Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomaniya və zərərli vərdişlərə YOX deyirik !

14 dekabr 2017 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin  “Narkomaniya  və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə komissiyası”-nın  tədbirlər planına əsasən  14 dekabr 2017-ci il tarixdə Nəsimi rayonu 164 N-li tam orta məktəbdə “Narkomaniya və zərərli vərdişlərə “Yox” deyirik!” başlığı altında maarifləndirici tədbir keçirilmişdi.

Tədbirin keçirilməsində əsas məqsəd narkomanlığa və digər zərərli vərdişlərə qarşı mübarizənin gücləndirilməsi, antinarkotik və siqaretə qarşı təbliğat, həmçinin sağlam həyat  tərzinin təbliğ edilməsi olmuşdur.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Kəmalə Qədirova  ölkəmizdə narkotiklə mübarizəyə çox ciddi önəm verildiyini qeyd edərək narkomaniyanın bəşəriyyət üçün faciəyə  çevrildiyini və bütün zərərli vərdişlərə qarşı mübarizədə gənclərin fəal olmasının vacibliyini vurğuladı.

Tədbir boyu qonaqlar Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Anar Tağıyev, Nəsimi rayon polis idarəsinin rəisi, polis polkovniki Musa Musayev, rəis müavini, polis pokovnik leytenantı Vüsal Rüstəmov şagirdləri maraqlandıran sualları cavablandırıb, narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, məsləhətlər verilmişdir.

Keçidlər