Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş voleybol üzrə turnirə yekun vurulmuşdur.

07 dekabr 2017 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş voleybol üzrə turnir keçirilmişdir.  4-7 dekabr 2017-ci il tarixdə keçirilən voleybol üzrə turnir təhsil müəssisələrinin  idman klubları arasında təşkil edilmişdir.  Turnirdə 10 voleybol komandası iştirak etmişdir.

Azərbaycan Voleybol Federasiyasının idman zalinda   dekabrın 7-də final yarışları keçirilmişdir. Final yarışında Azərbaycan Tibb Universiteti ilə Azərbaycan Dillər Universitetinin  komandaları rəqabət aparmışlar. Gərgin və maraqlı oyun nəticəsində Azərbaycan Tibb Universitetinin komandası qalib gəlmişdir. Beləliklə, Azərbaycan Tibb Universitetinin komandası birinci,  Azərbaycan  Dillər Universitetinin komandası ikinci və Azərbaycan Neft və Sənaye Universitetinin komandası üçüncü yerə layiq görülmüşlər. Qaliblər Rayon İcra Hakimiyyəti tərəfindən kubok, medal və hədiyyələrlə mükafatlandırılmışlar. Mukafatlandırma mərasimində Nəsimi rayon İcra hakimiyyətinin Başçısı Asif Əsgərov və Azərbaycan  Voleybol Federasiyasının baş məqçisi Faiq Qarayev  qalib komandaları təbrik edərək onlara idman yarışlarında hər zaman qalib olmağı arzulamışlar.

Tədbirin sonunda voleybolçu tələbələrlə xatirə şəkilləri cəkilmişdir.

Keçidlər