Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıda III Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində Nəsimi rayonunda həyata keçirilən pilot layihələr numayiş olunur

28 noyabr 2017 | 16:00

Noyabrın 28-də Bakı Ekspo Mərkəzində Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK), “Elan Expo” və “Atılım Fuarcılık” şirkətlərinin təşkilatçılığı ilə Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi (“RecExpo III”) açılıb.

Sərginin açılış mərasimində bir sıra xarici dövlətlərin ölkəmizdəki səfirləri, nüfuzlu yerli və xarici investisiya, tikinti və əmlak şirkətlərinin rəhbərləri iştirak ediblər.

Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Birləşmiş Krallıq, Portuqaliya, Fransa, İspaniya, Polşa, İtaliya, Rusiya, Andorra və Gürcüstandan 70-ə yaxın daşınmaz əmlak şirkəti, investisiya qurumları və digər təşkilatlar təmsil olunur. Bu beynəlxalq tədbirdə 150-dən çox tikinti və inşaat layihələri təqdim edilir.

ƏMDK-nın sədri Kərəm Həsənov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu iqtisadi islahatlar aparılır. Bu iqtisadi islahatlar bir sıra sahələrlə yanaşı, daşınmaz əmlak bazarının da dinamik inkişafına səbəb olub. Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi də bu islahatların tərkib hissəsi olaraq daşınmaz əmlak bazarında fəallığın artmasına imkan yaradır.

O qeyd edib ki, Avropa, Orta Şərq və Qafqaz ölkələrinin ən cazibədar əmlak layihələrinin sərgiləndiyi “RecExpo III” sərgisi mövzusuna və təyinatına görə Azərbaycanda yeganə ixtisaslaşmış daşınmaz əmlak sərgisidir.

Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Eyni zamanda, daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsinə şərait yaradır. Sərgi bir çox ölkənin daşınmaz əmlak məsləhətçilərini və sahibkarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək baxımından da mühüm əhəmiyyət kəsb edir.

Yerli şirkətlər və dövlət qurumları tərəfindən də ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən bir sıra tikinti layihələri ziyarətçilərə təqdim olunub. Sərgidə Bakı şəhərinin Nəsimi rayonunda həyata keçirilən pilot layihələr  barədə ictimaiyyətə təqdimatlar edilib. 

Keçidlər