Nəsimi rayonunun “Gənc İlhamçılar”ının Quba rayonunda istirahətləri davam edir
Nəsimi rayon İcra Hakimiyyətinin Quba rayon İcra Hakimiyyəti ilə birgə layihəsi olan Quba rayonunda məktəblilərin “Gənc İlhamçılar” yay istirahət düşərgəsi təşkil edilmişdir.
Quba şəhərində yaradılmış yay istirahət düşərgəsində rayonun şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumilikdə 200 nəfər yeniyetmə-məktəblinin istirahəti üçün hər cür şərait yaradılmışdır.
Düşərgədə yeniyetmələr hər gün yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunur, şagirdlərin Qubanın görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri, idman yarışları, maraqlı intellektual oyunlar təşkil edilir.
Məktəblilər tərəfindən istirahətlərinin yadda qalan və mənalı olması üçün silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən birində məktəblilər tərəfindən açıq meydanda şamlar vasitəsilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzası və “Gənc İlhamçılar” sözləri yazılmışdır.