Nəsimi rayonunda “Məktəb bağları” layihəsi çərçivəsində meyvə agacları əkildi
Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrufatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış “Məktəb bağları” layihəsi çərçivəsində məktəb və məktəbəqədər təhsil müəssisələrinin həyətyanı sahəsində meyvə ağaclarının əkilməsi davam etdirilmişdir.
21 oktyabr 2017-ci il tarixdə rayonun 4-cü mikrorayon ərazisində yerləşən 147 saylı uşaq bağçası –körpələr evinin həyətində “Məktəb bağları” layihəsi çərçivəsində iməcilik keçirilmiş, uşaq bağçasının həyətyanı sahəsində müxtəlif növ meyvə ağacları əkilmişdir.Uşaq bağçasının həyətində rəngarəng meyvə və payiz geyimləri geyinmiş uşaqların hazırlanmış kompozisyalarına baxış keçirilmiş, uşaqların ifasında şən musiqi nömrələri ifa olunmuşdur.