Şriftin ölçüsü :

Saytın rəngi :

“Gənc İlhamçılar”ın Şəki şəhərindəki düşərgədə istirahətləri davam edir

26 iyul 2017 | 16:00

Nəsimi Rayon İcra Hakimiyyətinin Şəki  şəhər  İcra Hakimiyyəti ilə birgə Şəki şəhərində  həyata keçirdiyi Nəsimi rayonunun şəhid ailələri, Qarabağ müharibəsi veteranları, rayonun aztəminatlı  ailələrinin  uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər ümumi sayı 100 nəfər yeniyetmə üçün “Gənc İlhamçılar” yay istirahət düşərgəsində məktəblilərin istirahəti davam edir.   
Düşərgədə uşaqların istirahəti üçün hər cür şərait yaradılmış,  məktəblilər hər gün yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunurlar.
Düşərgə iştirakçıları hər gün səhər tezdən yuxudan oyanıb günə səhər idmanı ilə başlayırlar. Birlikdə təzə təbii məhsullarla səhər yeməyini yedikdən sonra günün cədvəlinə əsasən maraqlı tədbirlər və yarışlarla günə davam edirlər.
Düşərgə günün sonunda əyləncəli tədbirlər, rəngarəng rəqslərlə başa çatır.

Keçidlər