Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının təşkil etdiyi “Mənim Prezidentim” adlı möhtəşəm konsert
11 Aprel - Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin böyük səs çoxluğu ilə qazandığı qələbə Nəsimi rayonunda da yüksək bayram əhval-ruhiyyəsi ilə qarşılandı. Səsvermənin ilkin nəticələri açıqlanan kimi, rayon fəalları, sakinlər Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının təşkil etdiyi “Mənim Prezidentim” adlı möhtəşəm konsertə toplanmağa başladılar. Bayram tədbirində bildirildi ki, yüksək seçici fəallığı ilə başa çatan prezident seçkiləri Xalq-İlham Əliyev birliyinin qələbəsi ilə nəticələndi. İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 15 il ərzində Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu, xalqın sosial rifah halının daha da yaxşılaşması vurğulandı. İndi Azərbaycan vətəndaşları bu uğurların davamlı olacağına bir daha əmin oldular. Tədbirdə Respublikanın tanınmış incəsənət ustalarının rəngarəng çıxışlarından sonra atəşfəşanlıq oldu.