Nəsimi rayonunda xüsusi qayğıya ehtiyacı olan uşaqların əyləncəli istirahəti təşkil edilmişdir.
Cəmiyyətin həssas və kövrək zümrəsi olan uşaqlar ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunublar. Azərbaycan cəmiyyəti həmişə uşaqlara məhəbbətlə yanaşıb, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaratmağa çalışıb.
Yeniyetmələrin asudə vaxtlarının, onların istirahətinin təşkili hər zaman Nəsimi rayon İcra Hakimiyyətinin diqqət mərkəzində saxlanılır. Məktəblilərin yay tətili günlərinin mənalı, maraqlı, yaddaqalan olması üçün,onların asudə vaxtlarının səmərəli təşkili, istirahət müddətində bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün keçirilən silsilə tədbirlər davam edir.
Sağlamlıq imkanları məhdud olan uşaqların hərtərəfli inkişafı və tərbiyəsi, məktəbə hazırlığını, bacarıq və biliklərinin aşılanması, onların cəmiyyətə uyğunlaşdırılması istiqamətində Nəsimi rayonunda xüsusi layihələr həyata keçirilir. Rayonda fiziki imkanları məhdud olan uşaqların tətil günlərini maraqlı etmək üçün, tətil günlərində uşaq və yeniyetmələrə xoş anlar bəxş etmək üçün maraqlı tədbirlər keçirilir.
Növbəti tədbir - Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən sağlamlıq imkanları məhdud olan 11 və 268 saylı xüsusi məktəblərdə təhsil alan məktəblilər üçün PİTA Şaurmada əyləncəli istirahət axşamı təşkil edilmişdir. Uşaqlar burada maraqlı yemək və şirniyyata qonaq edilmiş, həmçinin hədiyyələr təqdim edilmişdir.
Ümumiyyətlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğı bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva uşaqlarla söhbət zamanı dövlətimiz tərəfindən onların təhsili, sağlamlığı və istirahətləri istiqamətində görülən işlərdən danışdı. Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyevanın gələcəyimiz olan uşaqlara sağlamlığı və layiqli vətəndaş olmaları üçün həyata keçirdiyi iri miqyaslı layihələrdən danışıdı. Qeyd edildi ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu nəcib missiyası ilə Azərbaycan uşaqlarının ən böyük dostuna, ən böyük himayədarına çevrilib. Fond xüsusi qayğıya ehtiyacı olan uşaqları da hər zaman diqqətdə saxlayır və bütün fəaliyyəti ilə hər zaman Azərbaycanın xoşbəxt gələcəyinin yanında olduğunu təsdiqləyir. Görüşdə ulu Öndərin adını daşıyan Fondun vitse prezidenti Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların hər zaman yanında olduğu xüsusi vurğulandı.
Daha sonra uşaqlar bu istirahət məkanında yay mövsümünün ovqatını duydular, müxtəlif mahnılar, rəqslər ifa etdilər, məharətlərini göstərdilər.
Keçirilən tədbir xüsusi qayğıya ehtiyacı olan uşaqların yaddaşında xoş izlər buraxmış, onların müəllim və valideynlərinin çox böyük razılıqlarına səbəb olmuş, valideynlər uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva öz minnətdarlıqlarını bildirmişlər.