Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2017-ci ilin III rübünün yekunları üzrə rayonun sosial-iqtisadi inkişafının yekunları barədə
Nəsimi rayon İcra Hakimiyyətinin 2017-ci ilin 3-cü rübü ərzində görülmüş işlər haqqında video-foto məruzə
Bu ilin doqquz ayında ölkəmizin uğurla və hərtərəfli inkişaf etdiyini, bütün sahələrdə dinamik inkişafın təmin edildiyini deyən Möhtərəm Prezidentimiz İlham Əliyev iqtisadi göstəricilərimizin müsbət olduğunu vurğulayıb. Dövlət başçısı ilin doqquz ayında qeyri-neft iqtisadiyyatının 2,5 faiz artdığını qeyd edərək, bunun son illərdə aparılan siyasətin nəticəsi olduğunu bildirmidir. Bu dövrdə qeyri-neft sektorunun sənaye hissəsində artım 3,1 faiz, kənd təsərrüfatında 2,8 faiz təşkil edib, xarici ticarət dövriyyəsi 7 faiz artıb. Doqquz ayda Azərbaycanın valyuta ehtiyatları 42 milyard dollar səviyyəsində olub.
“Biz uzunmüddətli dayanıqlı inkişaf barədə düşünürük”, - deyən dövlət başçısı iqtisadi imkanlarımızın müstəqilliyimizin əsas şərtlərindən, 4,5 milyard dollar həcmində artan valyuta ehtiyatlarımız doqquz ayın ən uğurlu məsələlərindən biri olduğunu bildirdi.
Cənab Prezident bu dövrdə yeni iş yerlərinin yaradılması prosesinin uğurla getdiyini, doqquz ayda 226 min yeni iş yerinin yaradıldığını bildirdi. Ötən dövrdə ölkədə əsas infrastruktur, o cümlədən yeni yolların çəkilişi, içməli su, qazlaşdırma, elektrik enerjisi ilə təminat, meliorasiya ilə bağlı layihələrin uğurla icra olunduğunu deyən dövlət başçısı vurğulamışdır ki, bu cür tədbirlərin həyata keçirilməsi regionların uğurlu inkişafına və ölkəmizin ümumi iqtisadi tərəqqisinə təkan verir. Bu ilin ötən dövründə yeni məktəblər, tibb ocaqları tikilib və əsaslı təmir edilib. İlin əvvəlindən məcburi köçkünlərin sosial məsələlərinin həlli, onların mənzillə təmin edilmələri məsələsi də diqqət mərkəzində olub.
Cocuq Mərcanlının bərpasını və kənddə sosial infrastrukturun yaradılmasını tarixi hadisə adlandıran dövlət başçısı 2017-ci ildə də məcburi köçkünlərin yeni mənzillərlə təmin ediləcəyini və bu layihənin gələn il də davam etdiriləcəyini bildirdi, indiyədək 250 mindən çox soydaşımızın dövlət tərəfindən mənzillərlə təmin olunduğunu qeyd edib.
Möhtərəm Prezidentimiz bildirib ki, bu ilin doqquz ayında ölkəmizdə idman sahəsində böyük uğurlar qazanılıb, İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunub.
Dövlətimizin başçısı 2017-ci ilin doqquz ayında beynəlxalq arenada mövqelərimizin möhkəmləndiyini, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığını vurğuladı, bu dövrdə 14 dəfə xarici ölkələrə səfər etdiyini, 10-dan çox dövlət və hökumət başçısının isə ölkəmizə gəldiyini dedi və hər bir səfərin ölkəmiz üçün faydalı olduğunu vurğulayıb.
Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Möhtərəm Prezidentimiz bu məsələdə mövqeyimizin dəyişməz qaldığını, ərazi bütövlüyümüzün danışıqlar predmeti olmadığını bildirmişdir. Qeyd edilmişdir ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Dövlətimizin başçısı onu da vurğulamışdır ki, Ermənistan danışıqları pozmağa çalışsa da, buna nail ola bilmədi.
Bu ilin doqquz ayında ölkəmizin neft-qaz sektorunda əlamətdar hadisələr baş verib. Ötən ay “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Saziş imzalanıb, “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı işlər də uğurla gedir. Əsas məqsədin qeyri-neft sektorunun inkişafı olduğunu deyən dövlətimizin başçısı neftdən gələn gəlirlərin insan kapitalının inkişafına yönəldiyini diqqətə çatdırdı.
Yaxın vaxtlarda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışının olacağını qeyd olunaraq bildirildi ki, Azərbaycanın iştirak etdiyi və bir çox hallarda təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşıyır və dünyada ölkəmizin mövqeyinin daha da güclənməsinə töhfə verir.
Dövlət başçısı diqqətə çatdırmışdır ki, bu ilin doqquz ayında da ölkədə iqtisadi islahatlarla bağlı ciddi addımlar atılıb, sahibkarlara hərtərəfli şərait yaradılıb, Strateji Yol xəritələrinin inkişafı təmin edilib, investisiya təşviqi mexanizmi işə düşüb. İndiyədək 200-dən artıq investisiya təşviqi sənədi verilib ki, bunun da nəticəsində Azərbaycana özəl sektor tərəfindən 1,7 milyard manat sərmayə cəlb edilib. Bununla yanaşı, ölkədə ixracın təşviqi mexanizmi işə düşüb.
Bu ilin Azərbaycan tarixində ciddi iqtisadi islahatlar ili kimi qalacağını deyən Möhtərəm Prezidentimiz bildirmişdir ki, 140 ölkə arasında rəqəbətliliyi əks etdirən Davos Ümumdünya İqtisadi Forumunun hesabatına görə, ölkəmiz 37-ci pillədən 35-ə qalxıb və MDB məkanında liderliyini qoruyur.
Müşavirəyə yekun vuran Möhtərəm Prezidentimiz ilin sonunadək dövlət investisiya proqramında nəzərdə tutulmuş məsələlərin həllini tapacağını dedi. Prezident İlham Əliyev gələn ilin dövlət investisiya proqramı ilə bağlı təkliflər gəldiyini vurğuladı, ilin sonunadək gələn il üçün dövlət investisiya proqramının qəbul edilməsinin mümkünlüyünü bildirmişdir.
Ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı görülən işlərə, iş adamlarına verilən güzəştli kreditlərə toxunan dövlət başçısı bildirdi ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilin sonunadək kreditləşməni təmin etməlidir.
Bu ilin doqquz ayında ölkədə yol infrastrukturu ilə bağlı çox mühüm layihələrin icra edildiyini vurğulayan ölkə başçısı, bu layihələrin bölgələrimizin turizm sektorunun inkişafına təkan verəcəyini qeyd etmişdir. Gələn il daha çox kənd yolu inşa ediləcək. Bundan əlavə, bu il 150 min hektar torpağa suyun verilməsi nəzərdə tutulub. Gələn il 100 min hektara su verilməlidir ki, bu da kənd təsərrüfatının inkişafını təmin edəcək.
Möhtərəm Prezidentimiz fermerlərin kənd təsərrüfatı texnikaları ilə təmin edilməsi istiqamətində də mühüm addımların atıldığını, bölgələrdə logistik mərkəzlərin tikildiyini, hazırda 400 hektardan çox sahədə yeni müasir istixana komplekslərinin salındığını bildirdi.
Bölgələrdə müasir sənaye zonalarının yaradıldığını da deyən dövlət başçısı ölkəmizin ixrac potensialını təbliğ etmək üçün sərgilərdə, beynəlxalq tədbirlərdə fəal iştirak etməyin əhəmiyyətinə toxunmuşdur.
Möhtərəm Prezidentimiz tikinti sektorunda canlanmanın olduğunu, hazırda paytaxtımızda 95 yaşayış binasının tikildiyini, yarasız vəziyyətdə olan binaların yerində müasir yaşayış komplekslərinin inşa olunduğunu deyib.
“ASAN xidmət” mərkəzlərinin yaradılması ilə bağlı işlərin uğurla getdiyini deyən Möhtərəm Prezidentimiz “ABAD mərkəz”lərin yaradılmasının əhəmiyyətinə də toxundu, turizm sahəsində sürətli inkişafın olduğunu bildirib.
Azərbaycanda ictimai-siyasi vəziyyətin və iqtisadi inkişafın bir çox ölkələr üçün nümunə olduğunu deyən dövlətimizin başçısı bu ilin sonunadək və gələcək illərdə də ölkəmizin uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
Respublikamızın bütün bölgələrindədə əldə olunan uğurlar Bakı şəhərinin Nəsimi rayonunun sosial-iqtisadi həyatında da öz əksini tapmışdır.
Nəsimi rayonu ərazisində cari ilin 3-cü rübü ərzində keçirilən bir sıra tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak etmişlər.
