Şriftin ölçüsü :

Saytın rəngi :

Bədən tərbiyəsi və İdman günü

03 mart 2013 | 16:00

      Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2005-ci il martın 4-də “Bədən tərbiyəsi və İdman günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Elə həmin vaxtdan etibarən bütün ölkədə olduğu kimi Nəsimi rayonunda da bu münasibətlə tədbirlər təşkil olunur.
Nəsimi rayonu Gənclər və İdman İdarəsi tərəfindən rayonun 240 saylı tam orta məktəbində keçirilən tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin  rəis müavini, rayonun müxtəlif yarışlarda fərqlənmiş idmançıları, rayon gəncləri və həvəskar idmançılar iştirak etmişlər. Məktəbin meydançasında yeniyetmələrin və həvəskarların futbol komandaları arasında mini futbol yarışı keçirilmişdir. Yekunda qaliblər mükafatlandırılmışdır.
Qeyd edək ki, bu bayramın martın 5-də qeyd olunması heç də təsadüfi deyil. 1995-ci ilin həmin günü Ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşərək, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoymaqla İdman Fondunu təsis edib.

Keçidlər