Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 2017-ci ilin üçüncü rübü ərzində görülmüş işlər müzakirə edilmişdir

11 oktyabr 2017 | 16:00

 Nəsimi rayon İcra Hakimiyyətinin 2017-ci ilin 3-cü rübü ərzində görülmüş işlər haqqında video-foto məruzə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafınin  yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələrin icrasi ilə əlaqədar rayonun sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclası keçirilmişdir.

İclası giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının  Prezidenti cənab  İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına   həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, respublikamızda olduğu kimi  Nəsimi rayonunun iqtisadi  və  sosial  həyatında da ciddi uğurlar əldə olunmuşdur.

Respublikamızın bütün bölgələrindədə əldə olunan uğurlar Bakı şəhərinin Nəsimi rayonunun sosial-iqtisadi  həyatında da öz əksini tapmışdır.

Nəsimi rayonu ərazisində cari ilin 3-cü rübü ərzində keçirilən bir sıra tədbirlərdə Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev, Azərbaycan Respublikasının  Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak etmişlər. 

Sentyabr ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının  Nəsimi rayonundakı 268 nömrəli xüsusi məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Əsaslı təmir işləri Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla təsdiq edilmiş Dövlət Proqramının tədbirlər planının icrası ilə əlaqədar aparılıb. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı bu cür müəssisələrin müasir səviyyədə yenidən qurulması onu göstərir ki, Azərbaycan dövləti təhsilin inkişafına və bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqətlə yanaşır.

Azərbaycan  Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva paytaxtın Nəsimi rayonunda yerləşən “Qərənfil” körpələr evi-uşaq bağçasında Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Bağça ilə tanış olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tövsiyyələr verərək müəssisənin işinə uğurlar arzulamışdır.

Rayonun  makroiqtisadi  göstəriciləri , xüsusilə informasiya və rabitə,  xidmət sahələri üzrə 2017-ci ilin 9 ayı ərzində bir sıra nailiyyətlər qazanılmışdır. Natiq  9 ay ərzində Nəsimi rayonunda həyata keçirilən tədbirlər haqqında məlumat vermiş və qarşıda duran vəzifələrdən danışmışdır.

Hesabat iclasında əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.

Şura iclasinda çıxış edənlər – rayon MKTB-nin rəisi Elman Yəhyayev, 1 saylı İstilik sistemləri istismar sahəsinin rəisi İlham Bəşirov, “TAC-1” MMC-nin təsisçisi Əlihüseyn Eynullayev və digərləri cıxış edərək cari ilin 9 ayı ərzində rəhbərlik etdikləri kollektivlərin gördükləri işlərdən və qarşıda duran vəzifələrdən danişdılar.

Şura iclasında Nəsimi rayon İcra Hakimiyyətinin  məsul əməkdaşı Emin Hüseynova  “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilmişdir.

Keçidlər