Nəsimi rayonunda fevral ayı ərzində görülmüş işlər barədə məlumat
2013-cü il fevral ayı ərzində Nəsimi rayonunda yerləşən məktəblərdə, körpələr evi-uşaq bağçalarında, parklarda və digər obyektlərdə təmir-bərpa və yenidənqurma işləri sürətlə davam etdirilmişdir.
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq orta məktəblərdə və körpələr evi-uşaq bağçalarında təmir tikinti işləri aparılır.
5 saylı tam orta məktəbdə əlavə 20 sinif otağının tikintisi davam etdirilir.
1 saylı tam orta məktəbdə əsaslı təmir işləri başa çatdırılmış, 10 əlavə sinif otağının tikintisinə başlanılmışdır.
151 saylı tam orta məktəbdə akt və idman zallarının tikintisinə başlanılmışdır.
20 saylı musiqi məktəbində yenidənqurma və əsaslı təmir işləri davam etdirilir.
45 saylı körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri yekunlaşmışdır.
74 və 92 saylı körpələr evi-uşaq bağçalarında əsaslı təmir işləri yekunlaşmaq üzrədir.
Həmçinin Nəsimi rayonunda əhalinin enerji, su və qaz təchizatının da yaxşılaşdırılması sahəsində fevral ayı ərzində müvafiq idarələr tərəfindən lazımi tədbirlər görülmüşdür.
Nəsimi rayon Enerji Təchizatı və Satışı İdarəsinin 10/6/0,4 kv-luq İstismar şöbəsi tərəfindən 6/10kv-luq kabel xətlərinin dəyişdirilməsi və təmiri zamanı 48 metr kabel, 0,4 kv-luq kabel hava xətlərinin təmiri zamanı 80 metr naqil AS 50,70 istifadə olunmuşdur. 0,4 kv-luq kabel xətlərinin, təmiri, sayğaclaşması və yenidənqurulması zamanı 1028 metr müxtəlif markalı kabellər istifadə olunmuş, alçaqgərginlik lövhələrində 1 ədəd 250, 400 A-lik 0,4 kv-luq ayırıcılar quraşdırılmışdır. Sayğaclaşma və yenidənqurma zamanı 10 ədəd 1 sayğaclı panel, 12 ədəd giriş və paylayıcı şitlər quraşdırılmışdır.
35/10 kv-luq “Dağlıq” və 88 saylı yarımstansiyalarda kabellərin mühafizəsi yoxlanılmışdır.
116 saylı yarımstansiyanın 35 kv-luq QPQ-də və 10 kv-luq QPQ-də bölmələr arası eleqaz açarı kabel xəttinin əməliyyat cərəyanı 24 voltdan 110 volta keçirilmişdir.
110 saylı yarımstansiyada 1 və 2 saylı transformatorun 10 kv-luq çıxış kabelləri mis kabellə əvəz olunmuşdur.
QİS tərəfindən S.Rəhimov, M.Qaşqay küçələrinin kəsişməsindən C.Hacıbəyli küçəsi istiqamətində yeraltı D-89mm boru ləğv edilərək yeni yerüstü D-76mm, uzunluğu L-21m və yeraltı D-76mm və uzunluğu L-42,2 metr qaz ətti çəkilmişdir.
Moskva prospekti 30 ünvanda həyətdaxili və mənzildaxili qaz xətləri ləğv edilərək D-40mm, L-50,8metr və C.Məmmədquluzadə küçəsində də müvafiq olaraq D-57mm, L-280 yerüstü yeni qaz xətti çəkilmişdir.
S.Rüstəm küçəsi 37 ünvanında D-76mm, L-13 metr, A.Səhhət küçəsi 5 ünvanında D-32mm, L-71 metr, Plotnikov küçəsi 16 saylı ünvanda D-25mm, L-14,4 metr, C.Hacıbəyli küçəsi 151 ünvanında D-108mm, L-26 metr yeni qaz xətti çəkilmişdir.
Ümumilikdə fevral ayı ərzində 1908 ədəd mexaniki qaz sayğacı Smart-kart tipli sayğacla əvəzlənmişdir.
