Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimində iştirak etmişlər
28 fevral 2013 | 16:00
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törətmişlər.
Fevralın 26-da Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev başda olmaqla İcra Hakimiyyətinin digər əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar anma mərasimində iştirak etmək üçün Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşmış, faciə qurbanlarının xatirəsinə ehtiramlarını bildirmişlər.