Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbulda sakinlərin müraciətlərini dinlədi

13 mart 2018 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı 2018-ci il mart ayının 13-də  2-ci mikrorayon, H.Seyidzadə küçəsi 37 ünvanda səyyar qəbul keçirmişdir. Qəbulda 200 nəfərdən çox yaxın ətrafda yaşayan sakinlər iştirak etmişlər. Sakinlərə ölkə başçısının səyləri nəticəsində əhalinin rifahının daha da artırılması, aparılan geniş abadlıq-quruculuq işləri, həmçinin Nəsimi rayonunda görülən işlər barədə məlumatlar verilmişdir. Sakinlərin müraciətləri dinlənilmişdir. Sakinlərdən Abdullayev Azər, Əsədova Solmaz, Kərimova Nazilə, Nəcəfov Mehdi, İsmayılov Əlibaba, Məmmədova Urqiyyyə və digərləri bir sıra məsələlərlə, o cümlədən, dam örtüyünün təmir olunması, binanın zirzəmisinə su yığılması, həyətin işıqlandırılması, istilik təchizatının yaxşılaşdırılması, mənzil növbəsi  ilə bağlı RİH Başçısına müraciətlər etmişlər. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində Nəsimi rayonu ərazisində aparılan abadlıq-quruculuq işləri, onları maraqlandıran digər məsələlərlə bağlı sakinlərlə söhbət aparılmışdır.

Keçidlər