Şriftin ölçüsü :

Saytın rəngi :

“Qərənfil” körpələr evi-uşaq bağşasında Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı tədbir keçirilmişdir.

21 fevral 2018 | 16:00

 “Qərənfil” körpələr evi-uşaq bağşasının kollektivinin ifasında Xocalı soyqırımı ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirildilmişdir.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva  vurğuladı ki, son iki əsrdə erməni millətçi və ekstremist dairələri xarici havadarlarının köməyi ilə Azərbaycan torpaqları hesabına xəyali “böyük Ermənistan” ideyasını reallaşdırmaq məqsədilə Azərbaycana qarşı ardıcıl işğalçılıq siyasəti həyata keçirmiş, bu məkrli məqsədə çatmaq üçün zaman-zaman amansız terror aksiyaları və kütləvi qırğınlar, deportasiya və soyqırım kimi cinayətlər törətmişlər.

Xocalı soyqırımı nəticəsində 613 nəfər məhv edilmiş, 1000-dən artıq dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst olmuş, 1275 nəfər girov götürülmüşdür. Onlardan 150 nəfərinin taleyi bu gün də məlum deyildir. Bu hərbi-siyasi cinayət nəticəsində 8 ailə tamamilə məhv edilmişdir.Tarixdə bənzəri olmayan bu cür qəddarlıq və vəhşilik XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermişdir.

Ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün siyasi-hüquqi qiymətini almış, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür.

Xocalı soyqırımına beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilməmişdir. Şübhəsiz ki, güclü dövləti olan Azərbaycan tezliklə bu ədalətsizliyi dəf edib öz haqqına çatacaq, Xocalı şəhəri azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, köçkünlər ata-baba yurdlarına dönəcəkdir. 

Keçidlər