Sentyabr ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbin binasında görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verərək bildirildi ki, bu məktəbdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar təhsil alırlar. Məktəb 1927-ci ildən fəaliyyət göstərir. Burada da əsaslı təmir işləri Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla təsdiq edilmiş Dövlət Proqramının tədbirlər planının icrası ilə əlaqədar aparılıb. Məktəbin ikimərtəbəli binasında 23 sinif otağı var. Burada uşaqlara gündə 2 dəfə yemək verilir. Təhsil müəssisəsinin bütün otaqları zəruri əyani tədris vəsaitləri ilə təchiz olunub. Bundan başqa, təhsil ocağının informatika otağı və gimnastika zalı da şagirdlərin ixtiyarına verilmişdir. Məktəbin tədris proqramına, ümumilikdə, 900 şagird cəlb edilib. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı bu cür müəssisələrin müasir səviyyədə yenidən qurulması onu göstərir ki, Azərbaycan dövləti təhsilin inkişafına və bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqətlə yanaşır. Bu layihənin həyata keçirilməsi, eyni zamanda, ölkədə bütün sosial təbəqələrə aid vətəndaşların təhsil almaları üçün yaradılan şəraiti aydın nümayiş etdirir.
Sentyabr ayının 11-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva paytaxtın Nəsimi rayonunda yerləşən “Qərənfil” körpələr evi-uşaq bağçasında Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verərək bildirdi ki, bu bağça 1968-ci ildən fəaliyyət göstərir. 2007-2008-ci illərdə körpələr evi-uşaq bağçasının binasında cari təmir işləri aparılsa da məktəbəqədər təhsil müəssisəsinin əsaslı təmirə ehtiyacı var idi. Burada bu ilin fevral ayında başlanılan təmir nəticəsində uşaq tərbiyə müəssisəsində lazımi şərait yaradılıb. İkimərtəbəli körpələr evi-uşaq bağçası 12 qrupdan ibarətdir. Bu qrupların hər biri 3 otaq olmaqla lazımi inventarla təchiz edilib. Bütün mebel dəstləri və avadanlıq yenisi ilə əvəz olunub. 225 uşaq yerlik müəssisə azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin edir. Körpələr evi-uşaq bağçasında balacaların təlim-tərbiyəsi ilə məşğul olmaq, həmçinin onların bacarıq və istedadlarını aşkara çıxarmaq üçün hərtərəfli şərait yaradılıb. Üçkorpuslu məktəbəqədər təhsil müəssisəsində müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, idman və musiqi zalları, yeməkxana yaradılıb. Uşaqların maraqları nəzərə alınaraq bağçanın gözoxşayan həyəti, xüsusi istirahət guşələri .yenidənqurma işləri aparılıb, müasir uşaq əyləncə qurğuları quraşdırılıb. Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verildi ki, uşaqların yol hərəkəti qaydalarına yiyələnmələri üçün xüsusi guşə yaradılıb. Bundan başqa, uşaq müəssisəsinin ətrafındakı ərazidə də abadlıq işləri görülüb. Bağça ilə tanış olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva müəssisənin işinə uğurlar arzuladı.
2017-ci ilin yanvar –sentyabr aylarında rayonun sosial, iqtisadi inkişafının
makroiqtisadi göstəriciləri
2017-ci ilin yanvar-sentyabr ayları ərzində rayonun iqtisadi və sosial həyatında baş verən dəyişiklikləri əyani surətdə əks etdirən makroiqtisadi göstəricilər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə dinamikdir.
Sənaye. Ev təsərrüfatlarında sənaye məhsulu istehsalı ilə məşğul olanların, habelə hüquqi şəxs yaratmadan fiziki şəxs kimi fəaliyyət göstərənlərin işi də nəzərə alınmaqla 418432.5 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11.5% cox sənaye məhsulu istehsal edilmişdir.
Nəqliyyat. 2017-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən ümumilikdə 248700.0 min manatlıq xidmətlər göstərilmişdir .
İnformasiya və rabitə. 2017-ci ilin yanvar-sentyabr aylarında rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 218865.0 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfə çox rabitə xidməti göstərilmişdir.
Tikinti. 2017-ci ilin yanvar-sentyabr aylarında rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 466547.1 min manat məbləğində investisiyadan istifadə edilmişdir.
Ticarət. 2017-ci ilin yanvar-sentyabr aylarında rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə 946587.8 min manat məbləğində istehlak malları satılmışdır. Əmtəə dövriyyəsinin 99.8 faizi özəl sektorun müəssisələrinin payına düşmüşdur.
Xidmət. Həmin dövr ərzində xidmət müəssisələri tərəfindən əhaliyə 426086.4 min manatlıq, yaxud 2016-cı ilin müvafiq dövrünün səviyyəsindən 29.5 % cox ödənişli xidmət göstərilmişdir.
Qeyd: Göstəricilər ilkin məlumatlar əsasında hesablanmışdır
Rayonun əsas sosial –iqtisadi göstəricilərinin (2016 -2017-ci illər) dinamikası
Rayonun əsas sosial –iqtisadi göstəricilərinin (2016 -2017 illər) dinamikası
S ə n a y e2017-ci ilin yanvar-sentyabr aylarında rayonun sənayesində 418432.5 min manatlıq və ya əvvəlki ilin səviyyəsindən 11.5 faiz cox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye istehsalının 18.0 faizi məhsul istehsalının, 82.0 faizi isə sənaye xarakterli xidmətlərin payına düşmüşdür.
Sənayenin dövlət sektorunda 182025.0 min manatlıq və ya ümumi istehsalın 43.5 faizi qədər, qeyri-dövlət sektorunda isə 236407.5 min manatlıq və ya ümumi istehsalın 56.5 faizi səviyyəsində sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir.
İstehlakçılara 420180.0 min manatlıq və ya bütün sənaye istehsalının 100.4 faizi qədər sənaye məhsulu göndərilmişdir.
2017-ci ilin oktyabrın ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul qalığı 2560.0 min manat olmuşdur.
E M A L S Ə N A Y E S İ
Rayonda mühüm növ qida məhsulları özəl müəssisələr tərəfindən istehsal edilmiş və aşağıdakı göstəricilərlə xarakterizə olunur:
Məhsul növləri |
2017-ci ilin yanvar-sentyabr aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.10.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı |
Qida məhsullarının istehsalı |
|||
İçalatdan hazırlanmayan kolbasalar, ton |
1680.0 |
2 d |
- |
Tortlar və şirniyyat məmulatları, ton |
12.1 |
91.0 |
|
Geyim istehsalı sahəsi üzrə ixtisaslaşan müəssisələr tərəfindən 9048.0 min manatlıq məhsul istehsal edilmişdir.
Faktiki qiymətlərlə sənaye müəssisələrinin göndərdikləri məhsulun həcmi
min manat
2017-ci ilin yanvar-sentyabr aylarında göndərilmiş məhsulun həcmi |
O cümlədən özünün istehsalı olan məhsulun göndərilməsi |
420180.0 |
376200.0 |
9 ay ərzində istehlakçılara 420180.0min manatlıq və ya bütün sənaye istehsalının 101.9 faizi qədər məhsul göndərilmişdir.
İ n f o r m a s i y a və r a b i t ə İnformasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə faktiki qiymətlərlə 218865.0 min manatlıq və ya əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 4.4 dəfə cox rabitə xidməti göstərilmişdir.Xidmətlərin 95.0 faizi qeyri-dövlət rabitə müəssisələri tərəfindən gösdərilmişdir.
İnformasiya və rabitə müəssisələrinin işinin əsas göstəriciləri
|
2017-ci ilin yanvar-sentyabr aylarında, min manatla |
2016- cı ilin müvafiq dövründə, min manatla |
2016- cı ilin müvafiq dövrünə nisbətən, faizlə |
İnformasiya və rabitə üzrə göstərilmiş xidmətlərin həcmi faktiki qiymətlərlə |
218865.0 |
50052.3 |
4.4 dəfə |
2017-ci ilin yanvar-sentyabr aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfində 248700.0 min manatlıq xidmətlər göstərilmişdir.
T i k i n t i
2017-ci ilin yanvar-sentyabr aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 466547.1 min manat məbləğində investisiya yönəldilmişdir.
Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 8421.3 min manat (1.8 faiz), dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar isə 458125.8 min manat (98.2 faiz) sərmayə yönəltmişlər.
2017-ci ilin yanvar-sentyabr aylarında rayon üzrə əsas kapitala yönəldilmiş investisiyaların mülkiyyət formalarına görə bölgüsü
2017-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş investisiyadan 297113.3 min manatı tikinti-quraşdırma işlərin yerinə yetirilməsinə sərf olunmuşdur.
2017-ci ilin yanvar-sentyabr aylarında podrat təşkilatlarının gördükləri işin həcmi 808275.2 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 22.4 faiz artmışdır.
Əmtəə bazarı
2017-ci ilin yanvar-sentyabr aylarında rayonun pərakəndə ticarət dövriyyəsi 2016-cı ilin müvafiq dövrünə nisbətən 47.9 faiz artaraq 946587.8 min manat olmuşdur. İstehlak məhsullarını 46.3 faizi hüquqi şəxslərin, 47.0 faizi hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların müəssisələrində, 6.7 faizi isə rayonun yarmarka və bazarlarında realizə olunmuşdur.
