahnı və rəqslərini ifa etmiş,öz bilik və bacarıqlarını nümayiş etdirmiş, kompozisiyalar təqdim etmişlər.
İyun  ayının 1-də Nəsimi rayon İcra Hakimiyyəti və Nəsimi rayon Qeydiyyat şöbəsinin birgə təşkilatçılığı ilə  Kliniki Tibbi Mərkəzin doğum şöbəsində Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilmişdir. Nəsimi rayon Qeydiyyat şöbəsi əməkdaşları burada dünyaya gələn 70-dən  artıq uşaqğın  valideyinlərə doğum şəhadətnaməsi ilə yanaşı, hədiyyələr də təqdim edilmişdir. Yeniyetmə və gənclərin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə məktəblilərin iştirakı ilə bir sıra maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.Uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların zərərli vərdişlərdən uşaqlaşdırılması, istirahət müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün xüsusi tədbirlər təşkil edilib keçirilmişdir.
İyun  ayının 3-də uşaqların istirahətlərinin  daha rəngarəng edilməsi məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında  “Qırmızı papaq” tamaşasının pulsuz nümayişi təşkil olunmuşdur. Tədbirdə rayon məktəblərinin təhsildə fərqlənən şagirdləri, aztəminatlı ailələrin və Qarabağ müharibəsi veteranlarının övladları olmaqla 200 nəfər məktəbli  iştirak etmişdir.
İyun  ayının 5-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin   Təsviri Sənət qalereyasında “Tullantıdan incəsənətə” adlı rəsm sərgisi keçirilmişdir. 5 iyun - Ümumdünya Ətraf Mühit Günü münasibətilə təşkil olunan sərgidə Nəsimi rayon 44 nömrəli tam orta məktəbin şagirdlərinin nümayiş olunan 70-dək əl işi plastik butulkalardan, yumurta qabıqlarından, atılmış qaşıq və çəngəllərdən, parça kəsiklərindən, düymələrdən və digər tullantı məhsullarından  hazırlanmışdır.
İyun  ayının 5-də “Ambassador” Otelində “Ölkəmizin dünyada siyasi və iqtisadi qüdrətinin möhkəmlənməsi dövlətimizin prioritet məqsədidir” mövzusunda  Nəsimi rayon sakinləri ilə görüş keçirilmişdir. Görüşdə çıxış edənlər Qarabağ müharibəsi veteranları,əlilləri və şəhid ailələri İctimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, rayon Ağbirçəklər şurasının sədri Zərifə Quliyeva və digər sakinlər  Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və gördüyü işlər nəticəsində bütün sahələrdə əldə olunmuş müvəffəqiyyətlər, olkədə keçirilən beynəlxalq miqyaslı  tədbirlər, Forumlar, idman yarışları, xüsusilə Bakı – 2017 IV İslam Həmrəylik Oyunları barədə danışmışmışlar. Sakinlər çıxışlarında onları narahat edən məsələlərə toxunmuş, ölkə başçısı tərəfindən aparılan siyasəti, görülən işləri yekdilliklə dəstəklədiklərini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz  minnətdarlıqlarını  bildirilmişdir.
15 iyun Milli Qurtuluş günü münasibətilə Nəsimi rayonunda silsilə tədbirlər keçirilmişdir. Rayonun idarə, müəssisə və təşkilatlarında, ali və orta ümumtəhsil məktəblərində Qurtuluş günü münasibətilə görüşlər, dəyirmi masalar, konfranslar, idman yarışları təşkil edilmişdir.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən nəzərdə tutulan silsilə tədbirlər çərçivəsində iyun  ayının 12-də Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin üzvləri ilə Nəsimi  Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir. Görüş zamanı  Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, şəhid ailələrindən  Furadan Xəlilova və Elza İsmayılova dövlət  tərəfindən Qarabağ veteranlarına, əlillərinə və şəhid ailələrinə  göstərilən diqqət və qayğıdan danışmış, Azərbaycan Respublikasının Prezidentinə dərin minnətdarlıqlarını bildirmişdilər.Veteranlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə işğal olunmuş torpaqlarımızın azad edilməsinə hər zaman hazır olduqlarını və dövlətimizin başçısının siyasətini hər zaman dəstəklədiklərini bildirmişdilər. Görüşün sonunda iştirakçiları maraqlandıran suallar müzakirə edilmiş, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmişdir. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən iyun  ayının 12-də Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon Təşkilatının yeni qərargahı istifadəyə verilimişdir.
İyun  ayının 13-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən H.Seyidzadə küçəsi 29 və 9 ünvanlarında  2 ha –dan artıq sahədən ibarət   2 “Abad həyət”  Nəsimi rayon sakinlərinin ixtiyarına verilmişdir. Bu ünvanlarda  4 bloklu, 60 mənzilli,  beşmərtəbəli 2 binanın fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilmiş, binanın  blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Yaşıllaşdırma işləri aparılmış və həyətə gül-çiçək  əkilmişdir. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün söhbətgah quraşdırılmışdır. Bu ünvandakı uşaqların da asudə vaxtlarının səmərəli keçirilməsi üçün xüsusi əyləncə avadanlıqları quraşdırılmışdır. Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 2017-ci ilin ikinci rübü ərzində  rayonun müxtəlif ünvanlarında 15 “Abad həyət” sakinlərin istifadəsinə verilmişdir.
İyun  ayının 14-də Nəsimi rayonunun  bütün tam orta məktəblərində ənənəyə uyğun olaraq «Son zəng» tədbirləri  təntənəli şəkildə qeyd olunmuşdur. Bununla əlaqədar məktəblərdə şagirdlər və pedaqoji kollektivlər tərəfindən bilik bayramının yüksək səviyyədə keçirilməsi üçün hazırlıq işləri aparılmışdır.
Keçirilən tədbirlərdə məktəblərin müəllim və şagird kollektivləri, valideynlər, Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri və digər qonaqlar iştirak etmişdilər.“Son zəng” tədbirlərində  müəllimlər, valideynlər, qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara müstəqil həyatda uğurlar arzulamışdılar. Məktəblərin “Son zəng” tədbirləri məktəblilərin musiqili-bədii çıxışları ilə davam etmişdir. 54 və 240 saylı tam orta məktəblərdə “Son zəng” tədbirlərdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı  Asif Əsgərov müstəqil həyatın  astanasında duran məzunlara uğurlar,  olkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzulamış, məktəbin pedaqoji kollektivinə gələcək işlərində uğurlar diləmişdir.
İyun  ayının 14-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə  15 iyun Milli Qurtuluş gününə  həsr olunan "Azərbaycan dünyaya günəş kimi doğacaq" mövzusunda konfrans keçirilmişdir. Tədbirdə Ulu öndər Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyətinə dair qısa film nümayiş olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin Milli Qurtuluş Gününün əhəmiyyəti, ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti barədə fikirlərinin təqdim olunduğu filmdə, həmçinin Ümummilli Liderin müəllifi olduğu dövlət gənclər siyasəti çərçivəsində bu sahəyə göstərilən diqqət və qayğıya dair görüntülər nümayiş etdirilmişdir. Tədbirdə Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov, YAP Siyasi Şurasının üzvü, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Azərbaycan Dillər Universitetinin kafedra müdiri Aynur Sabitova çıxış etmişdilər.
İyun  ayının 21-də "İslam Həmrəyliyi" ili çərçivəsində " Multikultural dəyərlərimiz" mövzusunda tədbir keçirilmişdir. Rayonun 1-ci mikrorayon ərazisində yerləşən «Ağdaş» restoranında  rayon rəhbərliyi və ictimaiyyətinin, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələrinin, rayon ərazisində yaşayan Qarabağ müharibəsi veteranları, əlliləri, şəhid ailələri, 20 Yanvar və Çernobıl əlilləri və aztəminatlı ailələrin - iştirakı ilə iftar süfrəsi  təşkil edilmişdir.
İftar mərasimi rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlamışdır. «Kərbəlayi Abdulla məscidi» dini icmasının rəhbəri  Hacı Ağasəlim Səlimov və digər din xadimləri müqəddəs kitabımız olan «Qurani Kərim»in bizə nazil olduğu Ramazan ayının  fəzilətindən danışmış, süfrə açılmasında əməyi olan hər bir şəxsə öz minnətdarlıqlarını  çatdrmışlar.
İyun  ayının 21-də Asif  Məhərrəmov 15 ünvanında IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yeni ağaclar əkilmişdir.
IDEA İctimai Birliyinin təşəbbüsü və Nəsimi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə baş tutan ağacəkmə aksiyası zamanı ərazidə yaşıllıqların bərpası ilə yanaşı, abadlıq işləri aparılıb, sağlam həyat tərzinin formalaşdırılması və orada məskunlaşan sakinlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə idman alətlərindən ibarət kiçik meydança, o cümlədən uşaqlar üçün əyləncə qurğuları yerləşdirilərək istifadəyə verilmişdir.
