Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclası
Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş yığıncağı keçirilmişdir. RİH Başçısı Aparatında, Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə, yerli strukturlarda vətəndaşların ərizə və mürajiətlərinə baxılmasının vəziyyəti haqqında məsələ müzakirə olunmuşdur. Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov yığıncağı giriş sözü ilə açaraq Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik siyasi fəaliyyəti nəticəsində Müstəqil Azərbaycanın inamla irəlilədiyini və ölkə başçısının fəaliyyətinin ana xəttini təhlükəsizlik, ictimai-siyasi sabitlik, iqtisadiyyatda davamlılıq və inkişaf, dövlətçilikdə xalq faktorunun üstün mövqeyi, balanslaşdırılmış xarici siyasət təşkil etməklə dövlətimizin və xalqımızın əmin-amanlığı, tərəqqisinin təmin olunduğunu qeyd etmişdir. Ölkə başçısı öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, hakimiyyətin xalqa qulluq etməkdən, onun rifah halının gündən-günə yaxşılaşması üçün çalışmaqdan vacib işi yoxdur.
Xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində işlərin aparılması ilə bağlı rayon İcra Hakimiyyəti, yerli strukturların üzərinə məsuliyyətli vəzifələr düşür. Yığıncaqda qeyd olundu ki, «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başçısı Aparatı, sahə inzibati ərazi dairələri nümayəndəliklərində vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmışdır. 2017-ci il ərzində RİH Başçısı Aparatına vətəndaşlardan 2824 ərizə və müraciəti daxil olmuşdur. Müraciətlərin məzmunu ilə bağlı aparılmış təhlil göstərir ki, mənzil məsələləri, xüsusilə mənzil şəraitinin yaxşılaşdırılması və mənzil ilə təmin olunma, şəhərsalma, tikinti-təmirə aid ərizələr çoxluq təşkil edərək, ümumi müraciətlərin 60,0 %-ni təşkil etmişdir. Bu məsələ ilə bağlı vətəndaşların müraciətlərinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavablandırılmış və onlara müvafiq izahatlar verilmişdir. Bununla belə mənzil məsələləri, istismar müddətini keçmiş yaşayış sahələrində (bina və tikililərdə) yaşayan sakinlər tərəfindən təmir məsələləri ilə bağlı çoxsaylı təkrar müraciətlər edilməsi halları davam etmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində, paytaxt Bakıda, o cümlədən Nəsimi rayonunda həyata keçirilən quruculuq və abadlıq işləri sakinlər tərəfindən dərin rəğbət və ölkə rəhbərliyinə minnətdarlıq hisləri ilə qarşılanır. Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarına uyğun olaraq şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülməsi istiqamətində aparılan quruculuq işləri çərçivəsində ərazilərin köhnə tikililərdən təmizlənməsi, sakinlərin müvəqqəti köçürülməsi və tikinti prosesinə başlanmışdır. Bir sıra hallarda ayrı-ayrı vətəndaşlar qanunvericiliklə nəzərdə tutulan şərtlərdən kənar, real olmayan istəkləri ilə söküntülərlə bağlı əsassız təkrar müraciətlər etmişlər.
Ölkədə sosialyönümlü iri layihələrin həyata keçirilməsi və nəticədə əhalinin rifahının yaxşılaşması insanların maddi-məişət məsələləri ilə bağlı dövlət qurumlarına ümidlə müraciət etmələrinə zəmin yaradır. Əhalinin aztəminatlı təbəqəsinə dövlət qayğısı çərçivəsində rayon İcra Hakimiyyəti tərəfindən bu qəbildən olan insanlara diqqət nəzarətdə saxlanılaraq il ərzində minlərlə ailyə mütəmadi olaraq yardımlar, maddi köməkliklər, məişət şəraitlərinin yaxşılaşdırılması, o cümlədən mənzillərin təmiri üçün inşaat materiallarının ayrılması, yay-istirahət düşərgələrinin təşkili və digər köməkliklər göstərilmişdir. Heydər Əliyev Fondu tərəfindən Nəsimi rayonunda aztəminatlı təbəqəyə, kimsəsizlərə, valideyn himayəsindən məhrum olmuş uşaqlara yetirilən diqqət və qayğı hər zaman ictimaiyyətin razılığı ilə qarşılanmışdır.
Hesabat dövründə vətəndaşların müəyyən edilmiş vaxtlarda qəbulu, onların müraciətlərinə əsaslandırılmış yazılı cavabların verilməsi, şəffaflığın artırılması, mövcud nöqsanların aradan qaldırılması məsələləri diqqət mərkəzində saxlanmış, mütəmadi ərizə və şikayətlərə baxılmasının vəziyyəti araşdırılaraq RİH Başçısı yanında Şuranın yığıncağında məlumatlar verilmişdir.
Vətəndaşların qəbuluna, qəbul zamanı qaldırılan məsələlərin həlli ilə bağlı tədbirlərin görülməsi, vətəndaşlara müfəssəl izahatların verilməsinə diqqət artırılmışdır. Rayon İcra Hakimiyyətinin vəzifəli işçilərinin vətəndaşların qəbulu günləri cədvəli RİH-nin rəsmi internet saytında yerləşdirilmişdir. RİH Başçısı tərəfindən vətəndaşlar qəbulları edilmiş, yerlərdə keçirilən çoxsaylı səyyar qəbullar və gündəlik keçirilən görüşlər zamanı rayonda görülən işlər barədə onlara ətraflı məlumat verilmiş, irəli sürülən müraciətlərə operativ baxılması və həlli ilə bağlı müvafiq tədbirlər görülmüşdür.
Azərbaycan Respublikası Rrezidenti Administrasiyanın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun mərkəzi respublika qəzetlərində 2018-ci ilin fevral ayının 13-14-də dərc edilmiş “ Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar vətəndaş müraciətlərinin həlli üçün etibarlı zəmindir” başlığı ilə geniş məqaləsi dərc olunmuşdur. Məqalədə vətəndaş müraciətlərinə baxılması sahəsində qarşıda duran vəzifələr, mövcud nöqsanların aradan qaldırılması istiqamətləri müəyyənləşdirilməlidir. İcra Hakimiyyətinin başçısı RİH və yerli strukturların məsul əməkdaşları, müəssisə və təşkilatların rəhbərləri tərəfindən məqalədə qeyd olunan tövsiyələr və irəli gələn vəzifələrlə bağlı müvafi tapşırıqlar verdi.
Yığıncaqda “Əhalinin tibbi müayinəsi, “Ölkəmizi tanıyaq” tur aksiyası, Xocalı soyqırımının 26-cı ildönümü, 2018-ci ilin “Cumhuriyyət ili” elan olunması ilə bağlı tədbirlərlə bağlı yığıncaq iştirakçılarına məlumatlar verilərək müzakirələr aparıldı və gərüləcək işlərə dair aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.
Yığıncaqda Azərbaycan Slavyan Universitetinin rektoru Nurlana Əliyeva və digərləri çıxışlarında Möhtərəm Prezidentimiz İlham Əliyevin və Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqımızin rifahına yönəlmiş misilsiz səylərinə görə rayon ictimaiyyəti adından təşəkkürlərini bildirmiş və ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasəti dəstəklədiklərini, bundan sonra da irəli gələn vəzifələrin uğurla yerinə yetirilməsi üçün Nəsimi rayon İcra Hakimiyyəti, yerli strukturlar, müəssisə və təşkilatlar tərəfindən qüvvələrini əsirgəməyəcəklərini vurğulamışlar.