2017-ci ilin yanvar-sentyabr aylarında
pərakəndə ticarət dövriyyəsinin strukturu
Pərakəndə ticarət dövriyyəsinin 99.8 faizi qeyri-dövlət mülkiyyətinə məxsus müəssisələrin və əmtəə bazarların fəaliyyəti nəticəsində formalaşmış, bu sektorun obyektlərində 944425.5 min manatlıq və ya 2016-cı ilin yanvar-sentyabr aylarının səviyyəsindən 48.0 faiz çox istehlak məhsulları satılmışdır.
Pərakəndə ticarət dövriyyəsinin mülkiyyət növləri üzrə göstəriciləri aşağıdakı kimi olmuşdur:
|
2017-cı ilin yanvar-sentyabr ayları, min manat |
2017-cı ilin yanvar-sentyabr ayları 2016-ci ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə |
Pərakəndə ticarət dövriyyəsi - cəmi |
946587.8 |
148.0 |
o cümlədən: dövlət bölməsi üzrə |
2162.3 |
154.4 |
qeyri-dövlət bölməsi üzrə |
944425.5 |
148.0 |
Rayonun ticarət şəbəkəsindən əhaliyə cari ilin əvvəlindən satılmış ərzaq məhsullarının həcmi 469936.4 min manat, qeyri-ərzaq məhsullarının həcmi isə 476651.4 min manat olmuş, onlarında ümumi dövriyyədə xüsusi çəkiləri müvafiq olaraq 49.6 və 50.4 faiz təşkil etmişdir.
İaşə xidmətləri
2017-ci -cı ilin yanvar-sentyabr ayları ərzində 61406.3 min manatlıq və ya 2016-ci ilin eyni dövrü ilə müqayisə 43.4 faiz çox iaşə xidmətləri göstərilmiş, dövriyyəsinin 100.0 faizi qeyri-dövlət müəssisələrin hesabına formalaşmışdır.
İaşə dövriyyəsinin 36.0 faizi hüquqi şəxs statuslu müəssisələrin, 64.0 faizi isə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşmüşdür.
Artımın 11.1 faizi hüquqi şəxslərin, 88.9 faizi isə fərdi sahibkarların fəaliyyəti sayəsində yaranmışdır.
|
2017-ci ilin yanvar-sentyabr ayları, min manat |
2016-cı ilin yanvar- sentyabr aylarına nisbətən, faizlə |
İaşə dövriyyəsinin həcmi - cəmi |
61406.3 |
143.4 |
o cümlədən: hüquqi şəxslər |
22123.1 |
3.4 d |
hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fərdi sa sahibkarlar |
39283.2 |
108.3 |
Əhaliyə göstərilən pullu xidmətlər
2017-ci ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən pullu xidmətlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 29.5 faiz artaraq 426086.4 min manat olmuşdur. Ümumi həcmin 85.0 faizi hüquqi şəxslərin müəssisələrində əldə edilmiş və bu müəssisələrdə əhaliyə 362173.0 min manatlıq pullu xidmətlər göstərilmişdir.
Əhaliyə göstərilmiş pullu xidmətlərin 6.0 faizi dövlət müəssisələrinin payına düşmüşdür. Özəl sektorun müəssisələri tərəfindən əhaliyə 340442.6 min manatlıq pullu xidmətlər göstərilmişdir.
Əhaliyə göstərilən pullu xidmətlərin 7.9 faizini məişət xidmətləri təşkil etmişdir. Hesabat dövründə 33660.8 min manatlıq məişət xidməti göstərilmişdir. Məişət xidmətlərinin 99.2 faizi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin müəssisələrində reallaşmışdır.
2017-ci ilin 9 ayında yeni açılmış iş yerləri
2017-cı ilin 9 ayında 4362 yeni iş yerləri açılmışdır. Onlardan hamısı daimi yerlərdir.
Yeni acılmış iş yerlərinin sayı (01 oktyabr 2003- 01 oktyabr 2017-ci il)
Yekun |
2003-cü il IV rüb 2009-cu il |
210-cu il |
|||
cəmi |
ondan daimi |
cəmi |
ondan daimi |
cəmi |
ondan daimi |
42843 |
42813 |
17633 |
17603 |
1397 |
1397 |
cədvəlin davamı
2011-ci il |
2012-ci il |
2013-cü il |
2014-cü il |
2015-ci il
|
||||||
cəmi |
ondan daimi |
cəmi |
ondan daimi |
ondan daimi |
ondan daimi |
cəmi |
ondan daimi |
cəmi |
ondan daimi |
|
2034 |
2034 |
3366 |
3366 |
2634 |
2634 |
3133 |
3133 |
3247 |
3247 |
|
|
|
cədvəlin davamı |
|
|||||||
2016-ci il |
2017ci |
il |
|
|||||||
cəmi |
ondan daimi |
cəmi |
ondan daimi |
|
||||||
5037 |
5037 |
4362 |
4362 |
|
||||||
Demoqrafik vəziyyət
2017-cı ilin oktyabrın 01-i vəziyyətinə rayonun əhalisi 220.5 min nəfər olmuşdur. Ərazisi 10.0 kv. km, əhalinin sıxlığı 1 kv km-ə 22050 nəfərdir.
2017-ci ilin yanvar- sentyabr aylarında rayonda 1769 nəfərin doğumu və 828 nəfərin ölümü qeydə alınmışdır.
2017-ci və 2016-cı ilin yanvar- sentyabr aylarında
əhalinin təbii hərəkəti
RİH başçısının 1, 2, 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərində 3-cü rüb ərzində “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”dən irəli gələn vəzifələrin icrası ilə bağlı tədbirlər həyata keçirilmiş, müvafiq xidməti ərazidə bir sira abadlıq, yenidənqurma işləri aparılmışdır.
“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarının reallaşdırılması və sosial müdafiəyə ehtiyacı olanlara kvotalaşdırılmış iş yerləri yaratmaq və bununla da işsizlik probleminin mümkün qədər yüngülləşdirilməsi məqsədilə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 222 saylı 28 noyabr 2016-cı il tarixli Sərəncamı ilə “2017-cı il üçün Ərazi Məşğulluq Proqramı” təsdiq edilmiş və Məşğulluq Mərkəzi öz fəaliyyətini bu proqram əsasında davam etdirmişdir.
Əmək bazarında mövcud vəziyyət nəzərə alınmaqla işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində Məşğulluq Mərkəzi daha çox aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsi sahəsinə üstünlük vermiş, peşə kurslarının, haqqı ödənilən içtimai işlərin səmərəliliyinin artırılmasına, peşəyönümü kurslarının təşkili sahəsində fəaliyyətinin gücləndirilməsinə diqqət artırılmışdır.
Peşə hazırlığı işinin səmərəliliyinin artırılması və günün tələbləri səviyyəsində qurulmasının ən vacib məsələlərdən biri olmasını nəzərə alıb işəgötürənlərin real tələbləri nəzərə alınaraq hesabat dövrü ərzində “Ərazi Məşğulluq Proqramı”na əsasən 135 nəfərin peşə təlimi kurslarına cəlb ediləcəyi proqnozlaşdırılsa da bu dövr ərzində 80 nəfər 3 ixtisas üzrə kursa cəlb edilmişdir.
2017-ci ilin 9 ayı ərzində 5 orta məktəbdə 346 nəfər buraxılış sinif şagirdlərinin iştirakı ilə məşğələlər keçirilmişdir. Məşğələlərdə şagirdlərə əmək bazarındakı vəziyyət haqqında, perspektivli peşələrin təsnifatı haqqında ətraflı məlumat verilmiş , peşəyönümü haqqında əyani vəsait paylanılmışdır.
Hesabat dövrü ərzində sosial müdafiəyə daha çox ehtiyacı olan işaxtaran və işsiz vətəndaşların, o cümlədən qaçqın və məcburi köçkünlərin, gənclərin, qadınların, əlillərin sosial müdafiəsinin gücləndirilməsi Məşğulluq xidmətinin daim diqqət mərkəzində olmuşdur.
“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitin artırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nı rəhbər tutaraq, bu qəbildən olan insanların məşğulluğunun gücləndirilməsinə, onların sosial problemlərinin həllinə mərkəz tərəfindən xüsusi diqqət göstərilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanını rəhbər tutaraq Məşğulluq Mərkəzi tərəfindən hesabat dövründə qadınların sosial müdafiəsinin təmin edilməsinə üstünlük verilmişdir.
Hesabat dövrü ərzində “Ərazi məşğulluq proqramı”na əsasən 1038 nəfərə işsizlik müavinəti verilməsi proqnozlaşdırılmışdır. Bu dövr ərzində isə 535 nəfərə işsizlik müavinəti verilmişdir. Müavinət alanlardan 244 nəfər qadın, 228 nəfəri minimum məbləğində müavinət almışdır.
Nəsimi rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılan məqsədyönlü tədbirlər, profilaktik peyvəndlərin nəticəsidir ki, uşaqlar arasında 9 ay müddətində məxmərək, qızılca, göy öskürək, difteriya, poliomielit kimi xəstəliklər və eləcə də uşaqlar arasında viruslu hepatit “B” xəstəliyi qeydə alınmamışdır.
Rayon ərazisində yoluxucu xəstəliklərin epidemiyası, kütləvi xəstələnmə halları baş verməmişdir.