Nəsimi rayon Sukanal Departamenti tərəfindən baş vermiş qəzalar aradan qaldırılmış, H.Seyidzadə küçəsi 17 ünvanında D-114mm olan L-50 p.m., H.Seyidzadə küçəsi 21 ünvanında D-76mm olan L-8 p.m., H.Seyidzadə küçəsi 25 ünvanında D-32mm olan L-6 p.m., A.Məhərrəmov küçəsi 15 ünvanında D-89mm. L-10p.m. su xətti dəyişdirilmiş, H.B.Əliyev küçəsi 6 ünvanında D-80mm, S.Rüstəm küçəsi 37 ünvanında D-100mm və Cavadxan və Seyidzadə küçələrinin kəsişməsində D-100mm olan 1 dəst siyirtmələr dəyişdirilmişdir.
R.Məmmədov küçəsi 25 ünvanında D-150mm uzunluğu L-8 p.m kanalizasiya xətti dəyişdirilmişdir.
Nasos stansiyalarında 1 dəst müxtəlif markalı nasos avadanlıqları, 1 ədəd elektrik mühərrikləri təmir edilmişdir.
396 ədəd yağış barmaqlıqları, 262 ədəd kanalizasiya nəzarət quyusu, 3780 p.m. fekal kanalizasiya şəbəkəsi və 784 p.m. yağış kanalizasiya şəbəkəsi yuyulub təmizlənmişdir.
1 saylı İSİS-in ərazisində olan 24 ədəd məhəllədaxili qazanxana və 26 ədəd istilik məntəqəsi, RİQ-1 də daxil olmaqla istilik enerjisi istehsal edilərək istehlakçılar fasiləsiz enerji ilə təmin edilmişdir. R.Məmmədov küçəsi 19 ünvanında yeni məhəllədaxili istilik xətləri çəkilərək bina istilik mənbəyinə qoşulmuşdur.
159 saylı məktəbin istilik təchizatını yaxşılaşdırmaq məqsədilə yeni istilik xətti çəkilərək məktəb istilik mənbəyinə qoşulmuşdur.
S.Rüstəm 37b ünvanında istilik kamerasının yeri dəyişdirilmiş, əraziyə düşən istilik xətti yenilənmişdir.
Hal-hazırda 1 saylı İSİS tərəfindən 199 yaşayış binası, 18 məktəb, 11 uşaq bağçası, 6 səhiyyə və 22 digər obyekt istilik enerjisi ilə təmin olunur.
Rayonun Azadlıq pr. 95, Vaqif pr. 11, C.Hacıbəyli küçəsi 45, Ə.Qasımzadə küçəsi 72, R.Məmmədov küçəsi 25, H.Seyidzadə küçəsi 1, 3, H.B.Əliyev küçəsi 56, Bakıxanov küçəsi 50, Füzuli küçəsi 53, H.Ələsgərova küçəsi 20 saylı binaların fasadlarında təmir işləri aparılır.
M.Qaşqay küçəsi 58-dən Ankoloji xəstəxanaya qədər işıq xətti çəkilib və Topçubaşov küçəsi 21 ünvanında zibil meydançası tikilib.
Nəsimi rayonu Füzuli küçəsində tikintisinə başlanılmış “Qış bulvarı”nda işlər davam etdirilir.
Hal-hazırda II mikrorayonda yerləşən Heydər parkında və V mikrorayonda yerləşən Cavadxan küçəsindəki parkda təmir işləri aparılır.
Ə.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasının həyətində inşasına başlanılmış Azərbaycan Tibb Universitetinin Cərrahiyyə korpusunda tikinti işləri davam etdirilir.
Z.Bünyadov prospekti ilə Ə.Salamzadə, A.Mustafayev və H.B.Əliyev küçələrinin kəsişməsində (Xutor dairəsi) müxtəlif səviyyəli yol qovşağının tikintisi ilə əlaqədar tikinti altına düşən 52, 3-cü Alatavada Bakı Metropoliteninin tikintisi sahəsinə düşən (100-ə yaxın) yaşayış və qeyri yaşayış sahələrinin köçürülməsi işləri başa çatmaq üzrədir. Hal –hazırda yol qovşağının tikintisi davam etdirilir.
Ay ərzində əhaliyə elektrik enerjisinin, qaz və içməli suyun verilməsində, eləcə də istilik enerjisi verilməsi nəzərdə tutulan istehlakçıların istiliklə təmin olunmasında heç bir problem olmamışdır.