Şriftin ölçüsü :

Saytın rəngi :

Qoşqar Əhmədovun xatirəsi yad edildi

13 mart 2013 | 16:00

   Bu gün Nəsimi rayonu Mehdi Hüseynzadə adına 19№li tam orta məktəbdə  fizika-riyaziyyat elmləri doktoru akademik Qoşqar Əhmədovun xatirəsinə həsr olunmuş riyaziyyat gecəsi keçirilmişdir. Gecədə 200 nəfər şagird, müəllim, valideyn, jurnalistlər iştirak etmişdir. Tədbirdə çıxış edənlər riyaziyyat elminə əvəzsiz töhfələr verən alimin sadə insani keyfiyyətlərindən danışmış, onun öz tələbələrinə daim yaradıcılıq keyfiyyətləri  aşılaması barədə məlumat vermişlər.
Bildirilib ki, Qoşqar Əhmədovun hazırladığı kadrların fəaliyyət coğrafiyası çox genişdir. Hazırda onun tələbələri  Azərbaycanla yanaşı MDB, eləcə də dünyanın bir sıra başqa ölkələrində çalışırlar.
   Qeyd edək ki, Qoşqar Əhmədov 1941-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika-riyaziyyat fakültəsini, 1942-ci ildə Dzerjinski adına Hərbi Akademiyanı bitirmiş və 1946-cı ilədək Bakı Qarnizonu komandanının müavini işləyib. Sonra o, Bakı Dövlət Universitetində elmi yaradıcılıqla məşğul olub.
O, müasir riyaziyyatda optimal proseslərin riyazi nəzəriyyəsi istiqaməti üzrə elmi işlər apararaq uğurlu nəticələr qazanıb.

Keçidlər