Ümumi bağırsaq infeksiyası keçən illə müqayisədə 18 hadisə- 4.6% azalmışdır. Viruslu hepatit xəstəliyində cəmi 2 hadisə azalma olmuşdur. Vərəm xəstəliyi 3 hadisə- 9.3% artım olmuşdur. Salmanellyoz xəstəliyində isə azalma 18 hadisə- 62% olmuşdur. İdarə olunmayan hava- damcı infeksiyası- “su çiçəyi” xəstəliyində artım hiss olunub- 12 hadisə (900-ə qarşı 912 hadisə). Brüsellyoz xəstəliyi bərabər olmuş, 3-ə qarşı 3 hadisə olmuşdur.
Rayon ərazisində əhalinin içməli su təchizatı üzərində mütəmadi olaraq sanitariya nəzarəti aparılır.
9 ay ərzində illik plana əsasən məktəb və MUM- dan bakterioloji və kimyəvi laboratoriyaya müayinələr götürülmüşdür.
Qida gigiyena bölməsi tərəfindən cari ilin 9 ayı ərzində yaz-yay mövsümü ilə əlaqədar ərzaq ticarəti obyektlərinə, ictimai iaşə obyektlərinə, qida sənayesi obyektlərinə maarifləndirici məktublar göndərilmişdir.12 qida sənayesi obyektindən 70 adda ərzaq məhsulunun gigiyenik sertifikat alınması işi təşkil edilmişdir. Küçə ticarəti, iri və xırda buynuzlu heyvanların küçədə kəsimi və satışının qarşısının alınması məqsədi ilə rayon Baş Polis İdarəsinə məktublar göndərilmişdir. Payız- qış mövsümü ilə əlaqədar obyektlərdə aparılacaq sağlamlaşdırıcı tədbirlərlə bağlı qida sənayesi obyektlərinə məktublar göndərilmişdir.
Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən hesabat dövründə
Sayğaclaşma və yenidənqurma zamanı – 189 ədəd təksayğaclı qutu, 8 ədəd SMS 6 saygaclı pano, 25 ədəd SMS 8 saygaclı pano, 9 ədəd SMS 10 saygaclı pano, 7 ədəd SMS 12 saygaclı pano quraşdırılmışdır. 164 ədəd Y/S,TM və KTM elektrik avadanlıqları təftiş olunmuş və mühafizəsi yoxlanılmışdır.
Rayon ərazisində girişi və paylayıcı şitlərin, sayğac panolarının təmiri, rənglənməsi işləri aparılır.
Şəbəkənin öz gücünə 1230 ədəd sayğac panoları təmir olunmuş, SMS sayğacların quraşdırılması üçün hazırlanmışdır.
Rayon Sukanal İdarəsi üzrə 2017-ci ilin 9 ayına qeydiyyata alınmış 219284 nəfər əhaliyə, o cümlədən məcburi köçkünə xidmət göstərilir. Hal-hazırda abonentlərin ümumi sayı 73750 abonent təşkil edir, o cümlədən əhali sektoru üzrə 65782 abonent, qeyri-əhali sektoru üzrə 7968 abonentdir.
Rayon üzrə əhalinin su təchizatı 100% -dir. Rayon ərazisində yerləşən yaşayış məntəqələrinin 92,2%-i, yəni 202000 nəfərdən çox əhali sutka ərzində fasiləsiz və keyfiyyətli su ilə təmin olunur. Qalan əhali isə məhəllədaxili nasos stansiyaları vasitəsi ilə ən azı 8 saat olmaqla hər gün səhər-axşam su ilə təmin edilir.
Ümumilikdə idarə üzrə hal-hazırda abonentlərin 83.3 % su sayğacı ilə təmin edilmişdir. Sayğaclı təşkil edir. Ümumi abonentlərin 28.8%-i “Smart” tipli sayğaclarla təmin olunmuşlar.
1 saylı İstilik Sistemləri İstismar Sahəsi ərazisində olan 19 ədəd istilik məntəqəsi 26 ədəd qazanxana 2016-2017-ci il payız qış mövsümü ərzində tələbatçıları fasiləsiz istilik enerjisi ilə təmin etmişdir. Aprel ayının 15-dən 2016-2017-ci il payız-qış mövsümü başa çatmışdır. Qazanxanalar dayandırıldıqdan sonra istilik xətlərində hidravliki sınaq aparılmış və yaranan qüsurlar aşkarlanmışdır.
2017-2018-ci il tədbirlər planına uyğun olaraq 26 ədəd qazanxanada kompleks yoxlanma işləri aparılmışdır.
26 ədəd qazanxanada 60 ədəd qazan açılaraq təftiş olunmuş onlardan 46 ədədi mexaniki təmizlənmiş, 5 ədədində cari təmir işləri görülmüşdür.
99 və 139 saylı qazanxanada 4 ədəd qazan kimyəvi üsulla ərpdən təmizlənmişdir.
Qazanxanalarda tüstü yolları təftiş edilmiş və təmizlənmişdir. Bütün qazanxana və istilik məntəqələrində NÖC və A Xidməti avadanlıqları qoruyucu klapanlar, manometrlər, partlayıcı klapanlar, əks klapanlar açılaraq təftiş olunmuş, “Azəristiliktəchizat” ASC-nin nəzdində olan Nəzarət Ölçü Cihazları Xidmətinin labaratoriyasında sınaqdan keçirilmiş kalibirləşdirilərək işçi vəziyyətə gətirilmiş möhürlənmiş və yerinə quraşdırılmışdır.
Bu qazanxanalarda müxtəlif həcimli 32 ədəd ehtiyat su çəni təmizlənmişdir, 77 və 81 saylı qazanxanada 3 ədəd su çəni təmir olunmuşdur.
2016-2017-ci il payız-qış mövsümü bitdikdən sonra qaz xətləri qazanalizator vasitəsi ilə yoxlanmış, qaz avadanlıqları təftiş, təmir olunmuş və qaz sızmaları bir daha yoxlanılaraq işçi vəziyyətə gətirilmişdir. Qazanxanalarda olan 14 ədəd istilik mübadilə aparatı mexaniki və kimyəvi üsulla təmizlənərək işçi vəziyyətə gətirilmişdir.
30 ədəd su yumşaldıcı qurğu təftiş olunmuş, kotionit əlavə olunaraq növbəti payız qış mövsümünə hazır vəziyyətə gətirilmişdir.
Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən keçən dövr ərzində I-ci mkr. Moskva pr. 68 saylı binanın yaxınlığında olan istirahət parkında, 2-ci mkr. ərazisindəki H.Seyidzadə küçəsi, eləcə də 3-cü mkr. ərazisindəki R.Məmmədov küçəsinin binalarının fasadlarında, 4-cü mkr. H.Seyidzadə və Cavadxan küçələrində binalarda əsaslı təmir və abadlıq işləri başa çatdırılmışdır.
2-ci mkr. H.Seyidzadə küçəsi 21 və 25 saylı ünvanlardakı həyətlərdə abadlıq işləri aparılmış, asfalt örtüyü vurulmuşdur. 4-cü mkr. Mir Cəlal küçəsi 60 saylı binanın qarşısında “Abad həyət” yaradılmış, III rübdə binanın həyətində istirahət guşəsi və oturacaqlar quraşdırılmışdır. 5-ci mkr. A.Məhərrəmov küçəsi 15 saylı ünvanda park salınmış, uşaqlar üçün əyləncə elementləri quraşdırılmış, əraziyə asfalt örtüyü vurulmuş yaşıllıqlar salınmışdır.
Cavadxan küçəsi 31, Mir Cəlal küçəsi 54 və 56 saylı binların fasadlarında isə əsaslı təmir işləri başa çatdırılmışdır. Binanın həyətində İstirahət guşəsi, oturacaqlar və uşaqlar üçün əyləncə guşəsi yaradılmışdır.
20 Yanvar küçəsi 21b, 27b və 29 saylı binaların fasadları əsaslı təmir olunmuş, girişlərin qapı və pəncərələri dəyişdirilmiş, binanın həyətinə asflat örtüyü vurulmuşdur. Fizuli küçəsi 53, Cavadxan küçəsi 40 R.Məmmədov küçəsi 5 saylı binaların qarşısında abadlıq işləri aparılmış, asfalt örtüyü vurulmuş, bardyur yenisi ilə əvəz olunmuşdur.
H.Seyizadə küçəsi 3a, 4a və 5a saylı binaların qarşısındakı həyətdə abadlıq işlərinə başlanmışdır.
D.Əliyeva küçəsi 151 ünvanda 450 ədəd, Ü.Hacıbəyov küçəsi boynca 2195 ədəd gül kolları əkilmiş və qulluq göstərilmişdir. K.Səfərəliyev küçəsində 500 kv.m fasad rənglənmişdir. M.Kazımovski küçəsi 1a, 1/3, 7a saylı binaların qarşısında abadlıq və təmizlik işləri aparılmışdır.
Nizami küçəsi 99,103,105,107,109,119,129/131,135,137,102,100,104, R.Zorqe küçəsi 13, Xaqani küçəsi 65, 28 May küçəsi 46,48,50,52,54,56,58,60,62, F.Əmirov küçəsi 10 saylı binaların fasadlarında “Bakı Abadlıq” tikinti şirkəti tərəfindən aparılan əsaslı təmir-bərpa işləri başa çatdırılmışdır. 28 May küçəsi 36,38,40, Azadlıq pr. 14, Puşkin küçəsi 13 saylı binaların fasadlarında əsaslı təmirinə başlanmışdır.
