Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon məktəbliləri “Ölkəmizi tanıyaq” layihəsi üzrə Naxçıvan Muxtar Respublikasına səfərə hazırlaşırlar

13 mart 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Nəsimi rayonundan olan məktəblilərlə görüş  keçirilmişdir.

Əsas məqsədi gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsi olan və əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər strategiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən  2014-cü ilin noyabr ayında Nəsimi rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan 80 nəfər məktəbli şagirdin 2 mərhələdə   Quba, Qusar və Xaçmaz rayonlarına, 17-20 mart  və 24-27 mart 2016-cı il  tarixlərdə  28 nəfər məktəblinin   Naxçıvan Muxtar Respublikasına, 12-15 noyabr 2016-cı il tarixlərdə isə 40 nəfər məktəblinin  Lənkəran - Masallı – Astara rayonlarına ,  16-19 mart 2017-ci il  tarixlərdə  27 nəfər məktəblinin   Naxçıvan Muxtar Respublikasına, 11-14 noyabr 2017-ci il tarixlərdə isə 40 nəfər məktəblinin  Lənkəran - Masallı – Astara rayonlarına “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyaları təşkil olunmuşdur.

İlk əvvəl qrupun təşkili məsələləri həll olunmuş, rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçilmiş,  Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən qrupa rəhbər təyin olunmuşdur. Şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınmış, turun marşrutu, tədbir iştirakçılarının qalacağı otel və s. müəyyən edilmiş, qrup nəqliyyat vasitəsi ilə təmin olunmuşdur. Təsdiq olunmuş proqrama əsasən  Nəsimi rayon  yeniyetmələri  Naxçıvan  Muxtar  Respublikasının görməli yerlərində olacaq, Heydər Əliyev Mərkəzində, tarixi abidələr, tarix-diyarşünaslıq muzeyləri  ilə yaxından tanış olacaqlar. Tur zamanı həmçinin şagirdlərin asudə vaxtlarının səmərəli təşkili də nəzərə alınmışdır. Aksiya qədim tariximizin, bölgələrdə olan maddi-mədəniyyət abidələrimizin, adət-ənənələrimizin öyrənilməsi baxımından məktəblilərin yaddaşında əvəzsiz iz buraxacaqdır. İştirakçıların bir çoxu ölkəmizin bu bölgəsində ilk dəfə səfər edəcək və onlar evlərinə  çox böyük təəssüratlarla qayıdacaqlar.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərovməktəblilərə  turun məqsədi barədə məlumat vermiş, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulamışdır. Bildirmişdir ki, doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur aksiyaların əhəmiyyəti çox böyükdür.Qeyd olunmuşdur ki, cari ilin yay aylarında da  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  yeniyetmələr üçün respublikamızın dilbər güşələrində hərbi vətənpərvərlik təmayüllü  yay istirahət düşərgələrinin təşkil olunması nəzərdə tutulmuşdur.

Tədbirdə çıxış edən- 240 saylı məktəbin direktoru Esmira Məmmədova, valideynlər Zəfər  Hüseynov və  Maarif Abbasov ölkə başçısı cənab İlham Əliyevə dərin minnətarlıqlarını bildirmişlər.

Tədbirdə  Nəsimi rayon məktəbliləri və tur aksiya iştirakçıları tərəfindən sözləri şair Zahid Əzizə, musiqisi isə gənc bəstəkar Elvin Muxtara məxsus olan “Ölkəmizi tanıyaq” himni böyük coşqu ilə  ifa edildi. Daha sonra tədbir  2 və 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzlərinin kollektivlərinin rəngarəng milli rəqsləri ilə  başa çatmışdır.

Keçidlər