Nəsimi rayonunda Novruz Bayramı münasibəti ilə silsilə tədbirlər keçirilir.
Nəsimi rayonunda fəaliyyət göstərən Müasir İnnovasiyalar Liseyində Novruz bayramı münasibətilə tədbir keçirildi.Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov, Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının I müavini Gülarə Verdiyeva, Odlar Yurdu Universitetinin rektoru prof. Əhməd Vəliyev və liseyin direktoru Sevinc Əliyeva, şagird, müəllim və valideynlər, xarici şagirdlər və onların valideynləri iştirak etdi.
Tədbirdə Hər bir bölgə özünəməxsus novruz adət-ənənələri, novruz atributları vasitəsilə əks olunmuşdu. Şagirdlərin rəqsləri və kiçik səhnəciklər tədbiri daha da rəngarəng etdi.
Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bildirdi ki, Novruz bayramı xalqımızın bu günə qədər yaşatdığı, qoruyub gələcək nəsillərə ötürdüyü,insanların gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirən bir bayramdır. İcra Başçısı sonda uşaqlara xoş arzularını çatdırdı.
Tədbirin digər qonağı Əhməd Vəliyev Novruz bayramının xalqımızın əziz bayramlarından biri olduğunu və novruz adət-ənənələrini qoruyub saxlamağın bizim mənəvi borcumuz olduğunu qeyd etdi. O, şagirdlərə təşkil etdikləri səhnəcik və rəqslərə görə təşəkkürünü bildirdi.
Liseyin xarici şagirdlərinin Azərbaycanın milli mənəvi dəyərlərindən nümunələr nümayiş etdiməsi xoş təəssürat yaratdı. Bayram tədbiri kosa,keçəl və uşaqların şən rəqsləri ilə davam etdi.Sonda tədbir bütün müəllim kollektivi və şagirdlərin birlikdə əl-ələ verib çox əsrlik tarixə malik olan xalq rəqsimiz yallı ilə tamamlandı.