Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda aztəminatlı ailələrə bayram sovqatları verilib

28 dekabr 2017 | 16:00

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və yeni təqvim ili  günü münasibəti ilə  aztəminatlı və sosial  qayğıya ehtiyacı olan ailələrin  təbrik edilməsi tədbirləri çərçivəsində dekabr ayının 28-də Nəsimi rayonunda   bayram tədbiri keçirilmişdir.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayonda fəaliyyət göstərən ictimai təşkilatların – Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsi, Gözdən Əlillər Cəmiyyətinin Nəsimi rayon şöbəsi, Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin Nəsimi rayon filialı, Əlillər Cəmiyyəti Nəsimi rayon şöbəsi, 20 Yanvar Cəmiyyəti Nəsimi rayon şöbəsi, Nəsimi rayon Veteranlar Şurası, Nəsimi rayonunun Rus İcması, “Sodrujestvo” Cəmiyyətinin Nəsimi rayon şöbəsinin üzvləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini Gülarə Verdiyeva  tədbirdə iştirak edənləri Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə təbrik etmiş, bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini qeyd etmişdir. O, Nəsimi rayonunda təşkil olunan bu tədbirin rayon əhalisinin sosial müdafiəsi baxımından əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, belə tədbirlərin təşkil edilib keçirilməsi Möhtərəm Prezident İlham Əliyevin sosial yönümlü siyasətinin tərkib hissəsidir.

“Qarabağ müharibəsi veteranları,əlilləri və şəhid ailələri” ictimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev, şəhid anası Lətifə Novruzova çıxış edərək bildirdilər ki, keçirilən bu tədbir aztəminatlı ailələrə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Bayram ilə əlaqədar Nəsimi rayonunda yaşayan az təminatlı ailələrə, qaçqınlara, ərazidə məskunlaşmış məcburi köçkün ailələrinə, kimsəsizlərə, tənhalara və yardıma daha çox ehtiyacı olan şəxslərə – ümumilikdə 2000-dən çox ailəyə bayram payları təqdim edilmişdir.
Tədbirdə çıxış edən rayon sakinləri Yeni il bayramı münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya  öz minnətdarlıqlarını bildirmişlər.

 

Keçidlər