S.Rəhimov küçəsi, Ş.Əzizibəyov küçəsi, D.Əliyeva küçəsi, Droqal döngəsi binaların fasadlarında təmir işləri aparılmışdır.
Bütün bunlarla yanaşı “Qərənfil” uşaq baxçasında və həyətyanı ərazidə abadlıq, əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Abadlıq işlərinin yerinə yetirilməsində MKTB-nin kollektivi blavasitə iştirak etmiş, bu məqsədlə dəfələrlə iməciliklər keçirilmiş, təmizlik işləri təşkil edilmişdir.
Yeni dərs ili öncəsi, 268 saylı orta məktəbin əsaslı təmirdən sonra açılışı mərasiminə hazırlıqla bağlı məktəbin ətrafına, yəni, S.Rüstəm S.Zeynalov və M.Rəfili küçələrinin kəsişdiyi ərzidə abadlıq işləri aparılmışdır.
S.Rüstəm, S.Zeynalov və M.Rəfili küçələri boyunca yerləşən yaşayış bianalrının fasadlarında olan standartlara uyğun olamaya reklamlar, xarici görkəmə uyğun gəlməyən əlavəliklər ləğv edilmiş, həmin evlərin həyətlərinə giriş qapıları və darvazaları təmizlənib rənglənmşdir.
R.Behbudov küçəsindəki istirahət parkında abadlıq-bərpa işləri aparılmış, oturcaqlar təmir edilmiş və rənglənmişdir. Bu zaman istinad divarları və yol kənarındakı plakatların səthi yuyulub təmizlənmişdir.
T.Şevçenko bağında olan oturacaqlar cari təmir olunmuş, abadlıq və təmizlik işləri aparılmışdır.
Rayon ərazisində yerləşən 600 ədəd zibil konteyneri rənglənmiş, 130 ədəd konteynerin təkərləri yenisi ilə əvəz edilmiş, eyni zamanda 4 ünvanda yeni zibil meydançası tikilmiş, digərləri təmir olunaraq, ağardılmışdır.
Bütün bunlarla yanaşı I-V mkr. ərazisindəki yaşayış binalarının ətrafında olan eybəcər formada olan çəprlər sökülmüş, yerlərində təmizlik işləri aparılmışdır.
Hesabat dövrü ərzində Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun əsas istiqamətləri üzrə, o cümlədən gənc nəslin vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, yaradıcı və istedadlı gənclərə dövlət qayğısının artırılması, onlrın qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması, təhsil səviyyələrinin yüksəldilməsi, elmi potensiallarının inkişaf etdirilməsi və eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkil olunması, gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikası, o cümlədən həssas qruplardan olan gənclərin dəstəklənməsi, yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi məqsədilə bədən tərbiyəsi və idman sahələri üzrə aşağıdakı tədbirlər keçirilmişdir.
Ümumilikdə İdarə tərəfindən 2017-ci ilin yanvar-sentyabr ayları ərzində bədən tərbiyəsi və idman sahəsi üzrə keçirilən 24 tədbirdə 3720 nəfər yeniyetmə və gəncin iştirakı təmin olunmuşdur.
Gənc nəslin vətənpərvər, xalqına məhəbbət, dövlətçilik ruhunda tərbiyəsi, onların sağlam və bilikli böyüməsi istiqamətindəki tədbirlər çərçivəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən layihələr keçirilmişdir.
İyul ayının 1-də məktəblilərin yay tətili istirahətlərinin rəngarəng və maraqlı edilməsi məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Gənc tamaşaçılar Teatrında “Çipollino” tamaşasının pulsuz nümayişi təşkil olunmuşdur. Tədbirdə rayon məktəblilərinin təhsildə fərqlənən şagirdləri, aztəminatlı ailələrin və Qarabağ müharibəsi veteranlarının övladları olmaqla 400 nəfər məktəbli iştirak etmişdir.
İnsan sağlamlığının və təbiətin mühafizəsi üçün lazım olan ən mühüm amil təmizliyin qorunmasıdır. Bu məqsədlə iyul ayının 5-də rayonun 4-cü mikrorayon ərazisindəki M.Cəlal küçəsi boyunca keçirilən növbəti iməclik zamanı ərazi müxtəlif məişət tullantılarından təmizlənərək, təmizlik işləri aparılmış, ərazi qurumuş alaq otlarından, kollardan təmizlənmiş, mövcud yaşıllıqlara qulluq edillmiş və digər təmizlik işləri görülmüşdü. M.Cəlal küçəsi 54 və 56 saylı binaların həyətlərində əhalinin ümumi istifadəsində olmalı olan, özbaşına zəbt olunmuş ərazilərin çəpərləri sökülərək təmizlik işləri aparılmış, ərazidəki məişət tullantıları daşınmış, qanunsuz quraşdırılmış konstruksiyalar və alacıqlar sökülmüş, mövcud ağaclar budanmış, səliqə-səhman yaradılmışdır.
İyul ayının 5-də Nəsimi rayon İcra Hakimiyyətində «26 İyun – BMT-nin Narkotiklərlə Mübarizə günü»nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Nəsimi rayon komissiyasının sədri Anar Tağıyev, Nəsimi rayon Polis İdarəsinin şəxsi heyəti üzrə rəis köməkçisi Vüsal Rüstəmov, Nəsimi rayon Prokurorunun böyük köməkçisi Ramiz Rzayev, Səhiyyə Nazirliyinin İctimai Səhiyyıə vıə İslahatlar Mərkəzinin həkimi Şəhla Mirzəzadə və Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şahmar Tağıyev, Bakı Gənclər Klubu İB-nin sədri Azər Cavadov, “Yeni həyat” Humanitar və Sosial Dayaq İB-nin sədri Nailə İsmayılova, “Gənclərin Tənhalara Dayaq” İB-nin sədri Xoşbəxt Seyidova, “Həkimlər və Təbib Tələbələr” İB-nin sədr müavini Aqil Abbasov ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyduğunu qeyd edərək narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamısının zəruriliyi vurğulanmışdır.
İyul ayının 6-da Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Novxanı AQUAPARK əyləncə mərkəzində əyləncəli tədbir təşkil edilmişdir. Uşaqlar üçün təşkil olunan bu tədbirdə rayonun məktəblərində təhsil alan aztəminatlı ailələrdən, təhsildə və idmanda fərqlənən, 150-dək məktəbli iştirak etmişdir. Novxanı AQUAPARK əyləncə mərkəzində istirahətin səmərəli təşkili məqsədilə keçirilən tədbirdə uşaqlar müxtəlif maraqlı su attraksionlarında əylənmiş, oyunlarda iştirak etmiş, istirahətlərinə rəngarənglik qatan sağlam rəqabət aparmışlar. İsti yay günündə əylənən uşaqlar xüsusi zövq alıb, burada gözəl istirahət edib əylənmiş, daha sonra birgə nahar etmişdilər. Məktəblilər həmçinin Novxanıda yerləşən Flora Klubda da olmuş, bu bağda yetişdirilən çoxsaylı bitki və güllərlə yaxından tanış olmuşlar. Uşaqlar arasında şahmat və dama yarışları keçirilmiş, qaliblər hədiyyələrlə mükafatlandırılmışlar. Keçirilən tədbir məktəblilərin yaddaşında xoş izlər buraxmış, onların müəllim və valideynlərinin çox böyük razılıqlarına səbəb olmuşdur.
İyul ayının 7-də bir qrup müharibə veteranları, şəhid ailələri, ahıllar və əlillər üçün Pirşağı qəsəbəsindəki İstirahət Mərkəzində istirahət təşkil edilmişdir. Nahar süfrəsi arxasında davam edən görüşdə rayon ağsaqqalı, Böyük Vətən Müharibəsi, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Nəsimi rayon şöbəsinin Sədri İsmayıl Fərəcov, Böyük Vətən Müharibəsi veteranı Ağababa İskəndərov, şəhid anası Lətifə Novruzova və digərləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildirmişdilər.
İyul ayının 11-də Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 300 nəfər rayon məktəblilərinin Muzey Mərkəzində yerləşən muzeylərə ekskursiyaları başlanmışdır. C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində , Azərbaycan İstiqlal Muzeyinində və Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyində nümayiş olunan eksponatlar və tarixi materiallar məktəblilərin marağına səbəb olmuşdur.
İyul ayının 12-də Nəsimi rayon İcra Hakimiyyəti ilə «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-ti ilə birlikdə rayon məktəblilərinin Xəzər dənizində gəzintisi təşkil olunmuşdur. Dəniz səyahətində rayon məktəblərinin təhsildə və idmanda fərqlənən, şəhid və veteran ailələrindən, həmçinin aztəminatlı ailələrdən olan ümumilikdə - 200 nəfər məktəblinin «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC-nin yeni, müasir «Xudafərin»gəmisi ilə Bakı buxtasında gəzintisi təşkil olunmuşdur. Qeyd olunmalıdır ki, uşaqların böyük hissəsi ilk dəfə idi ki, dəniz gəzintisinə çıxırdılar və bu onların böyük sevincinə səbəb olmuşdur. Uşaqlar və onların müəllimləri Bakı buxtasından əzəmətli Dövlət Bayrağı Meydanını, buradakı «Kristall zalı»nı, yeniləşən Bakı Bulvarını, şəhər mərkəzində yeni istifadəyə verilmiş və əsaslı təmir olunmuş bina və digər obyektləri müşahidə etmişlər.Gəmidə uşaqlara nahar süfrəsi təşkil olunmuş, daha sonra isə öz məharətlərini göstərərək şeir, mahnılarla həmyaşıdları qarşısında çıxış etmişlər.
İyul ayının 13-də Nəsimi rayonunda rayon ictimaiyyətinin nümayəndələri ilə “Azərbaycan ideologiyasının tarixi kökləri” mövzusunda görüş keçirilmişdir.
Görüşdə qeyd edilmişdir ki, Müasir Azərbaycanın ideologiyası Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycan Respublikasına 1969-cu ildə rəhbər seçiləndə Azərbaycan geridə qalmış aqrar respublika idi, eyni zamanda ölkənin mədəni, sosial həyatında durğunluq yaşanırdı. Qısa bir zaman kəsiyində Heydər Əliyev Azərbaycanı qabaqcıl respublikalar sırasına çıxartdı, ölkəmizin gələcəkdə müstəqil yaşaması üçün lazım olan bütün işləri görmüş və müstəqil Azərbaycanın əsasını qoymuşdur .
İyul ayının 13-də Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatında ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə Nəsimi rayon gəncləri, YAP-nın fəalları, Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və Milli Məclisin deputatları iştirak ediblər.
14-22 iyul 2017-ci il tarixlərdə Nəsimi Rayon İcra Hakimiyyətinin Quba Rayon İcra Hakimiyyəti ilə birgə Quba şəhərində həyata keçirdiyi rayonun şəhid ailələri, Qarabağ müharibəsi veteranları, rayonun aztəminatlı ailələrinin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər - ümumi sayı 200 nəfər yeniyetmə üçün “Gənc İlhamçılar” düşərgəsində məktəblilərin yay istirahəti təşkil edilmişdir. Düşərgədə yeniyetmələr hər gün yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunmuşdular.
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən məktəblilərin xoş istirahəti üçün hər cür şərait yaradılan düşərgədə uşaqların istirahətini daha da maraqlı və yaddaqalan edən silsilə tədbirlər keçirilmişdir. Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən dərslər, müxtəlif mövzularda məşğələlər, maraqlı intellektual oyunlar və debatlar təşkil edilmişdir. Məktəblilər hər axşam Azərbaycan filmlərinə baxış və digər maraqlı tədbirlər, həmçinin əyləncəli diskotekalarda istirahətlərini davam etdirmişlər. «Gənc İlhamçılar» düşərgədə yüngül atletika, dama, şahmat, futbol, voleybol, tennis, qol güləşi və digər maraqlı idman yarışlarında iştirak etmişlər.
“Gənc İlhamçılar”ın Quba rayon Heydər Əliyev Mərkəzinə, Gənclər Mərkəzinə, YAP təşkilatına, Olimpiya Mərkəzinə, Soyqırım muzey-kompleksinə, Qırmızı qəsəbəyə, “Giləki” adlı sinaqoqa da ekskursiyaları təşkil olunmuşdur. Düşərgə iştirakçıları Quba şəhərindəki Heydər Əliyev parkını gəzib, Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və xatirə fotoşəkilləri çəkdirmişlər. “Gənc İlhamçılar” Heydər Əliyev parkında şamlar vasitəsilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzası və “Gənc İlhamçılar” sözləri yazmışlar.
«Gənc İlhamçılar»ın yay istirahət düşərgəsində keçən mənalı və yaddaqalan istirahət başa çatmış və bununla əlaqədar Quba rayon Heydər Əliyev Mərkəzinin qarşısında təntənəli bağlanış mərasimi keçirilmişdir. Düşərgənin bağlanışı ilə əlqadar təşkil olunmuş tədbir Nəsimi məktəblilərinin “Ölkəmizi taniyaq” himninin düşərgə uşaqlarının ifası və “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” flaşmobu ilə başlanmışdır. Bağlanış mərasimində düşərgədə keçirilən idman yarışlarında qalib gəlmiş, nizam-intizamda fərqlənən bir qrup şagirdlərə hədiyyələr və xatirə medalları, həmçinin uşaqların tərbiyəsi ilə məşğul olan dəstə rəhbərlərinə qiymətli hədiyyələr təqdim edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr iyul ayının 17-də Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, din xadimlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur.
İyul ayının 18-də Nəsimi rayon İcra Hakimiyyətində Milli Mətbuatın 142 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə tədbir-görüş keçirilmişdir.Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və başqaları Milli Mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salmış, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışmışlar.Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrinə hədiyyələr təqdim olunmuşdur.
24-30 iyul 2017-ci il tarixlərində Nəsimi Rayon İcra Hakimiyyətinin Şəki şəhər İcra Hakimiyyəti ilə birgə Şəki şəhərində Nəsimi rayonunun şəhid ailələri, Qarabağ müharibəsi veteranları, rayonun aztəminatlı ailələrinin uşaqları, təhsildə və idmanda fərqlənən şagirdlər -ümumi sayı 100 nəfər yeniyetmə üçün “Gənc İlhamçılar” yay istirahət düşərgəsi təşkil edilmişdir. Düşərgədə uşaqların istirahəti üçün hər cür şərait yaradılmış, məktəblilər hər gün yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunmuşdular. Nəsimi rayon İcra Hakimiyyəti və Şəki şəhər İcra Hakimiyyəti tərəfindən məktəblilərin xoş istirahəti üçün hər cür şərait yaradılan düşərgədə uşaqların istirahətini daha da maraqlı və yaddaqalan edən silsilə tədbirlər keçirilmişdir. Düşərgədə məktəblilərə Vətənimizin, xalqımızın tarixindən bəhs edən dərslər, müxtəlif mövzularda məşğələlər, maraqlı intellektual oyunlar və debatlar təşkil edilmişdir. Məktəblilər hər axşam Azərbaycan filmlərinə baxış və digər maraqlı tədbirlər, həmçinin əyləncəli diskotekalarda istirahətlərini davam etdirmişlər. «Gənc İlhamçılar» düşərgədə yüngül atletika, dama, şahmat, futbol, voleybol, tennis, qol güləşi, kəndir dartma və digər maraqlı idman yarışlarında iştirak etmişdilər. Şəki şəhərinin görməli mədəni tarixi yerlərinə ekskursiyalar, gəzintilər təşkil edilmişdir. Nəsimi rayonunun “Gənc İlhamçılar”ı Şəki şəhərində Heydər Əliyev Mərkəzinin qonağı olmuşlar. Daha sonra Şəki Xan sarayına, R.Əfəndiyev adına Tarix-diyarşünaslıq muzeyinə, Xalq Tətbiqi Sənəti Muzeyinə, Karvansaraya, Şəhidlər Xiyabanına, 1941-1945 abidəsinə, Kiş kəndindəki qədim Alban məbədinə və Marxal istirahət mərkəzinə maraqlı ekskursiyalar təşkil edilmişdir. Düşərgə iştirakçıları həmçinin Şəki ponaramasından şəhəri də maraqla seyr etmişdilər. «Gənc İlhamçılar»ın yay istirahət düşərgəsində keçən mənalı və yaddaqalan istirahəti başa çatması münasibəti ilə Marxal İstirahət Mərkəzində Yay teatrında təntənəli bağlanış mərasimi keçirilmişdir. Düşərgənin bağlanışı ilə əlqadar təşkil olunmuş tədbir Şəki şəhər məktəblilərinin maraqlı konserti ilə başlamış daha sonra “Gənc İlhamçılar”ın xüsusi hazırlanmış rəqsi ilə davam etmişdir. Keçirilən bağlanış mərasimində düşərgədə keçirilən bilik və idman yarışlarında qalib gəlmiş, nizam-intizamda fərqlənən bir qrup şagirdlərə hədiyyələr və xatirə medalları, həmçinin uşaqların tərbiyəsi ilə məşğul olan dəstə rəhbərlərinə qiymətli hədiyyələr təqdim edilmişdir. Quba və Şəki şəhərlərində təşkil edilən düşərgələr uşaqların xatirində silinməz izlər buraxmış, maraqlı istirahətdən sonra Bakıya qayıdan yeniyetmələr və onların valideynləri məktəbli uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın öz minnətdarlıqlarını bildirmişlər.
Rayonda fiziki imkanları məhdud olan uşaqların tətil günlərini maraqlı etmək üçün, tətil günlərində uşaq və yeniyetmələrə xoş anlar bəxş etmək üçün maraqlı tədbirlər keçirilir.
