Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunun “Gənc İlhamçılar”ı Quba şəhərindəki “Soyqırım Memorial Kompleksi”-ndə olmuşlar.

20 iyul 2017 | 16:00

  “Gənc İlhamçılar”ın Quba şəhərindəki  yay düşərgəsində istirahətləri maraqlı tədbirlər və ekskursiyalarla davam edir.
Düşərgə  iştirakçıları Quba şəhərində yerləşən 30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə  erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində yaradılmış “Soyqırım Memorial Kompleksi”-ndə olmuşlar.
“Gənc İlhamçılar”-ın “Soyqırım Memorial Kompleksi”nin ziyarəti zamanı Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva məktəblilərə  erməni separatçıları tərəfindən xalqımıza qarşı  olan təcavüz və  qanlı cinayətlər barədə danışmışdır.   “Soyqırım Memorial Kompleksi”nın əməkdaşları tərəfindən  məktəblilərin diqqətinə çatdırılmışdır ki, abidə-muzeyinin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb. 19 bölmədən ibarət muzey ekspozisiyası Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Ekspozisiya 1918-ci il hadisələri ərəfəsində dinc Quba həyatını əks etdirən foto-şəkillərlə başlayır. Burada qədim Quba həyatını, dinc, yanaşı yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələrini, müxtəlif sosial təbəqələrə aid insanları əks etdirən şəkillər sərgilənir.

Keçidlər