Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2018-ci ilin I rübünün yekunları üzrə rayonun sosial-iqtisadi inkişafının yekunları barədə

14 aprel 2018 | 16:00

Aprel ayının 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Ölkə başçısı qeyd etmişdir ki, bu ilin birinci rübündə ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. VI Bakı Qlobal Forumunda  50-dən çox ölkədən 47 fəaliyyətdə olan və sabiq dövlət və hökumət başçısı iştirak etmişdir.   Birinci rübdə ölkəmizə 7 dövlət və hökumət başçısı səfər etmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyi dəyişməzdir,  heç bir dövlət qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımır və tanımayacaq.

Ordu quruculuğu bu gün də bizim üçün prioritet məsələdir, sabah da prioritet məsələ olacaq.  Bu il Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirmişdir.

2018-ci il uğurlu və sürətli inkişaf ili olacaqdır. Birinci rübdə Azərbaycan iqtisadiyyatı 2,3 faiz artmışdır. Qeyri-neft sektorumuz isə təxminən 3 faiz artmışdır. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə təxminən 10 faiz artmışdır. Bu, rekord göstərici sayıla bilər.  

Kənd təsərrüfatı 4,2 faiz artıb. Bu artımın tərkibində daha çox bitkiçiliyin artımını görürük, 50 faizdən çox artmışdır.

Ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulubdur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir.

Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artmışdır və hazırda 44,2 milyard dollara bərabərdir. bu vəsaitin tərkibində keçən il imzalanmış “Azəri-Çıraq-Günəşli” yatağının istismar müddətinin uzadılması ilə bağlı kontraktdan irəli gələn 450 milyon dollar bonus da vardır. Bizim xarici ticarət dövriyyəmiz 31 faiz artmışdır. Ümumi ixrac 24 faiz, qeyri-neft ixracı 37 faiz artmışdır. Bu da bizim siyasətimizin bariz nümunəsidir.

Birinci rübdə 34 min yeni iş yeri yaradılmışdır ki, onlardan 31 mini daimi iş yeridir. 2004-cü ildən bu günə qədər Azərbaycanda təxminən 1 milyon 500 min yeni daimi iş yeri yaradılmışdır.

İnflyasiya birinci rübdə cəmi 4 faiz olmuşdur. Əhalinin gəlirləri təxminən 10 faiz artmışdır, Sosial məsələlərin həllinə gəldikdə, qeyd etməliyəm ki, birinci rübdə maaşlar və pensiyalar artırıldı.

Sosial infrastrukturun yaradılmasına, birinci rübdə Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapır. Yeni xəstəxanalar, məktəblər tikilir.  Yeni idman obyektləri, yeni “ASAN xidmət” mərkəzləri tikilir. Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə sosial evlərin tikintisində irəliləyiş var. Təkcə Bakı şəhərində təqribən 150-yə yaxın hündürmərtəbəli binanın tikintisi nəzərdə tutulur. Bu il ancaq dövlət sektorunda təqribən 50 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Birinci rübdə bütün infrastruktur layihələri uğurla icra edilib. Əlbəttə ki, biz Cənub Qaz Dəhlizinin yaradılması ilə bağlı çox önəmli addımlar atmışıq.

Möhtərəm Prezident qeyd etmişdir ki, ölkəmiz dünyada daha çox tanınır və turistlərin sayı getdikcə artır, birinci rübdə 12,5 faiz artmışdır. Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi, tarixi abidələrimiz, infrastruktur, 6 beynəlxalq aeroport, yollar, otellər. Əlbəttə ki, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər Azərbaycanı dünyaya təqdim edir. Onların arasında Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, “Eurovision” müsabiqəsi və Formula 1 yarışları xüsusi rol oynayır.

Biznes mühitinin yaxşılaşdırılması  istiqamətində son illər ərzində yaxşı nəticələr var və Dünya Bankı tərəfindən təqdim olunan “Doing Business” hesabatında Azərbaycan ardıcıl şəkildə öz mövqelərini gücləndirir, daha da yüksək pilləyə qalxır. Davos İqtisadi Forumunun hesablamalarında rəqabətqabiliyyətliliyə görə 35-ci yerə yüksəlməyimiz tarixi nailiyyətdir. Biz bu gün dünyanın 35 ən rəqabətqabiliyyətli ölkəsindən biriyik və haqlı olaraq bununla fəxr edirik. Bu il sahibkarlara dövlət tərəfindən güzəştli şərtlərlə 170 milyon manat vəsait ayrılır.

Yol infrastrukturu, digər infrastruktur, elektrik enerjisi, içməli su, qaz xətləri - görülən bütün bu işlər vətəndaşlara və eyni zamanda, sahibkarlara xidmət göstərir.

Bizim bir neçə sənaye zonamız artıq fəaliyyətə başlayıb.   Sumqayıt Kimya Sənaye Parkı, Neftçala, Mingəçevir sənaye zonaları artıq fəaliyyətdədir.  Keçən ilin sonunda Sumqayıtda 4 müəssisə açılıb, 3 müəssisənin təməli qoyulub.

