“Gənc İlhamçılar”ın düşərgədə istirahətləri davam edir
Nəsimi Rayon İcra Hakimiyyətinin Quba Rayon İcra Hakimiyyəti ilə birgə Quba şəhərində həyata keçirdiyi Nəsimi rayonunun şəhid ailələri, Qarabağ müharibəsi veteranları, rayonun aztəminatlı ailələrinin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumi sayı 200 nəfər yeniyetmə üçün “Gənc İlhamçılar” yay istirahət düşərgəsində məktəblilərin istirahəti davam edir.
Düşərgədə uşaqların istirahəti üçün hər cür şərait yaradılmış, məktəblilər hər gün yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunurlar.
Düşərgə iştirakçıları hər gün səhər tezdən yuxudan oyanıb günə səhər idmanı ilə başlayırlar. Birlikdə təzə təbii məhsullarla səhər yeməyini yedikdən sonra günün cədvəlinə əsasən maraqlı tədbirlər və yarışlarla günə davam edirlər.