İyul ayının 27-də Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən sağlamlıq imkanları məhdud olan 11 və 268 saylı xüsusi məktəblərdə təhsil alan məktəblilər üçün PİTA Şaurmada əyləncəli istirahət axşamı təşkil edilmişdir. Uşaqlar burada maraqlı yemək və şirniyyata qonaq edilmiş, həmçinin hədiyyələr təqdim edilmişdir. Daha sonra uşaqlar bu istirahət məkanında yay mövsümünün ovqatını duydular, müxtəlif mahnılar, rəqslər ifa etdilər, məharətlərini göstərdilər.Keçirilən tədbir xüsusi qayğıya ehtiyacı olan uşaqların yaddaşında xoş izlər buraxmış, onların müəllim və valideynlərinin çox böyük razılıqlarına səbəb olmuş, valideynlər uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva öz minnətdarlıqlarını bildirmişlər. Ahıllara və müharibə veteranlarına dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən tədbirlərin təşkil edilib keçirilməsi davam edir. Bu sosial qrupa aid olan Nəsimi rayon sakinləri ilə tez-tez görüşlər təşkil edilib keçirilir, onların istək və təklifləri nəzərə alınır, daxili imkanlar hesabına yardımlar göstərilir. Rayon ərazisində keçirilən bu tədbirlər bir daha qoca və ahıl insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu nümayiş etdirir.
İyul ayının 28-də uşaqların tətil günlərinin daha rəngarəng edilməsi məqsədi ilə Nəsimi rayon İcra Hakimiyyəti və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə rejissor Elxan Cəfərovun “Yarımçıq xatirələr” adlı filminin pulsuz nümayişi təşkil olunmuşdur. Tədbirdə rayon məktəblərinin təhsildə fərqlənən məktəbliləri, aztəminatlı ailələrin və Qarabağ müharibəsi veteranlarının övladları olmaqla 500 nəfər yeniyetmə iştirak etmişdir. Seans zamanı uşaqlara pulsuz meyvə şirəsi və popkorn verilmişdir. Tədbirdə ad gününu qeyd edən uşaqlara hədiyyələr təqdim edilmişdir.
Avqust ayının 3-də Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 100 nəfər rayon məktəblilərinin Heydər Əliyev Fondunun layihəsi olan Zirə Mədəniyyət Mərkəzi və Eko-Parka ekskursiyası təşkil olunmuşdur. Məktəblilər ilk öncə Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzüb, xatirəsinə ehtiramlarını bildiriblər. Nəsimi rayon məktəbliləri Zirə Mədəniyyət Mərkəzinin Qalereya – yaşıllıq ərazisi, Fotostudiya, Art-studiya, Elektron kitabxana, IDEA resurs mərkəzi, Şahmat otağı, Xarici dil kabineti (ingilis, fransız və rus dilləri), Moda studiya, Gimnastika və rəqs zalı, Zirə Xalça Muzeyi və Xalçaçılıq Tədris Mərkəzi, Quş parkı ilə yaxından tanış oldular. Eko Parkda Heydər Əliyev Fondunun vitse–prezidenti Leyla Əliyevanın müəllifi olduğu Həyat abidəsi - “Ürək” abidəsi məktəblilərin böyük marağına səbəb oldu. Uşaqlar park sahəsində müxtəlif növ attraksionlardan ibarət uşaq, idman trenajor qurğularında oynayıb əyləndikdən sonra onlar üçün nahar süfrəsi təşkil olunmuşdur. Ekskursiyanın sonunda məktəblilər Zirə Cinemada “Səməd” uşaq filminə tamaşa etmişdilər.
Avqust ayının 10-da Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən keçirilən Həvəskarlar arasında nərd yarışı olmuşdur. Bu yarışda Böyük Vətən Müharibəsi və Qarabağ müharibəsi veteranları iştirak etmişdilər.
Avqust ayının 21-də “Azərbaycan milli ideologiyasında qadınların rolu” mövzusunda Nəsimi rayonunda təhsil, səhiyyə, mədəniyyət müəssisələrində, idarə və təşkilatlarda çalışan, şəhid anaları, veteran ailələri, əmək veteranları, həmcinin rayonun ictimai həyatında fəal iştirak edən qadınların iştirakı ilə goruş keçirilmişdir. Görüşdə Nəsimi rayon icra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Bakı şəhər icra Hakimiyyəri Başçısının müavini Fidumə Hüseynova, Nəsimi rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva, Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Sevinc Əbülhəsənova, Kliniki Tibbi Mərkəzin baş həkiminin müavini Məhəbbət İbrahimova çıxış edərək bildirdilər ki, ulu ondər Heydər Əliyev tərəfindən Azərbaycan cəmiyyətində qadınların fəallığının artırılması sahəsində həyata keçirilən tədbirlər bu gün də uğurla davam etdirilir. Qubadlı rayonundan məcburi köçkün Nəzakət Salayeva, Fizuli rayonundan məcburi köçkün, şəhid ailəsi Zeynəb Bəhmənli Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qaçqın və məcburi köçkün ailələrinə, onların uşaqlarına, şəhid və veteran ailərinə olan xüsusi diqqət və qayğısindan ətraflı söz açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.Tədbirdə şəhid və veteran ailələrinə, rayonun ictimai həyatında fəal iştirak edən bir qrup qadınlara tibbi ləvazimatlardan ibarət xüsusi hədiyyələr təqdim edildi.
Avqust ayının 31-də Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı idarə və təşkilatlar, iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə qurbanlar kəsilməsi və rayonda yaşayan imkansız ailələrə paylanması təşkil olunmuşdur. Böyük Vətən müharibəsi, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası, Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, «Qızıl Aypara», Korlar, Əlillər, Çernobıl və 20 Yanvar əlilləri cəmiyyətləri, Azərbaycandakı Rus İcmasının və «Sodrucestvo» cəmiyyətlərinin, ərazidə fəaliyyət göstərən digər ictimai birliklərin rayon şöbələrinin rəhbərlərinin və üzvlərinin, rayonun aztəminatlı sakinlərinin, rayonda məskunlaşmış məcburi köçkün ailələrinin iştirakı ilə tədbir təşkil olunmuşdur. Qurban Bayramı ilə əlaqədar Nəsimi rayonunda yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, rayon ərazisində məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 3000-dən çox ailəyə qurban payları paylanmışdır.
Sentyabr ayının 6-da Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda 2016/2017-ci tədris ilinin yekunları və yeni təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur. Bakı şəhərinin mərkəzi rayonu olan Nəsimi rayonunda təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin normal təhsili üçün hər cür şəraitin yaradılması, məktəblərin maddi-texniki bazalarının vəziyyəti hər zaman diqqət mərkəzində olmuşdur. Rayonda 8 ali, 26 tam orta, 2 xususi məktəb, 2 musiqi məktəbi və 34 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. 2016-2017-ci tədris ilində rayonun orta məktəblərini 1685 nəfər şagird bitirmiş, onlardan 1206 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 327 nəfəri 500-dən, 82 nəfəri 600-dən, 24 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlardan 234 nəfəri xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. Bu il ali məktəblərə qəbul imtahanları zamanı Texniki Humanitar Liseydən 50 nəfər, Elitar Gimnaziyadan 25 nəfər, 54 saylı məktəbdən 20 nəfər, Bakı Türk Anadolu Liseyindən 17 nəfər, 23 saylı orta məktəbdən 14 nəfər, 5 saylı məktəbdən 11 nəfər 500-dən çox bal toplamışdır. 111 saylı tam orta məktəbin məzunu Hüseynova İlhamə Ramil qızı 700 bal toplayaraq Bakı Dövlət Universitetinə qəbul olunmuşdur. 2016-2017-ci təhsil ilinin yekununa görə Nəsimi rayonu üzrə 2 məzun qızıl medala layiq görülmüşdür. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara qiymətli hədiyyələr, həmçinin təhsildə fərqlənən və rayon ərazisində yaşayan aztəminatlı ailələrdən, şəhid və müharibə veteranları ailələrindən olan 500 nəfər şagirdə məktəbli forması təqdim edilmişdir.
Tədbirdə ali məktəblərə qəbulun nəticələrinə görə fərlənən - 23, 54,111 saylı tam orta məktəblərə, Elitar Gimnaziyaya, Texniki Humanitar Liseyə də xüsusi hədiyyələr təqdim edilmişdir.
Sentyabr ayının 11-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva paytaxtın Nəsimi rayonunda yerləşən “Qərənfil” körpələr evi-uşaq bağçasında Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Sentyabr ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbin binasında görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bu layihənin həyata keçirilməsi, eyni zamanda, ölkədə bütün sosial təbəqələrə aid vətəndaşların təhsil almaları üçün yaradılan şəraiti aydın nümayiş etdirir.
15 sentyabr - «Bilik günü» Nəsimi rayonunun bütün orta təhsil müəssisələrində böyük təntənə ilə qeyd olunmuşdur. Əlamətdar günlə bağlı rayonun bütün orta məktəblərində böyük hazırlıq işləri aparılmış, yeni dərs ilinin ilk günü üçün rəngarəng və maraqlı tədbirlər hazırlanmışdır.
