11 Aprel Prezident Seçkiləri Nəsimi rayonunda seçicilərin yüksək fəallığı ilə keçmişdir.
Nəsimi rayonunda Azərbaycan Respublikasının Prezident Seçkilərinə hazırlıqlar seçkilərin demokratik, şəffaf və seçkilərin keçirilməsi üçün lazımi şəraitin yaradılması ilə səciyyələnir. Rayonu əhatə edən 21 saylı Nəsimi birinci, 22 saylı Nəsimi ikinci və 23 saylı Nəsimi-Səbail Seçki Dairələrində bu siyasi kompaniyanın bütün mərhələləri ilk gündən başlayaraq qanunuvericiliyə və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi Təqvim Planına uyğun həyata keçirilib. Seçicilər rayon üzrə ümumilikdə 78 seçki məntəqəsində səs vermişlər .
Səsvermə prosesinin başladığı ilk dəqiqələrdən bütün seçki məntəqələrində xüsusi canlanma müşahidə olunurdu.
Rayon sakinləri seçkilərdə mütəşəkkil iştirak etmiş, seçkilər rayonda yüksək seçici fəallığı şəraitində keçmişdir.
.