Nəsimi rayonunun “Gənc İlhamçılar”ının Şəki şəhərində istirahətləri davam edir
Nəsimi rayon İcra Hakimiyyətinin Şəki şəhər İcra Hakimiyyəti ilə birgə layihəsi olan Şəki şəhərində məktəblilərin “Gənc İlhamçılar” yay istirahət düşərgəsi təşkil edilmişdir.
Şəki şəhərində yaradılmış yay istirahət düşərgəsində rayonun şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı ailələrin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumilikdə 100 nəfər yeniyetmə-məktəblinin istirahəti üçün hər cür şərait yaradılmışdır.
Düşərgədə yeniyetmələr hər gün yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunur, şagirdlərin Şəkinin görməli yerlərinə, meşələrə, rayonun tarixi guşələrinə gəzintiləri, idman yarışları, maraqlı intellektual oyunlar təşkil edilir.
Düşərgə iştirakçıları Şəki şəhərində Şəki Xan Sarayında və Karvansarayda olaraq tarixi muzeylərlə tanış olmuş, onları maraqlandıran suallara cavablar almışlar. Hər iki tarixi muzeydə gördükləri məktəblilərdə xoş ovqat yaratmışdır. Muzeylərə ekskursiyalar zamanı Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva məktəblilərə muzeylərin yaranma tarixi barədə geniş məlumat vermişdir.