Möhtərəm Prezident vurğulamışdır ki, bu il bizim sənaye inkişafımızı böyük dərəcədə gücləndirəcək   2 nəhəng zavod işə düşəcəkdir –  “SOCAR Polymer” və  Azot gübrələri zavodları. Bu zavodların tikintisinə, ümumiyyətlə, 2 milyard dollara yaxın vəsait qoyulub. Hazırda Sumqayıt Kimya Sənaye Parkında 17 rezident var. Ümumiyyətlə, oraya qoyulacaq investisiyaların həcmi 2,8 milyard dollardır.

Bu il sənayemizin inkişafının təzahürü olan Neftçala Sənaye Məhəlləsində biz bu yaxınlarda avtomobil zavodunun açılışını qeyd etmişik. Neftçala Sənaye Məhəlləsinin açılışı keçən il mənim iştirakımla qeyd edildi və bu il 10 min avtomobil istehsal edən zavodun açılışı olmuşdur. Bu zavodda 300-dən çox insan işlə təmin ediləcək, həm daxili bazar, həm də xarici bazar üçün rəqabətqabiliyyətli avtomobillər istehsal olunacaq. Əlbəttə ki, dövlət qurumları, - mən bunu əvvəlki çıxışlarda da demişəm, - yerli avtomobillərə üstünlük verməlidirlər. Dövlət qurumları bu məsələyə çox ciddi nəzarət etməlidirlər.

Bu il  Gəncə avtomobil zavodunda onmininci traktor istehsal edilibdir. Bu da bizim müştərək əməkdaşlığımızın təzahürüdür. Biz indi fermerləri “Gəncə-Belarus” traktoru ilə təmin edirik.

Kənd təsərrüfatında artım 4,2 faizdir Ərzaq təhlükəsizliyi məsələlərinə daha böyük diqqət yetirməliyik, xüsusilə taxılçılığa və heyvandarlığa.

Yaradılmaqda olan 45 aqropark bizim ixrac potensialımızı böyük dərəcədə artıracaq. Bu aqroparkların 28-i bitkiçilik, 17-si isə heyvandarlıq kompleksidir.

Qeyd olunmuşdur ki, turizmin inkişafı Azərbaycanda sürətlə gedir. İndi Azərbaycana gələnlərin sayı artır. Biz beynəlxalq tədbirlər keçiririk. Təkcə Forumla 1 yarışlarının Bakı şəhərinin küçələrində keçirilməsi görün, turist axınına nə qədər təkan verdi. Təhlükəsizlik, sabitlik, qonaqpərvərlik, gözəl iqlim, tarixi abidələrimiz, infrastruktur, 6-sı beynəlxalq olmaqla 7 aeroport, gözəl avtomobil yollarımız və viza rejiminin sadələşdirilməsi - indi 90-dan çox ölkənin vətəndaşları vizanı aeroportlarda alırlar. Turizmlə bağlı bizim əlavə addımlarımız dəmir yolu ilə bağlıdır.

Biz bu il Qəbələ şəhərinə dəmir yolu çəkməyə başlayırıq. Bu, o bölgəyə turist axınını təmin edəcək. Bu il Qusar rayonuna dəmir yolunun çəkilməsi ilə bağlı tədqiqatlar, sənədləşmə işləri, texniki-iqtisadi əsaslandırma aparılır.  Bu il 3 “ASAN xidmət” mərkəzi açılır.

Ailə Biznesinə Asan Dəstək (ABAD) mərkəzləri yaradılır. Bunun da həm sahibkarlığın, həm də biznesin inkişafı üçün böyük əhəmiyyəti var. ABAD mərkəzlərində rəqabətqabiliyyətli məhsullar yaradılır. Mən dövlət şirkətlərinə göstəriş vermişdim və özəl şirkətlərə tövsiyə etmişdim ki, bu sahəyə diqqət göstərsinlər. Bu proses artıq başlamışdır. Bu il 5-6 min insan özünüməşğulluq proqramı ilə əhatə ediləcək.

Bu il infrastruktur layihələri ilə bağlı bizim planlarımız çox böyükdür.

Demək olar ki, bütün şəhərlərdə bu işlər ya icra edilib, ya da ki, icradadır. Hesab edirəm ki, bu da tarixi nailiyyətdir. Çünki indi Bakı şəhərinin 80 faizdən çoxu 24 saat içməli su ilə təmin edilir. Əlbəttə ki, bu rəqəm 100 faiz olmalıdır. Bu il meliorativ tədbirlər nəzərdə tutulur.

Üç yüzdən çox subartezian quyusu qazılmalıdır. Bu il ən azı 100 min hektar suvarılmayan torpaqlara suyun verilməsi təmin edilməlidir. Bu il 2 min kilometr uzunluğunda yeni yollar salınacaq, həm magistral, həm şəhərlərarası, həm də kənd yolları.  Onlardan biri Sumqayıt-Rusiya sərhədi yoludur.  Altı yüzdən çox kənd yolu salınacaq.

Beləliklə, 2004-cü ildən başlayaraq bu ilin sonuna qədər salınacaq yolların ümumi uzunluğu 15 min kilometrə çatacaq.

Olimpiya Stadionu ilə üzbəüz yeni tunel tikilir. Böyükşor gölü üzərindən yeni genişzolaqlı yol tikilir.

 Bakıda dairəvi dəmir yolu tikiləcək. Bu məqsədlər üçün bu ilin investisiya proqramında 100 milyon manat vəsait nəzərdə tutulmuşdur.

Ölkə başçısı qeyd etmişdir ki,  metro tikintisi müəyyən fasilədən sonra indi bərpa edildi.   Nəqliyyat sektoru ilə bağlı qeyd etməliyəm ki, bu il biz Ələt Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin açılışını qeyd edəcəyik. İndi Ələt limanı fəaliyyət göstərir. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi məhz Ələt limanında olmuşdur. Ancaq yaxın gələcəkdə birinci faza tam başa çatacaq. Xəzər dənizinin 15 milyon ton yükaşırma qabiliyyəti olan ən böyük ticarət limanı Azərbaycanda – Ələtdə tikilir. Biz Azərbaycanı nəqliyyat qovşağına çeviririk. Açıq dənizlərə çıxışı olmayan ölkə Avrasiyanın nəqliyyat mərkəzlərinin birinə çevrilir. Bakı-Tbilisi-Qars artıq reallıqdır. Əminəm ki, hər il bu yolla daşınan yüklərin həcmi kəskin artacaq. Şimal-Cənub nəqliyyat dəhlizini də biz qonşu ölkələrlə birlikdə reallığa çeviririk. Biz indi Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə ciddi məşğuluq. Sosial infrastrukturla bağlı bu il bir neçə şəhərdə, - daha dəqiq desəm, - Qazax, Qobustan, Şəmkir, Quba, Naftalan, Goranboy şəhərlərində yeni mərkəzi rayon xəstəxanalarının açılışı nəzərdə tutulur. Füzuli və Qəbələ şəhərlərində xəstəxanaların tikintisi davam etdiriləcək. Bu il bölgələrdə 137 modul tipli məktəb tikiləcək. Bu məktəblərin tikintisi demək olar ki, bölgələrdə qəzalı vəziyyətdə olan məktəblərin problemini həll etmiş olacaq. Bakı şəhərində isə yay aylarında ondan çox məktəb əsaslı təmir ediləcək. Hazırda Azərbaycanda dörd Olimpiya İdman Mərkəzi tikilir. Onlardan ikisi bu il istifadəyə verilməlidir. Məcburi köçkünlər üçün bu il yeni evlər istifadəyə veriləcəkdir. Ən azı 4 min ailə - 20 min köçkün yeni evlərlə, mənzillərlə təmin ediləcək. Keçən il 2300 ailə - yəni, 12 min köçkün evlərlə təmin edilib. Beləliklə, ilin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş köçkünlərin sayı təxminən 285-290 minə çatacaq.

Cənub Qaz Dəhlizi uğurla icra edilir.

Gələn ay biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd edəcəyik.

Ölkə başçısı qeyd etmişdir ki, verilən bütün vədlər yerinə yetirilir.  son 15 il ərzində bir dənə də yerinə yetirilməyən vəd olmamışdır. Bu gün Azərbaycanın reallıqları onu göstərir ki, biz düzgün yoldayıq.

Respublikamızda əldə olunan uğurlar hər bir bölgədə olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunun sosial-iqtisadi  həyatında da öz əksini tapmışdır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında irimiqyaslı layihələr həyata keçirilmiş, nəhəng quruculuq işləri aparılmışdır.

 

                               

     

        2018-ci  ilin yanvar –mart aylarında   rayonun sosial, iqtisadi inkişafının

makroiqtisadi göstəriciləri

 

 

         Rayonun iqtisadi  və  sosial  həyatında  baş verən dəyişiklikləri əyani surətdə əks etdirən makroiqtisadi göstəricilər 2018-ci ilin yanvar-mart ayları ərzində əvvəlki ilin müvafiq dövrünün göstəricilərni xeyli üstələmişdir.     

         Sənaye. Ev təsərrüfatlarında  sənaye  məhsulu  istehsalı  ilə  məşğul  olanların,  habelə  hüquqi  şəxs  yaratmadan  fiziki  şəxs  kimi   fəaliyyət  göstərənlərin  işi  də  nəzərə  alınmaqla 5.0 % çox sənaye  məhsulu  istehsal  edilmişdir. 

         Nəqliyyat. 2018-ci ilin  yanvar-mart aylarında  nəqliyyat  sektorunda fəaliyyət göstərən müəssisələr  tərəfindən    ümumilikdə 90135.0 min manatlıq xidmətlər    göstərilmişdir .

         İnformasiya və rabitə. 2018-ci ilin  yanvar-mart aylarında  rabitə  müəssisələri  tərəfindən müəssisə  və  təşkilatlara,  əhaliyə  faktiki  qiymətlərlə 2.7 faiz  çox  rabitə  xidməti  göstərilmişdir.

         Tikinti. 2018-ci ilin  yanvar-mart aylarında  rayonun tikinti  kompleksində  iqtisadi  və  sosial  sahələrin  inkişafı  üçün  bütün  maliyyə  mənbələri  hesabına 102.8 faiz investisiyadan  istifadə  edilmişdir,   bu  da  keçən  ilin  müvafiq  dövrünə nisbətən təşkil etmişdir. 

  Ticarət. 2018-ci ilin yanvar-mart aylarında rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə  37.0  faiz çox  istehlak malları satılmışdır.

Əmtəə dövriyyəsinin 99.9 faizi özəl sektorun müəssisələrinin payına düşmüşdur.

        Xidmət. Həmin dövr ərzində xidmət müəssisələri tərəfindən əhaliyə 33.4 çox   ödənişli  xidmət göstərilmişdir.

        Əmək haqqı. Rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin  orta  aylıq  əmək  haqqı  2018-ci  ilin  yanvar-fevral ayları ilə  müqayisədə 9.2 artmışdır.

 

 

S  ə n a y e   

 

         2018-ci ilin  yanvar-mart aylarında  rayonun  sənayesində  5 faiz çox sənaye məhsulu   istehsal  edilmiş  və  xidmətlər  göstərilmişdir. Sənaye  istehsalının  17.0 faizi  məhsul  istehsalının,  83.0 faizi  isə  sənaye  xarakterli  xidmətlərin  payına  düşmüşdür.          

           

                       İ n f o r m a s i y a    və     r a b i t ə

 

İnformasiya və  rabitə müəssisələri  tərəfindən  hüquqi və fiziki şəxslərə faktiki qiymətlərlə   2.7 faiz  çox rabitə xidməti göstərilmişdir.

Xidmətlərin 95.0  faizi  qeyri-dövlət  rabitə  müəssisələri  tərəfindən  gösdərilmişdir.

N ə q l i y y a t

            2018-ci ilin yanvar - mart  aylarında nəqliyyat  sektorunda  fəaliyyət göstərən  müəssisələr tərəfindən 7.4  faiz  çox   xidmətlər  göstərilmişdir. 

       

                                                           Tikinti

         2018-ci ilin  yanvar-mart aylarında rayonun  iqtisadi  və  sosial  sahələrinin  inkişafı  üçün   bütün  maliyyə  mənbələrindən  əsas  kapitala investisiya  2.8 faiz çox yönəldilmişdir.

 

2018-ci ilin yanvar-mart aylarında rayon üzrə əsas kapitala yönəldilmiş investisiyaların mülkiyyət  formalarına görə bölgüsü   

 

    Rayon  üzrə  tikinti  müəssisələri  tərəfindən  yerinə  yetirilmiş  tikinti   işlərinin  strukturu   aşağıdakı  kimi  xarakterizə  olunur:

 

Məhsul bazarı

2018-ci ilin yanvar-mart aylarında rayonun pərakəndə ticarət dövriyyəsi 2017-cı ilin müvafiq dövrünə nisbətən 37.0 faiz artmışdır.

 

2018-ci ilin yanvar-mart aylarında

pərakəndə ticarət dövriyyəsinin strukturu

                                                  

İctimai iaşə xidmətləri

         2018-ci ilin birinci rübündə 34.4 faiz çox iaşə  xidmətləri göstərilmiş, dövriyyəsinin 100.0 faizi qeyri-dövlət müəssisələrin hesabına formalaşmışdır.

 

Əhaliyə göstərilən ödənişli xidmətlər  

    2018-cı ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33.4  artmışdır.

 

2018-ci ilin I rübündə yeni  açılmış iş yerləri

        

               2018-cı ilin I rübündə 1060 yeni  iş yerləri açılmışdır. Onlardan hamısı daimi yerlərdir.

 

                                                                          

 

 

Demoqrafik vəziyyət

 

         2018-cı  ilin  aprelin  01-i  vəziyyətinə  rayonun əhalisi    220.4 min  nəfər  olmuşdur.  Ərazisi   10.0  kv. km,  əhalinin  sıxlığı  1  kv km-ə  22040   nəfərdir.

 

                      2018-ci  və  2017-cı  ilin  yanvar-mart  aylarında

                                              əhalinin  təbii    hərəkəti           

                 

         2018-ci ilin yanvar-mart  aylarında pasport  xidmətləri  tərəfindən  daimi  yaşamaq  üçün 66 nəfər   rayona   gələn,  gedən isə qeydə  alınmamışdır .

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 Yanvar 2016-cı il tarixdə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yerli icra strukturlarına verdiyi tapşırıqların icrası ilə bağlı 2018-ci ilin birinci 3 ayı ərzində ardıcıl tədbirlər davam etdirilmişdir.

Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə iqtisadi durumun yaxşılaşdırılması, dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədi ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yerli infrastruktur layihələrin icra olunması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı verilmiş tapşırıqların icrasının təmin edilməsi istiqamətində işlər davam etdirilmiş, təkliflər hazırlanmış, yeni iş yerlərinin yaradılması və sərmayələrin cəlb edilməsi ilə bağlı zəruri tədbirlər həyata keçirilmişdir.

