Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı 1-ci mikrorayonda səyyar qəbul keçirdi
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov təsdiq olunmuş qrafikə uyğun olaraq 2018-ci il mart ayının 6-da 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. O, A.Məhərrəmov küçəsi 27 ünvanında sakinlərin müraciətlərini dinləmişdir. Sakinlərdən Quliyev Bakir, Dünyamalıyev Rasim, Səlimov Faiq, Mahmudov İbrahim, və digərləri bir sıra məsələlərlə ilə bağlı RİH Başçısına müraciətlər etmişlər. Sakinlərin müraciətləri mənzil şəraitinin yaxşılaşdırılması, fasiləsiz su rejiminin olmasına baxmayaraq binaların damlarında su çənlərinin qalmasına ehtiyacın olmaması, bəzi küçələrdə qurumuş ağacların götürülməsi, yaşıllıqların suvarılması üçün su xəttinin çəkilməsi, istilik təchizatının yaxşılaşdırılması, həyətdə oturacaqların qurulması barədə olmuşdur. Qarabağ müharibəsi əlili Rəşid Cəbiyev mənzil növbəsinə alınması və 20 Yanvar əlili Gülxas Rzaxanov mənzil növbəsində olmasını nəzərə alaraq mənzil ayrılmasının tezləşdirilməsi barədə müraciətlər etmişlər. Vətəndaş Haşımova Zərəfşan yeni tikilən çoxmərtəbəli yaşayış binalarının həyətlərində məşiət tullantıları üçün meydançaların qurulmasının vacibliyini bildirdi. Vətandaş Zeynəb Əliyevanın 1-ci mikrorayon ərazisində aparılacaq söküntü işləri barədə müraciəti ilə bağlı Nazirlər Kabiunetinin müvafiq qərarına uyğun olaraq "Pilot layihə" kimi, Bakı şəhərinin 1-ci mikrorayonunda mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, mövcud şəhərsalma normalarına cavab verməyən, "Xruşşovka" kimi tanınan yaşayış binalarının və həmin mikrorayonun ərazisindəki digər yaşayış və qeyri-yaşayış təyinatlı tikililərin sökülərək yerində yeni binaların tikilməsi, sosial infrastrukturları salınmasının nəzərdə tutulduğu və bu istiqamətində müvafiq hazırlıq işlərinin aparıldığı bildirilmişdir.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, rayon kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmış və sonda qarşıdan gələn bayram münasibətilə RİH Başçısı onları təbrik etmişdir.