Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda şəhidin ailəsinə medal təqdim edildi

01 mart 2013 | 16:00

Azərbaycan  Respublikası Prezidenti İlham Əliyevin 25 iyun 2012-ci  il  tarixli  Sərəncamı ilə əsgər Əliyev  Elmir  Mürsəl  oğlu ölümündən sonra  “İgidliyə görə”  medalı ilə   təltif olunmuşdur.

E.Əliyev 1993-cü  ilin iyun ayında  Nəsimi  Rayon Hərbi Komissarlığından hərbi xidmətə  çağırılmışdır. 701 saylı hərbi  hissənin tərkibində döyüşmüş  və 1994-cü  il  aprelin  20-də  Füzuli rayonu  istiqamətində   gedən döyüşlərdə qəhrəmancasına  həlak olmuşdur.

Nəsimi Rayon İcra  Hakimiyyətində  şəhidin  ailəsinə   mükafatın təqdimolunma  mərasimi keçirildi.  Tədbirdə  çıxış  edən  rayon  icra  hakimiyyətinin  başçısı  Nəsib Məhəməliyev bildirdi ki,  xalqımız torpaqlarımızın  bütövlüyü uğrunda  şəhid olmuş soydaşlarımızın xatirəsini həmişə əziz  tutur  və  Vətən  uğrunda  canlarından  keçmiş  bu  qəhrəmanlarla fəxr edir.  Qarabağ   müharibəsində şəhid olanların  ailələri və  döyüşlərdə  yaralanaraq sağlamlığını  itirmiş  insanlar  daim dövlətimizin  qayğı  və diqqəti ilə əhatə olunublar.  Onların  sosial-məişət  problemləri,  müraciət  etdikləri  bütün  məsələlər  öz həllini  tapır.  Bu insanlara  hərtərəfli  qayğı  ölkə  Prezidenti  cənab  İlham Əliyevin  daim  diqqət  mərkəzindədir.  Bu istiqamətdə Heydər Əliyev Fondunun  fəaliyyəti  xüsusi  qeyd olunmalıdır.
Şəhid  ailələri,   Qarabağ  müharibəsi   əlilləri  Nəsimi  rayonunda da  böyük   qayğı  ilə  əhatə  olunublar.  Rayondakı  200-ə  yaxın  şəhid  ailəsi,   300-dən çox müharibə  əlilinin  problemləri  vaxtında  həll  olunur və  bu  məsələlər  rayon  rəhbərliyinin  daim diqqət  mərkəzindədir.

Nəsib  Məhəməliyev Elmir Əliyevin  təltif  olunduğu “İgidliyə görə”  medalını  şəhidin   həyat  yoldaşı  Svetlana Əliyevaya  təqdim  etdi.
Tədbirdə  Səfərbərlik  və Hərbi  Xidmətə  Çağırış  üzrə Dövlət Xidmətinin  Nəsimi Rayon İdarəsinin  rəisi  səlahiyyətlərini  icra  edən  mayor Hüseyn  Quliyev  çıxış etdi.  Şəhid ailəsinə  qiymətli hədiyyə  verildi.

Keçidlər