Nəsimi rayon məktəbliləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasında
Nəsimi rayonunun IX-XI sinif şagirdləri və onları müşayət edən şəxslər martın 15-də Naxçıvan şəhərində olmuşlar.
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları səyahətlərinə Heydər Əliyevin abidəsini ziyarət, Heydər Əliyev Muzeyi, Naxçıvan Dövlət Xalça Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Kompleksi ilə tanışlıqla başlamışlar.
Səfərin ikinci günü məktəblilər Culfa rayonu ərazisində yerləşən “Əlincə qala” Abidə Kompleksi ilə tanış olmuşlar. Sonra Ordubad şəhərinə ekskursiya edərək Ordubad rayon Tarix Diyarşünaslıq Muzeyi, M.S.Ordubadinin və Y.Məmmədəliyevin ev muzeyi ilə tanış olmuşlar. Ordubad Came məscidi, Yeraltı məbəd və Buzxana Tarix-Memarlıq abidələri ilə tanışlıq məktəblilərdə xöş təsürrat yaratmışdır.
Nəsimi rayon məktəblilərinin “Ölkəmizi tanıyaq” maarifləndirici tur aksiyası çərçivəsində Naxçıvan Muxtar Respublikasına səyahətləri 18 martadək davam edəcəkdir.