Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbulda sakinlərin müraciətlərini dinlədi

28 fevral 2018 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 2018-ci il fevral ayının 28-də 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. O, S.Rəhimov küçəsi 165 ünvanda Central Park otelin konfrans zalında sakinlərin müraciətlərini dinləmişdir. Sakinlərdən Qarayeva Leyli, Əhmədov Hüseyn, Həsənov Rövşən, Hacıyev Rafiq və digərləri bir sıra məsələlərlə ilə bağlı RİH Başçısına müraciətlər etmişlər. Sakinlərin müraciətləri mənzil növbəsi, bəzi küçələrdə qurumuş ağacların götürülməsi, yaşıllıqların suvarılması üçün istirahət bağına su xəttinin çəkilməsi, bayram ərəfəsində tonqallar yandırılarkən asfalt örtüklərinə ziyan dəyməsi, köhnə yaşayış məhəlləsinin pilot layihəyə salınması barədə olmuşdur. Şəhid ailəsi Məlahət Məmmədovanın mənzil növbəsində olmasını nəzərə alaraq mənzil ayrılmasının tezləşdirilməsi barədə müraciəti ilə bağlı öləmizdə imtiyazlı ailələrə göstərilən diqqət qayğı barədə, bu istiqamətdə Nəsimi rayonu üzrə görülən işlər barədə, mənzillərin növbəlilik əsasında ayrıldığı və bu istiqamətdə aidiyyəti təşkilatlar tərəfindən qanuna müvafiq addımların atıldığı barədə məlumatlar verilmişdir. Vətəndaş Rzayev Şahmar yaşadığı ərazidə geniş abadlıq işlərinin aparıldığını nəzərə alaraq binalarda sakinlərin istifadəsində olan eyvanların onların istəklərinə uyğun təmir olunması məsələsinə baxılması barədə müraciəti ilə bağlı bildirilmişdir ki, ölkə başçısının tapşırıqlarının icrasına yönəlmiş tədbirlər çərçivəsində paytaxtımızda, rayon ərazisində, o cümlədən mərkəz hissəsədə abadlıq quruculuq işləri, binaların, onların fasadlarının, xüsusilə eyvanların yenidənqurulması işləri aparılır. Bu işlər aparılarkən binaların memarlıq görünüşünə xələl gətirən layihədənkənar, qanunsuz, artırmalar, konstruksiyalar ləğv edilir, işlər müəyyən olunmuş layihələrlə həyata keçirilir. Məsələ ilə bağlı qəbulda iştirak edən “Bakı Abadlıq Xidməti” nin nümayəndəsinə söz verilmişdir.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmış və sonda qarşıdan gələn Novruz bayramı münasibətilə RİH Başçısı onları təbrik etmişdir.

Keçidlər