Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı münasibətilə Nəsimi rayonunda bayram satış yarmarkası təşkil edilib.

10 mart 2018 | 16:00

17 fevral 2018-ci il tarixindən 25 mart 2018-ci il tarixinədək Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərdanov Qardaşları küçəsi 59 ünvanda keçirilən yarmarka Novruz bayramı ərəfəsində əhalinin ərzaq malları və kənd təsərrüfatı məhsullarına olan tələbatının daha dolğun ödənilməsini təmin etmək, həmçinin süni qiymət artımının qarşısını almaq məqsədi daşıyır. Yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılıb, məhsulların keyfiyyəti, sanitariya-gigiyena nəzarətindən keçirilməsi təmin olunub. Respublikamızın müxtəlif rayonlarından gətirilmiş ət və süd məhsulları, ev quşları, yumurta, meyvə-tərəvəz, göyərti və bayram çərəzləri bazar qiymətindən orta hesabla 30-40 faiz ucuz satılıb. Sakinlər yarmarkanın keçirilməsini rəğbətlə qarşılayıb, məhsulların keyfiyyətindən və qiymətindən razılıq ediblər.

Keçidlər