Nəsimi rayonunda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mövcud şəhərsalma normalarına cavab verməyən, şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış binalarının, sosial və digər qeyri-yaşayış obyektlərinin sökülərək yenidənqurulması, yeni yaşayış binalarının inşa edilməsi, əlavə iş yerlərinin açılması məqsədi ilə imzalanmış Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarının icra olunması istiqamətində keçən dövr ərzində rayon İcra Hakimiyyəti tərəfindən ardıcıl işlər görülmüşdür.

Tikiləcək binaların ərazidə yerləşdirilməsinin ərazi planlaşdırılmasının sənədlərinin uyğunluğunun və hazırlanan layihələrin memarlıq hissələrinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması üçün hazırlıq işləri aparılmışdır.  İl ərzində 70-dən çox təklifə baxılmış, 32 ünvanla bağlı layihə sənədləşmələri hazırlanaraq müvafiq qaydada razılaşdırılmışdır. Onlardan 21 ünvanla bağlı köçürmə-söküntü və inşaat işlərinə başlanmışdır.

      “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarının reallaşdırılması və sosial müdafiəyə ehtiyacı olanlara kvotalaşdırılmış iş yerləri yaratmaq və bununla da işsizlik probleminin mümkün qədər yüngülləşdirilməsi məqsədilə   25 dekabr 2017-ci il tarixində Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 342 saylı Sərəncamı ilə “2018-cı il üçün Ərazi Məşğulluq Proqramı” təsdiq edilmiş və Məşğulluq Mərkəzi öz fəaliyyətini bu proqram əsasında qurmuşdur.

“Ərazi Məşğulluq Proqramı”na əsasən 2018-ci ilin I rübü ərzində Məşğulluq Mərkəzinə 920 nəfər qeyri-məşğul əhalinin iş axtarmaq məqsədilə müraciət edəcəyi proqnozlaşdırılmışdır. Hesabat dövrü ərzində isə  2185 nəfər Məşğulluq Mərkəzinə müraciət etmişdir. Bu dövr ərzində ilk dəfə müraciət edənlərin sayı 296  nəfər olmuşdur.

Hesabat dövrü ərzində isə rayon Məşğulluq Mərkəzinə müraciət edənlərdən 998 nəfəri  daimi işlə təmin edilmişdir..

Qeyri-məşğul əhalinin qanunla müəyyən edilmiş kateqoriyalarının peşə hazırlığı və peşə təlimi kurslarına cəlb edilməsi tədbirlərinin həyata keçirilməsi də rayon əhalisinin məşğulluğuna müsbət təsir edəcək şərtlərdən biridir.

Hesabat dövrü ərzində sosial müdafiəyə daha çox ehtiyacı olan işaxtaran və işsiz vətəndaşların, o cümlədən qaçqın və məcburi köçkünlərin, gənclərin, qadınların, əlillərin sosial müdafiəsinin gücləndirilməsi Məşğulluq xidmətinin daim diqqət mərkəzində olmuşdur.

“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitin artırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nı rəhbər tutaraq, bu qəbildən olan insanların məşğulluğunun gücləndirilməsinə, onların sosial problemlərinin həllinə mərkəz tərəfindən xüsusi diqqət göstərilmişdir.

Gənclərin, xüsusilə ordu sıralarından tərxis olunmuş gənclərin məşğulluğunun, sosial müdafiəsinin təmin olunması Məşğulluq Mərkəzi qarşısında duran başlıca vəzifələrdən biri olmuşdur.

Belə ki, 2018-ci ilin I rübü ərzində Məşğulluq Mərkəzi tərəfindən münasib işlə təmin olunanların 405 nəfəri və ya 40,5%,  148 nəfər qadına isə işsizliyə görə müavinət təyin edilmişdir.

  Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 2018- ci ilin 1-ci rübü ərzində nəzərdə tutulmuş məqsədyönlü işlər davam etdirilmişdir. 2018- ci ilin 3 ayı ərzində 2017- ci ilin müvafiq dövrü ilə müqayisədə yoluxucu xəstəlik halları azalmışdır.  Rayon ərazisində yoluxucu xəstəliklərin epidemiyası baş verməmişdir.

Malyariya xəstəliyi aşkar olunmamışdır.

Rayon ərazisində əhalinin içməli su təchizatı üzərində mütəmadi olaraq sanitariya nəzarəti aparılır.

09.03.18-ci il tarixində uşaq bağçalarında “Uşaqların sağlamlığının qorunması, icbari dispanzerizasiya haqqında, dərin tibbi müayinələrin rasional qidalanmanın düzgün təşkili” haqqında seminar müşavirələr aparılmışdır.

İllik plana əsasən məktəb və məktəbəqədər uşaq müəssisələrində kimyəvi və bakterioloji müayinələr aparılmışdır.

 

 

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının 1, 2 və 3 nömrəli  Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərində yeni müddətə verilmiş ev təsərrüfatı kitabları lazımi məlumatlarla tərtib olunmuşdur. Hər üç nümayəndəlik üzrə 2017-ci ilin yekunları ilə bağlı hesabatlar verilmişdir.

