Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda sakinlərin səyyar qəbulu davam edir

21 fevral 2018 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 2018-ci il fevral ayının 21-də 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. Qəbul Asif Məhərrəmov küçəsi 68 ünvanda təşkil olunmuşdur. Qəbulda 100 nəfərə yaxın ətrafda yaşayan sakin iştirak etmişdir.

RİH Başçısı Asif Əsgərov sakinlərlə Nəsimi rayonunda aparılan abadlıq-quruculuq işləri, xüsusilə mikrorayonlar ərazisində görülən, həmçinin Mir Cəlal küçəsində yüksəkgərginlikli elektrik xətlərinin yeraltı xətlərlə əvəz edilməsi istiqamətində aparılan işlər barədə məlumatlar vermiş və sakinlərin müraciətlərini dinləmişdir. Sakinlərdən Mirzəyev Qulu, İsmayılova Fəranə, Səmədov Gülhüseyn, Şahmarov Məzahir, Pənahova Humay,  İbrahimov Famil və digərləri bir sıra məsələlərlə, o cümlədən, mənzil məsələsi, binanın fasadının təmir olunması, “İqtisadçı” MTK-nın binasının qazanxanasının qaz sərfiyyatının ödənişi ilə bağlı yaranan çətinliklər, qəzalı ağacların kəsilməsi və budanması,  asfalt örtüklərinin təmir olunması ilə bağlı RİH Başçısına müraciətlər etmişlər. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər