Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonu “Qərənfil” uşaq bağçası - körpələr evinin həyətində meyvə agacları əkildi

21 oktyabr 2017 | 16:00

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən   Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrufatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə başlanılmış “Məktəb bağları” layihəsi çərçivəsində məktəb və məktəbəqədər  təhsil müəssisələrinin həyətyanı sahəsində meyvə ağaclarının əkilməsi davam etdirilmişdir.

21 oktyabr 2017-ci il tarixdə  rayonun 4-cü mikrorayon ərazisində yerləşən “Qərənfil” uşaq bağçası- körpələr evinin həyətində   “Məktəb   bağları” layihəsi çərçivəsində iməcilik keçirilmiş, müxtəlif növ meyvə ağacları əkilmişdir. Uşaq bağçasının  həyətində rəngarəng meyvə və payiz geyimləri geyinmiş uşaqların  hazırlanmış kompozisyalarına  baxış keçirilmiş, uşaqların  ifasında şən musiqi nömrələri ifa olunmuşdur.

Tədbirdən sonra Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  sakinlərlə görüşərək bildirmişdir ki, son illər ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında geniş miqyaslı quruculuq və abadlıq işləri vüsət almışdır. İDEA İctimai Birliyi tərəfindən  ekoloji tarazlığın qorunması istiqamətində ciddi işlər aparılaraq “Yaşıl marafon ” layihəsi çərçivəsində respublikanın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da çoxlu sayda ağaclar əkilmiş, yeni-yeni yaşıllıq zolaqları salınmışdır. Ağacəkmə aksiyaları ölkəmizdə ekoloji durumun daha da yaxşılaşdırılmasına mühum tövhələr verməkdədir.  Rayonda aparılan geniş abadlıq – quruculuq işləri haqqında məlumat verilərək görülən işlərin ölkə başçısının tapşırıqlarına uygun olaraq sakinlərin rifahının daha da yuksəldilməsinə yönəldildiyi bildirilmişdir.

Görüş zamanı sakinləri maraqlandıran suallar Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  tərəfindən cavablandırılmiş və qaldırılan məsələlərin həll edilməsi üçün müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər