Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda T.Q.Şevçenkonun xatirəsi anılaraq abidəsi önünə gül qoyulmuşdur.

03 oktyabr 2017 | 16:00

   03 oktyabr  2017-ci il tarixdə Azərbaycan  Respublikasında rəsmi səfərdə olan  Ukrayna  Xarici  İşlər  naziri P.A  Klimkin Nəsimi rayonu  ərazisində  Azadlıq  prospekti  və Bakıxanov küçələrinin kəsişməsində yerləşən Ukraynanın görkəmli şairi və ictimai xadimi T.Q.Şevçenkonun  xatirəsini anaraq  heykəli  önünə gül-çiçək dəstələri qoymuşdur.

   Gül qoyma mərasimində Ukraynanın səfərdə olan nümayəndə heyətinin üzvləri, Ukraynanın Azərbaycan Respubliikasındakı  fövqəladə  və  səlahiyyətli səfiri  Aleksandr Mişenko, Nəsimi rayon İcra Hakimiyyəti  Başçısının  müavini Anar  Tağıyev  və  Ukraynanın Azərbaycandakı  diasporunun nümayəndələri iştirak etmişlər.

   Mərasimdən sonra Ukraynanın   Xarici  İşlər  naziri  P.A  Klimkin və nümayəndə  heyətinin  üzvləri  Nəsimi rayonu  ərazisində  yerləşən Ukraynanın Azərbaycandakı diasporunun ofisində Ukrayna icmasının fəalları ilə görüş keçirmişdir.

Keçidlər