 

Birinci rübdə rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən      Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən I rübdə rayon ərazisində yerləşən 2-ci mkr. H.Seyidzadə küçəsi 5, 15,25, 35 və 37 saylı yaşayış binalarının fasadlarında əsaslı təmir-bərpa işləri aparılmış, giriş qapıları və pəncərələri, suaxıdıcı boruları dəyişdirilmişdir.

        H.Seyidzadə küçəsi 37 saylı binanın həyətində “Abad həyət” istirahət guşəsi, uşaq-oyun əyləncə guşəsi, “mini-futbol” meydançası yaradılmış, oturacaqlar quraşdırılmış, 1386 kv.m asfalt örtüyü vurulmuş, 205 p.m. bardyur düzülmüşdür.

     H.Seyidzadə  küçəsi 25 saylı ünvanda da “Abad həyət” salınmış, 800 kv.m asfalt vurulmuş, 80 p.m. bardyur düzülmüş,  həyətyanı ərazidə 2 şəhidin xatirəsinə barilyef guşə yaradılmışdır.

     5-ci mkr. ərazisində A.Məhərrəmov küçəsi 46 və 50 saylı binaların fasadlarında əsaslı təmir işləri aparılmış, girş qapı-pəncərələri, eləcə də suaxıdıcı borular dəyişdirilmiş, həyətyanlı ərazidə 250 p.m. bardyur düzülmüş, 3000 kv.m asfalt örtüyü vurulmuşdur. Eyni zamanda,         bundan başqa, 4-cü mkr. Mir Cəlal küçəsi boyunca yerləşən parklardakı oturacaqlar, eləcə də səki və piyada yollarına döşənmiş tamet daşları cari təmir olunmuşdur.

         Mir Cəlal küçəsi 10 saylı yaşayış binasının  fasadında əsaslı təmir-bərpa işlərinə başlanmış və hal-hazırda işlər davam edir. Bu bina ilə üzbəüz yerləşən A.Məhərrəmov küçısi 68 saylı yaşayış binasının arasında olan həyətdə abadlıq-təmizlik işləriniə başlanmış, həyətə asfalt örtüyünün vurulması məqsədilə  1488 p.m. bardyur düzülmüşdür.

         I rüb ərzində Seyid Cəfər Pişəvari küçəsindəki (“Yaşıl Bazar” yarmarkasının) istinad divarı ağardılmış və piyadalar üçün nəzərdə tutulmuş səkiyə 200 kv.m asfalt vurulmuşdur.

      Bu işlər “Təzə Bazar” Ticarət Mərkəzinin Mərdanov Qardaşları küçəsi tərəfdən girişi qarşısında “Novruz Bayramı” yarmarkasının təşkili ilə əlaqədar ərazidə  təmizlik-bərpa işləri aparılmış, 100 p.m. su xətti dəyişdirilmiş, 300 kv.m. asfalt örtüyü vurulmuşdur.

        4-cü mkr. H.Seyidzadə 2a saylı binanın zirzəmisində yığılan qrunt sularının kənarlaşdırılması üçün drenaj sistemi quraşdırılmış, yaxınlıqdakı yaşıllığın suvarılması məqsədilə 200 p.m. su xətti çəkilmişdir. H.Seyidzadə küçəsi 3a və 4 saylı binaların arasında olan və piyadaların hərəkəti üçün nəzərdə tutulmuş pilləkənlər təmir olunmuş, 80 kv.m aqlay daşı döşənmişdir.

          Bütün bunlarla yanaşı Ü.Hacıbəyov küçəsi boyunca 600 kv.m qazon dəyişdirilmiş və 2000 ədəd gül əkilmişdir.

         111 saylı orta məktəbin fasadında 350 kv.m divar rənglənmiş, 123 saylı uşaq baxçasındqakı  Seçki məntəqəsində təmir işləri aparılmışdır.

         Rayon ərazisində yerləşən 600 ədəd zibil konteyneri rənglənmiş, 130 ədəd konteynerin təkərləri  təmir edilmişdir.

        I-V mkr. ərazisindəki yaşayış binalarının ətrafında olan eybəcər formada olan çəprlər sökülmüş, yerlərində təmizlik işləri aparılmışdır.

       Nəsimi rayonu ərazisində “Bakı Abadlıq Xidməti” MMC tərəfindən 210 ünvanda binların fasadları və dam örtüklərində əsaslı təmir-bərpa işləri aparılır. Bunlardan  28 ünvanda işlər başa çatmış, hal-haızrda 182 ünvanda işlər davam edir.

        İlin I rübü qış mövsümünə təsadüf etdiyindən, bu dövr ərzində MKTB-nin daxili imkanları hesabına yaşayış binalarının və evlərin dam örtüklərində, eləcə də istiliklə təchiz olunan 149 binanın fasiləsiz olaraq istiliklə təmin olunması üçün istilik sistemlərində cari təmir işləri yerinə yetirilmiş, habelə binaların tüstü bacaları və ventilyasiya kanallarında təmizlik işləri aparılmışdır.

