Şriftin ölçüsü :

Saytın rəngi :

Tibb Universitetində Bilik günü qeyd olunub

15 sentyabr 2017 | 16:00

Sentyabrın 15-də Azərbaycan Tibb Universitetində (ATU) Bilik gününə həsr olunmuş  tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə  çıxış edən Universitetin rektoru, professor Gəray Gəraybəyli tələbələri yeni tədris ili münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Bu gün haqqında danışan professor deyib: “ATU böyük tarix və dərin ənənələrə sahibdir. Elm və təhsil daima inkişafda olan sahələrdir. Bu gün ATU-nun bütün klinikaları dünya standartlarına cavab verir. Məzunlarımızın sorağı dünyanın müxtəlif ölkələrindən gəlir ki, bu da çox sevindirici haldır. Ölkəmizdə tibb sahəsində atılan uğurlu addımlar uzun illərdən bəri Azərbaycan Tibb Universiteti əməkdaşlarının apardıqları elmi axtarışların və gərgin əməyin bəhrəsidiri. Sizi də bu böyük ailənin bir üzvü olmanız münasibətilə təbrik edir, bu çətin və məsuliyyətli seçimdə uğurlar arzulayıram. Bu il Tibb Universitetinə 1529 tələbə qəbul olunub, onlardan 573 xarici ölkələrin vətəndaşlarıdır. Bu tələbələrin 395-i 600-dən çox, üç nəfər isə 700 bal toplayanlardır”.
Sonra Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan Tibb Universitetinin müəllim və tələbə heyətini Bilik günü münasibəti ilə təbrik edərək bildirdi ki, Azərbaycanda prioritet sahələr olan təhsil və səhiyyənin ardıcıl inkişafı Prezident İlham Əliyevin qlobal inkişafa doğru aparan uğurlu siyasətinin tərkib hissəsidir. Hazırda Azərbaycanda, eləcə də Azərbaycan Tibb Universitetində səhiyyə sahəsində əldə olunan naliyyətlərdə ATU-nun müəllim və professorlarının xüsusi rolu var. A.Əsgərov Ümummilli lider Heydər Əliyevin elmin və təhsilin inkişafı və təkminləşdirilməsi istiqamətində atılan əvəzsiz addımlarından danışaraq bildirdi  ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütün sahələrdə olduğu kimi səhiyyə və təhsildə də bütün uğurların Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərdikləri qayğının nəticəsində əldə edildiyini diqqətə çatdırdı.

Keçidlər