Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda 2 aprel döyüşlərinin şəhidləri ehtiramla yad edildi

02 aprel 2018 | 16:00

 

Aprel ayının 2-də Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyi Nəsimi rayon şöbəsi  2016-cı ilin Aprel döyüşlərinin növbəti  ildönümü münasibəti ilə tədbir keçirib. Tədbirdə Müdafiə Nazirliyinin və Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanan  “Azərbaycan əsgəri” mahnısı və klipi tədbir iştirakçılarına  təqdim olundu. 

Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin rayon şöbəsinin sədri Azər Quliyev  Vətən ovladlarının torpaqlarımızın  müdafiəsi uğrunda göstərdikləri qəhrəmanlıq və şücaətlərindən danışdı.

 Bildirdi ki, 2016-cı ilin Aprel döyüşlərinin baş verdiyi hər bir gün hamımız üçün böyük bir sınaq günləri oldu. Həmin günlər Milli Ordumuzun əsgərləri  doğma Vətən torpaqlarının hər bir qarışının bizlər üçün nə qədər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut etdilər. Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva tədbirdə çıxış edərək bildirdi  ki, aprel döyüşlərində qazanılan qələbədə gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsi ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətinin tərkib hissəsidir. Qeyd edildi ki, aprel döyüşləri rayonun orta və ali məktəblərində, xüsusilə tarix və ədəbiyyat dərslərində bu hadisədən geniş bəhs edirlər. Həmçinin diqqətə çatırıldı ki, rayonun bütün təhsil ocaqlarında “Qələbəyə gedən yol” adlı hərbi vətənpərvərlik tədbirləri keçirilir. Şəhid anası Lətifə Novruzova, Aprel döyüşlərinin iştirakçısı kapitan Ramal İbrahimov və digər  çıxış edənlər də yeniyetmələrdə qəhrəmanlıq hisslərinin gücləndirilməsinin vacibliyindən danışdılar.

Keçidlər