Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunun “Gənc İlhamçılar”ı Quba şəhərində

18 iyul 2017 | 07:39
Nəsimi rayon İcra Hakimiyyətinin Quba rayon İcra Hakimiyyəti ilə birgə layihəsi olan Quba rayonunda məktəblilərin  “Gənc İlhamçılar” yay istirahət düşərgəsi təşkil edilmişdir.
14 iyul 2017-ci il tarixdə yeniyetmə məktəblilərin  yay istirahətlərinin  səmərəli keçirilməsi məqsədilə yaradılmış “Gənc İlhamçılar” düşərgəsində istirahət edəcək məktəblilərin Quba rayonuna yola salınma mərasimi  təşkil olunmuşdur.  Quba şəhərində yaradılmış  yay istirahət düşərgəsinə rayonun şəhid ailələri,  Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumilikdə 200 nəfər yeniyetmə-məktəbli yola salınmışdır. Düşərgədə yeniyetmələr hər gün yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaq,  istirahət günlərində şagirdlərin Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri, idman yarışları, maraqlı intellektual oyunlar  təşkil ediləcək.
          Quba rayon İcra Hakimiyyətinin qarşısında “Gənc İlhamçılar”ın təntənəli qarşılanma mərasimi keçirilmişdir. Tədbirdə Quba rayon İcra Hakimiyyətinin Başçısı Yaşar Məmmədov Nəsimi məktəblilərini salamlayaraq onlara xoş istirahət arzuladı. “Gənc İlhamçılar” düşərgəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın   uşaq və yeniyetmələrə olan diqqət və qayğısınin bariz nümunəsi olduğunu bildirdi. Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının  birinci müavini Gülarə Verdiyeva Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən respublikamızda yeniyetmələrin  intellektual və yaradıcı potensialının üzə çıxarılması, onların fəallığının artırılması 
istiqamətində həyata keçirilən məqsədyönlü layihə və proqramlardan danışdı. 
Daha sonra musiqi sədaları altında uşaqların 
rəqsi isə istirahət proqramını əsl bayrama çevirdi.
Qarşılanma mərasimindən sonra uşaqlar düşərgədə yerləşmiş və düşərgənin ilk gününün təəssüratını nahar süfrəsində bir-biri ilə 
maraqlı söhbətlər əsnasında paylaşdılar.

Keçidlər