Taras Şevçenko yad edildi
10 mart 2013 | 16:00
Bu gün Ukrayna şairi, rəssam, mütəfəkkir, Ukrayna ədəbiyyatı və təsviri sənətində tənqidi realizmin və inqilabi-demokratik cərəyanın banisi Taras Şevçenkonun 199 illiyi münasibətilə Nəsimi rayonu ərazisində yerləşən abidəsinin önündə anma mərasimi keçirilmişdir. Tədbirdə iştirak edənlər böyük şairi yad etmiş, abidəsinin önünə əklil qoymuşlar.