Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon Məşğulluq Mərkəzində “Azərbaycan Respublikasında müasir mərhələdə Dövlət Məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcud olan problemlərin həlli və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi” mövzusunda dəyirmi masa keçirilmişdir.

16 noyabr 2017 | 16:00

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təsdiq etdiyi qrafikə uyğun olaraq Nəsimi rayon Məşğulluq Mərkəzi 16 noyabr 2017-ci ildə İSR Plaza-da “Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcud olan problemlərin həlli və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi mövzusunda sahibkarların, idarə və müəssisə rəhbərlərinin, xarici şirkətlərin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilmişdir. Dəyirmi masada Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarla və sosial tərəfdaşlarla iş sektorunun baş məsləhətçisi Xətai Mehralıyev, Nəsimi rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Müşfiq Kərimli iştirak etmişdir.

Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarla və sosial tərəfdaşlarla iş sektorunun baş məsləhətçisi Xətai Mehralıyev və İcra hakimiyyətinin aparıcı məsləhətçisi Müşfiq Kərimli çıxış edərək Dövlət Məşğulluq siyasətinin həyata keçirilməsində işə götürənlərin hüquq və vəzifələri, eləcə də Azərbaycan Respublikası Prezidentinin sahibkarlığın inkişaf etdirilməsi, aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi və ünvanlılıq prinsipinin təmin olunması ilə bağlı imzaladığı fərman və sərəncamlar, qəbul edilmiş Dövlət proqramları, yeni iş yerləriin yaradılması, əhalinin məşğulluğunun gücləndirilməsi, aztəminatlı ailələrə dövlət yardımının göstərilməsi istiqamətində həyata keçirilən məşğulluq tədbirləri barədə geniş məlumat verdilər.

Məşğulluq Mərkəzinin mütəxəssisi əmək bazarında olan vəziyyət haqqında məlumat verərək, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi istiqamətində işəgötürənlərlə aparılan birgə məqsədyönlü tədbirlərdən danışdı. O, bir daha müəssisə və təşkilatların nümayəndələrinin diqqətinə çatdırdı ki, müəssisədə yaranmış boş iş yerləri, o cümlədən kvota yerləri haqqında Məşğulluq Mərkəzinə vaxtında məlumat verilməli və Məşğulluq Mərkəzi tərəfindən göndərişlə müəssisələrə göndərilən vətəndaşlara, xüsusilə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən əhali kateqoriyasından olan əlil, məcburi köçkün və s. Insanlara qayğı və diqqətlə yanaşmalıdırlar.

Çıxışlardan sonra tədbir interaktiv və dialoq şəklində davam etdi. Tədbirdə iştirak edənlərdən “Azərgold” QSC, “AG Bank” QSC, “Gilan Plastik” MMC, “Kapital İnvest” MMC, “Bakı Tikiş Evi” ASC və s. kimi müəssisələrin nümayəndələri onları maraqlandıran suallarla müraciət edərək Məşğulluq Mərkəzi ilə əməkdaşlığı daha da inkişaf etdirmək üçün öz təkliflərini verdilər.

Müasir mərhələdə Azərbaycan Respublikasında Dövlət Məşğulluq siyasətinin gücləndirilməsi – yeni iş yerlərinin açılması və müvəqqəti sərbəstləşmiş işçi qüvvəsinin sosial müdafiəsi məsələləri sahəsində görülən tədbirlərlə yanaşı, bugün əmək bazarının sosial-iqtisadi inkişaf tempinə və xüsusiyyətlərinə uyğunlaşma mexanizminin müasir səviyyədə qurulması, ölkənin əmək potensialından daha dolğun istifadə edilməsi daim dövlətimizin diqqət mərkəzindədir. 

Keçidlər