“İslam Həmrəyliyi ili” çərçivəsində “Milli mənəvi dəyərlərimiz”  mövzusunda  tədbir Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Gözdən Əlillər və digər ictimai təşkilatların,  rayondakı abadlıq və quruculuq işlərində yaxından iştirak edən rayon təsərrüfat xidmətlərinin işçilərinin iştirakı ilə keçirilmişdir.
İyun  ayının 22-də Heydər Əliyev Fondunun dəstəyi ilə  Ramazan bayramı münasibəti ilə  Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  keçirilən tədbirdə ilk növbədə yardıma ehtiyacı olan – şəhid, əlil, müharibə veteranları, rayonda məskunlaşmış məcburi köçkünlər, tənha və kimsəsizlərə, ümumilikdə 1 000 (min) ailəyə ərzaq bağlamaları paylanılmışdır.Tədbirdə Heydər Əliyev Fondunun nümayəndəsi Ceyhun Aslanov iştirak etmişdir. Tədbirdə iştirak edənlər  Ramazan bayramı münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə və və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
İyun  ayının 23-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti 45-ci buraxılış günü keçirilmişdir. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu istiqamətində aparılan uğurlu islahatlardan danışıb, məzunlara uğurlar diləmişdir.
İyun ayının 23-də  Nəsimi rayonunda dövlət qulluqçularının peşə bayramı qeyd edilmişdir. Bu əlamətdar gün münasibətilə Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmişdilər. Daha sonra Nəsimi rayon İcra Hakimiyyətində dəyirmi masa keçirilmiş və Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə Fəxri Fərmanla təltif olunmuşdular. Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşı Hüseynov Emin Azər oğlu  Azərbaycan Respublikası  Prezidentinin 21 iyun 2017-ci il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
İyun ayının 23-də  İslam Həmrəyliyi" ili çərçivəsində " Bizi birləşdirən milli mənəvi dəyərlərimiz" mövzusunda tədbir keçirilmişdir. Tədbir rayonun 3-ci mikrorayon ərazisində yerləşən «Qold Baku»  şadlıq  sarayında rayon rəhbərliyi və ictimaiyyətinin, rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələrinin, rayon ərazisində yaşayan Qarabağ müharibəsi veteranları, əlliləri, şəhid ailələri, 20 Yanvar və Çernobıl əlilləri və aztəminatlı ailələrin - iştirakı ilə keçirilmişdir.
İftar mərasimi rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri tərəfindən Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlamışdır. “Məşədi Dadaş”  məscidinin dini icmasının rəhbəri Hacı Şahin Həsənov müqəddəs kitabımız olan «Qurani Kərim»in bizə nazil olduğu bu ayın fəzilətindən danışmış, süfrə açılmasında əməyi olan hər bir şəxsə öz minnətdarlıqlarını  çatdırmışlar.
Tədbirdə iştirak edənlər Azərbaycanın bu günkü sabitliyi, inkişafı və qüdrətlənməsi yolunda yorulmadan çalışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
İyun ayının 25-26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 99 illiyi  ilə əlaqədar Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri  və respublikamızın populyar incəsənət xadimləri ənənəvi olaraq rayonun hamilik etdiyi, cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış  Müdafiə Nazirliyinin Tərtər  rayonundakı «N» saylı hərbi hissəsində xidmət edən əsgər  və zabitlərin görüşünə gəlmişlər. Qonaqlar  hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərə gəlmiş, burada  əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara gətirdikləri sovqatları və hədiyyələri çatdırmışlar. Rayon ictimaiyyəti nümayəndələri bu hərbi hissədə xidmət edən gənclərlə də görüşmüş, onların xidməti və məişət şəraiti ilə yaxından maraqlanmışlar. Qonaqlar Nəsimi RİH-nin hədiyyələrini, cəbhə bölgəsində zəruri olan müxtəlif ləvazimatları və  rayonun orta məktəblərinin şagirdlərinin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim etmişlər. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmış, respublikamızın populyar incəsənət ustalarının iştirakı ilə   hərbiçilərimiz üçün böyük konsert proqramı təşkil olunmuşdur. Bayram tədbirində ilk dəfə səslənən “Azərbaycan əsgəri” mahnısının sədaları altında  hərbçilər tərəfindən Ali Baş Komandan İlham Əliyevin imzası yazıldı. Bayram şənliyindən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmiş, hərbi hissə komandirinin əmri ilə xidmətdə fərqlənən bir qrup əsgər məzuniyyətlə mükafatlandırılmış və onlar Nəsimi RİH-nin  nümayəndələri tərəfindən həmin gün evlərinə çatdırılmışlar.
Tədbirdə hərbi hissə komandanlığı  qonaqlara şəxsi heyətin xidməti və  döyüş hazırlığı barədə məlumat vermiş, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Silahlı qüvvələr günü tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə səngərdə xidmət edən hərbiçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır.
İyun ayının 28-də  Azərbaycan Respublikasının “Səfərbərlik Hazırlığı və Səfərbərlik haqqında” 10 iyun 2005-ci il tarixli 923-IIQ nömrəli Qanununa uyğun olaraq Səfərbərlik zamanı və müharibə dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun yaradılmış başqa silahlı birləşmələrə təyin olunan hərbi nəqliyyat vasitələrinə texniki baxış keçirilmişdir.
İyun ayının 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Məzun günü   təntənə ilə qeyd edilib. 2016-2017-ci tədris  ilində   bu universiteti 1904 nəfər tələbə bitirmiş, onlardan 190 bakalavr və  168 magistrant  universiteti fərqlənmə diplomu ilə  başa vurmuşdur.
Qanunçuluq, asayişin qorunması, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, təhlükəsizlik və mülki müdafiə sahələrində  rayon İcra Hakimiyyəti tərəfindən səlahiyyətləri çərçivəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Hesabat dövründə rayonun hüquq-mühafizə orqanları tərəfinqdən ictimai-siyasi sabitliyin,  asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması,  cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşlar.
2017-ci ilin 6 ayı ərzində Nəsimi rayonunun xidməti ərazisində yerləşən müəssisələrin və yaşayış evlərinin yanğın təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirilmişdir.
Görülmüş tədbirlər nəticəsində 2017-ci ilin 6 ayı ərzində yanğınların sayı 2016-cı ilin müvafiq dövründə olan yanğınların sayına nisbətən 2 dəfə azalmışdır. 2017-ci ilin 6 ayı ərzində 18 ədəd yanğın hadisəsi baş vermişdirsə 2016-cı ilin 6 ayı ərzində 20 ədəd yanğın hadisəsi baş vermişdir.
2017-ci ilin 6 ayı ərzində baş vermiş yanğınlardan dəymiş maddi ziyan 94550 manat olmuşdursa, 2016-ci ilin 6 ayı ərzində yanğınlardan dəymiş maddi ziyan 61450 manat ertmışdır.  Rayon ərazisində yanğınların sayı 2 ədəd azalmış, insan təlafatı ilə nəticələnmiş yanğın hadisəsi qeydə alınmamış, 2 nəfər xəsarət almışdır. 

            2017-ci ilin 6 ayı ərzində «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, sahə inzibati ərazi dairələri nümayəndəliklərində  vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.
2017-ci ilin 6 ayı ərzində RİH Başçısı Aparatına vətəndaşlardan 1280 ərizə və müraciəti ( 2016-cı ilin 6 ayı 1115 ərizə)  daxil olmuşdur.

Onlardan 372-si  Prezidentin Administrasiyasından,
                23-ü    Milli Məclisdən, 
                45-i Nazirlər Kabinetindən,
                242-si Mərkəzi orqanlardan və Bakı şəhər İH-dən,
                598-i vətəndaşlar tərəfindən bilavasitə rayon İcra Hakimiyyətinə daxil olmaqla, 439-u təkrar, 89-u kollektiv  ərizələrdir. 
Müraciətlərin məzmunu ilə bağlı  aparılmış təhlil göstərir ki, mənzil məsələləri, xüsusilə mənzil şəraitinin yaxşılaşdırılması və mənzil ilə təmin olunma, şəhərsalma, tikinti-təmirə aid ərizələr çoxluq təşkil etmişdir.  Bu məsələ ilə bağlı vətəndaşların müraciətlərinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavablandırılmış və onlara müvafiq izahatlar verilmişdir. Bununla belə mənzil məsələləri, istismar müddətini keçmiş yaşayış sahələrində (bina və tikililərdə) yaşayan sakinlər tərəfindən təmir məsələləri ilə bağlı çoxsaylı təkrar müraciətlər edilməsi halları davam etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin 1-ci yarımilliyində sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr  olunmuş iclasındakı  nitqindən irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi istiqamətində Nəsimi rayon İcra Hakimiyyəti, müəssisə və təşkilatlar tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirilməsi üçün bütün qüvvəllər səfərbər ediləcəkdir.

Keçidlər