Rayon ərazisindəki küçələr, bağlar, parklar, meydanlar, qazonlar və yaşıllıqlar, həyətlər hər gün süpürülmüş, yaranan süpürüntü kütləsi  MKTB-nin nəqliyyat vasitələri ilə “Təmiz şəhər” ASC-nin poliqonlarına daşınmışdır.

Hər gün ərazinin sanitar-təmizlik və ekolioji vəziyyətinə nəzarət təşkil olunmuş, yaranan problemlər aradan qaldırılmışdır. Bəzi binaların zirzəmisinə dolmuş çirkab və qurunt suları kənarlaşdırılmışdır. Nəzərdə tutulmayan yerlərdə icazəsiz yaradılmış zibilliklər vaxtında ləğv edilmişdir.

Əhali tərəfindən və aidiyyəti dövlət orqanlarından sanitar-təmizlik işlərinin vəziyyətinə dair müraciətlərə vaxtında münasibət bildirilmiş, işlərin yaxşılaşdırılması üçün müvafiq qərarlar qəbul edilmişdir.

Rayon İcra Hakimiyyətinin balansında olan binalarda yaşayan əhalinin, rayonda fəaliyyət göstərən təşkilatların, komersiya qurumlarının yaratdığı bərk məişət tullantılarının qəbulu üçün 356 ünvanda  qəbul məntəqəsi vardır.

Həmin qəbul məntəqələri  849 ədəd xüsusi konteyner və 268     ədəd yeşiklə təmin olunmuşdur. İstifadəyə yararsız konteyner və yeşiklər yeniləri ilə əvəz olunmuşdur.

Hər gün bərk məişət tullantılarının aidiyyəti poliqonlara daşınmasına nəzarət təşkil edilmişdir.

Rayon Sukanal İdarəsi üzrə  217547 nəfər əhaliyə, o cümlədən məcburi köçkünə xidmət göstərilir. Hal-hazırda abonentlərin ümumi sayı  72450 abonent təşkil edir, o cümlədən: -əhali sektoru üzrə 64889 abonent, qeyri- əhali sektoru üzrə-7561 abonentdir. Rayon üzrə əhalinin su təchizatı 100% -dir. Rayon ərazisində yerləşən yaşayış məntəqələrinin  92.2%-i, yəni 200573 nəfərdən çox  əhali  sutka ərzində fasiləsiz və keyfiyyətli su ilə təmin olunur. 7.8% əhali isə məhəllədaxili nasos stansiyaları vasitəsi ilə ən azı 8 saat olmaqla hər gün səhər-axşam su ilə təmin edilir.

“Azəristiliktəchizat” ASC  1 saylı İstilik Sistemləri İstismar Sahəsi tərəfindənI  rübdə  26  ədəd qazanxana 19 ədəd istilik məntəqəsi fasiləsiz olaraq  220  ədəd yaşayış  binası,  6 səhiyyə, 15 məktəb, 10 uşaq bağçası və 21 ədəd digər obyekti istilik enerjisi istehsal edərək istiliklə təmin edilmişdir. Füzuli 53 ünvaninda L=12 m  D=114 mm boru yenisi ilə əvəz olunmuşdur.

H.Seyidzadə 24 ünvanında L=10m D=114mm borunun qüsurlu hissəsi təmir edilmiş, Sarabski 21 ünvanında L=20m D=76mm boru dəyişdirilərək yenisi ilə əvəz olunmuş, Ə.İsgəndərov 3/1  ünvanında L=80m D=114 mm  boru  dəyişdirilərək  yenisi ilə əvəz olunmuşdur. S.Rüstəm 33 ünvanında  D159 mm  borunun  qüsurlu  hissəsi, H.Seyidzadə 20 ünvanında L=16 m D=114 mm borunun qüsurlu hissəsi, S.Rüstəm 33A ünvanında  D159 mm  borunun  qüsurlu  hissəsi, Cavadxan 17 ünvanında L=12 m D=57 mm borunun qüsurlu hissəsi, Bakıxanov 24 ünvanında  D114 mm  borunun  qüsurlu  hissəsi  təmir edilmişdir.

Moskva prospekti 60 ünvanında  L=12  m D=76 mm boru, Asif Məhərrəmov 34 ünvanında L=8 m  D=89 mm  boru,  Ə.İsgəndərov 3 ünvanında  L=8  m D=159 mm boru, Asif Məhərrəmov 36 ünvanında L=10 m  D=89 mm  boru, 71.81.232 saylı qazanxanalarda və 4 əlavə mikrorayon 1saylı istilik məntəqəsində 3 ədəd şəbəkə nasosu, 1 ədəd bəsləyici nasosun diyircəkli yasdıqları dəyişdirilərək yenisi ilə əvəz olunub.

Bunlarla  yanaşı  M.Qasımov 2.14  Aazadlıq  prospekti 84.86.90.            Moskva prospekti  60. S.Vurğun 110, M.Cəlal 60. Cavadxan 36,  və.s ünvanlarda məhəllə daxili və aşagı paylama  istilik xətlərində cari təmir işləri gorulmuş, yaranan axıntılar dərhal aradan qaldırılaraq sakinlər istilik enerjisi ilə təmin olunmuşdur.

