Nəsimi rayonunda sakinlərin səyyar qəbulu keçirilmişdir.
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 2018-ci il fevral ayının 14-də 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. İlk olaraq sakinlərə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin səyləri nəticəsində ölkədə aparılan geniş abadlıq-quruculuq işləri, dinamik sosial-iqtisadi inkişafın vəziyyəti, əhalinin rifahının daha da artırılması, əldə olunmuş əmin-amanlıq şəraitinin qorunub saxlanılması barədə RİH Başçısı Asif Əsgərov tərəfindən məlumatlar verilmişdir. Sakinlərin müraciətləri dinlənilmişdir. Sakinlərdən Hacıyeva Gülnarə, Məmmədov Eldar, Cabbarov Rəşid, Əhmədov İlqar, Əsədov İsa, Yusubov Yusub, Bağırov Həsən və digərləri bir sıra məsələlərlə, o cümlədən, dam örtüyünün təmir olunması, kanalizasiya və su xəttlərinin profilaktikası, aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün bərpa edilməsi, mənzil növbəsi ilə bağlı RİH Başçısına müraciətlər etmişlər. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində Nəsimi rayonu ərazisində aparılan davamlı abadlıq-quruculuq işləri ilə bağlı sakinlərlə söhbət aparılmışdır.