Nəsimi rayonundakı İ.Əfəndiyev adına Elitar Gimnaziyada yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbir Azərbaycan Dövlət himninin şagirdlər və tədbirdə iştirak edən qonaqların birgə ifası ilə başlanmışdır. Tədbiri açıq elan edən İ.Əfəndiyev adına Elitar Gimnaziyanın direktoru, əməkdar müəllim Sevda Quliyeva məktəbin tarixi barədə məlumat verərək qeyd etmişdir ki, 2017-2018-ci tədris ilində məktəbin 1-ci siniflərində 260 şagird təhsil alacaq. Təhsilə olan diqqət və qayğıya, məktəbdə yaradılan şəraitə görə Azərbaycan Respublikasnın Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasnın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin təşəkkürünü bildirmişdir. «Bilik günü»nə həsr olunan tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Gimnaziyanın kollektivini, şagirdləri və onların valideynlərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır. Elitar Gimnaziyanın şagirdlərinin hazırladığı bədii kompozisiya, şerlər, məktəb həyatından bəhs edən və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunmuşdur.
1 saylı tam orta məktəbdə “Bilik günü”nə həsr edilmiş tədbir Azərbaycan Dövlət himninin şagirdlər və tədbirdə iştirak edən qonaqların birgə ifası ilə başlanmışdır. Tədbirdə çıxış edən məktəbin direktoru bildirmişdir ki, 2017-2018-ci tədris ilində məktəbin 1-ci siniflərində 111 şagird təhsil alacaq. Məktəbin kollektivi və valideynlər adından təhsilə olan diqqət və qayğıya görə Azərbaycan Respublikasnın Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasnın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin təşəkkürünü bildirmişdir. «Bilik günü»nə həsr olunan tədbirdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Gimnaziyanın kollektivini, şagirdləri və onların valideynlərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır. 1 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı bədii kompozisiya, şerlər, məktəb həyatından bəhs edən və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunmuşdur.
Sentyabr ayının 15-də Azərbaycan Tibb Universitetində (ATU) Bilik gününə həsr olunmuş tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Universitetin rektoru, professor Gəray Gəraybəyli və Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Tibb Universitetinin müəllim və tələbə heyətini Bilik günü münasibəti ilə təbrik etmişdilər.
Sentyabr ayının 21-də İlylas Əfəndiyev adına Elitar Gimnaziyada 21 sentyabr- Beynəlxalq Sülh gunu münasibətilə “Sulh göyərçinləri” tədbiri keçirildi. Tədbirdə Elitar Gimnaziyanın şagirdləri sülh çağırışı olaraq şarları və göyərçinləri havaya buraxdılar. Bütün məktəblilər “Mən fəxr edrəm ki Azərbaycanlıyam” deyərək Azərbaycan bayraqını başları üzərində dalğalandırdılar.
Sentyabr ayının 26-da Nəsimi rayonu İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə İ.Əbülhəsənov adına 42 saylı tam orta məktəbdə yuxarı sinif şagirdlərinin, məktəb müəllimlərinin və valideynlərin iştirakı ilə “Sosial şəbəkələrin cəmiyyətdə rolu və məktəblilərin internet təhlükəsizliyi” mövzusunda maarifləndirici tədbirlərə start verildi.
Nəsimi rayon İcra Hakimiyyəti yeniyetmə və gənclərin sosial şəbəkələrdən lazımi səviyyədə istifadə etmələri üçün 44, 164, 8 tam orta məktəblərdə maarifləndirici tədbirlər təşkil edilib keçirilmişdir.
Sentyabr ayının 29-da Beynəlxalq Ahıllar Günü əlaqədar Nəsimi Rayon İcra Hakimiyyətində rayonun ahıl, kimsəsiz, əlil və qayğıya ən çox ehtiyacı olan vətəndaşlarının bir qrupu ilə görüş keçirilmişdir.
Nəsimi rayonunda əhalinin 4722 nəfərinin yaşı 70-dən yuxarı olan ahıllar təşkil edir. Onlardan 2512 nəfəri kişi, 2210 nəfəri qadındır. Nəsimi rayon Əhalinin Sosial Müdafiə Mərkəzisinin Sosial xidmət şöbəsində 278 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 27 nəfər sosial işçi xidmət göstərir. Xidmətdə olan 278 ahıl vətəndaşdan 240 nəfərinin yaşı 70-yaşdan yuxarıdır, onlardan da 189 nəfəri qadın, 51 nəfəri kişidir. Ümumi qeydiyyatda olanlardan 5 nəfəri I qrup əlil, 37 nəfər isə II qrup əlildir. Nəsimi rayonunda 100 yaşdan yuxarı 8 nəfər sakin yaşayır. Təqaüdçülərə təqaüd və müavinətlərin ödənilməsində gecikmələrə yol verilmir.
Böyük Vətən Müharibəsi Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Nəsimi rayon şöbəsinin sədri İsmayıl Fərəcov, Böyük Vətən Müharibəsi veteranları Ağababa İskəndərov, əmək veteranı Tamella Fərəcova və digər çıxış edənlər rayonda ahıl və veteranlarla bağlı görülən işlərdən, göstərilən diqqət və qayğıdan danışmış və onlara göstərilən qaygiya görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmiş, ölkəmizin inkişafı və çiçəklənməsi istiqamətində görülən işlərdə uğurlar arzulamışlar. Tədbirin yekununda Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı ahıl vətəndaşlar tərəfindən qaldırılan sosial məişət məsələləri ilə bağlı təklifləri dinləyərək həlli üçün müvafiq tapşırıqlar vermişdir. Görüşdə iştirak edən və evlərdə yataq xəstəsi olan 250 nəfərdən artıq ahıla Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim edilmişdir.
Qanunçuluq, asayişin qorunması, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, təhlükəsizlik və mülki müdafiə sahələrində rayon İcra Hakimiyyəti tərəfindən səlahiyyətləri çərçivəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Hesabat dövründə rayonun hüquq-mühafizə orqanları tərəfinqdən ictimai-siyasi sabitliyin, asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması, cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşlar.
Nəsimi rayon Fövqəladə hallar və mülki müdafiə sahəsi üzrə 2017-ci il üçün tədbirlər planına müvafiq olaraq 9 ay ərzində planlaşdırılmış tədbirlər əsasən yerinə yetirilmişdir.
2017-ci ilin 9 ayı ərzində «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, sahə inzibati ərazi dairələri nümayəndəliklərində vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.
İlin 9 ayı ərzində RİH Başçısı Aparatına vətəndaşlardan 2054 ərizə və müraciəti daxil olmuşdur.
Onlardan 583-ü Prezidentin Administrasiyasından,
32-i Milli Məclisdən,
87-si Nazirlər Kabinetindən,
420-i -si Mərkəzi orqanlardan və Bakı şəhər İH-dən,
932-si vətəndaşlar tərəfindən bilavasitə rayon İcra Hakimiyyətinə daxil olmaqla, 516-sı təkrar, 208-i kollektiv ərizələrdir.
Aparılmış təhlil göstərir ki, mənzil məsələləri, xüsusilə mənzil şəraitinin yaxşılaşdırılması və mənzil ilə təmin olunma, şəhərsalma, tikinti-təmirə aid ərizələr çoxluq təşkil etmişdir. Vətəndaşların müraciətləri qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavablandırılmış və onlara müvafiq izahatlar verilmişdir. Bununla belə mənzil məsələləri, istismar müddətini keçmiş yaşayış sahələrində (bina və tikililərdə) yaşayan sakinlər tərəfindən təmir məsələləri ilə bağlı çoxsaylı təkrar müraciətlər edilməsi halları davam etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində, paytaxt Bakıda, o cümlədən Nəsimi rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri sakinlər tərəfindən dərin rəğbət və ölkə rəhbərliyinə minnətdarlıq hissləri ilə qarşılanır. Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülməsi istiqamətində aparılan quruculuq işləri çərçivəsində ərazidə hazırlıq işləri, o cümlədən ərazinin köhnə tikililərdən təmizlənməsi, sakinlərin müvəqqəti köçürülməsi prosesinə başlanmışdır. Bir sıra hallarda ayrı-ayrı vətəndaşlar qanunvericiliklə nəzərdə tutulan şərtlərdən kənar, real olmayan istəkləri ilə söküntülərlə bağlı əsassız təkrar müraciətlər etmişlər.
Ölkədə sosialyönümlü iri layihələrin həyata keçirilməsi və nəticədə əhalinin rifahının yaxşılaşması insanların maddi-məişət məsələləri ilə bağlı dövlət qurumlarına ümidlə müraciət etmələrinə zəmin yaradır. Heydər Əliyev Fondu tərəfindən Nəsimi rayonunda aztəminatlı təbəqəyə, kimsəsizlərə, valideyn himayəsindən məhrum olmuş uşaqlara yetirilən diqqət və qayğı sakinlərin razılığı və minnətdarlığı ilə qarşılanır.
Vətəndaşların qəbuluna, qəbul zamanı qaldırılan məsələlərin həlli ilə bağlı tədbirlərin görülməsi, vətəndaşlara müfəssəl izahatların verilməsinə, xüsusilə səyyar qəbullar, yerlərdə sakinlərlə görüşlər diqqət mərkəzində saxlanılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayında sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi istiqamətində Nəsimi rayon İcra Hakimiyyəti, müəssisə və təşkilatlar tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirilməsi təmin ediləcəkdir.