2018-ci ilin birincü rübü ərzində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ardıcıl tədbirlər həyata  keçirilmişdir.

Yanvar ayında rayonun 1, 2 və 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə   nümayəndəliklərinin rayon rəhbərliyi, müxtəlif xidmətlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncaqları keçirilmiş, bu yığıncaqlarda nümayəndəliklərin ərazilərində görülən işlər, həyata keçirilən layihələr, həlli vacib problemlər və onların aradan qaldırılması yolları müzakirə olunmuşdur.

Yanvar ayının 12-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 2 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzinin “Təbəssüm” Uşaq-Musiqili Teatrının “Bizim rəqs dünyamız” adlı hesabat konserti keçirilmişdir. Konsertdə “Rəqs” və “Vokal” dərnəyinin üzvlərinin ifasında milli və müasir rəqslərlə yanaşı dünya xalqlarının rəqsləri də nümayiş olunmuşdur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Rəhbərinin     «20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında» sərəncamına əsasən Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən   müvafiq tədbirlər planı hazırlanmış və faciənin  ildönümü geniş şəkildə qeyd olunmuşdur. Rayonun ali məktəblərində 20 Yanvar faciəsi ilə əlaqədar dəyirmi masalar, konfranslar, toplantılar keçirilmiş, Qanlı Yanvara həsr olunmuş sərgilər təşkil olunmuş, rayonun idarə, müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin Azərbaycan tarixində azadlıq və müstəqillik uğrunda qəhrəmanlıq rəmzi kimi qeyd edilməsi ilə əlaqədar xatirə tədbirləri keçirilmiş, kollektivlər tərəfindən «Şəhidlər Xiyabanı» ziyarət olunmuşdur. Rayonun   orta məktəblərində  20 Yanvar faciəsinin ildönümü ilə bağlı dərslər keçirilmiş, məktəblərin foyelərində foto stendlər düzəldilmiş, inşa yazıları, rəsm, şer müsabiqələri keçirilmiş, divar qəzetləri buraxılmışdır. Rayonun orta və ali təhsil müəssisələrində  keçirilən tədbirlərdə  rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri iştirak etmişlər.

Yanvarın  16-da  Nəsimi rayonu  H.Seyidzadə küçəsi 25 ünvanında   20 yanvar hadisələri zamanı həlak olmuş Qasımov Abbas Şəmməd oğlunun və  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş  Əliyev Namiq Famil oğlunun yaşadıqları  binanın həyətində onların xatirəsinə həsr edilmiş  guşənin açılışı olmuşdur. Açılışda şəhid Namiq Əliyevin  təhsil aldığı Nəsimi rayonu 9 saylı tam orta məktəbin  müəllim və şagirdləri, “Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri” İctimai Birliyinin Nəsimi rayon şöbəsinin, 20 yanvar Cəmiyyətinin Nəsimi rayon şöbəsinin   üzvləri iştirak etmişlər.Tədbir daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş  Əliyev Namiq Famil oğlunun təhsil aldığı 9 saylı tam orta məktəbdə məktəblilərin iştirakı ilə təşkil edilmiş anım mərasimi ilə davam etmişdir.

Tədbirlər planına uyğun olaraq rayonun ictimai təşkilatlarının nümayəndələrinin iştirakı ilə rayonda yaşayan  20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı  əlil olmuş rayon sakinləri ilə 18 yanvar 2018-ci il tarixdə  Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir. Görüşdə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi yad edilmiş, tədbirdə  iştirak edən rayon rəhbərliyi, rayonun ictimai təşkilatlarının və birliklərinin nümayəndələri 20 Yanvar əlillərinin və şəhid ailələrinin məişət qayğıları və problemləri ilə maraqlanmışlar. 20 Yanvar Nəsimi rayon təşkilatının sədri, 2-ci qrup əlil Tofiq Allahverdiyev çıxış edərək şəhid ailələri və əlillər adından onlara olan diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Görüşdə   şəhid ailələri və əlillərə maddi yardım və ərzaq bağlamaları  təqdim olunmuşdur.

2 Fevral – Azərbaycan Gəncləri günü Nəsimi rayonunda geniş şəkildə qeyd olunmuşdur. Əlamətdar günlə bağlı rayonda bir sıra tədbirlər və idman yarışları keçirilmişdir. Şəhərimizin gözəl məkanlardan biri olan “Şərq Saray”da Nəsimi rayon gənclərinin 2 Fevral – Gənclər gününə həsr olunmuş 1500 nəfərdən çox gəncin və qonağın iştirakı ilə möhtəşəm bayram tədbiri keçirilmişdir. Gənclər tədbirinə  rayonun istehsalatda, mədəniyyət sahəsi və təhsildə, ictimai,  elmi-pedaqoji fəaliyyətdə, biznes və idman sahəsində fərqlənən qabaqcıl gənclər, rayon ictimaiyyətinin nümayəndələri, çoxsaylı qonaqlar iştirak etmişdilər.

Tədbirdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət və s. sahələrində fərqlənən, ümumilikdə 35 nominasiya üzrə gəncə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələri təqdim olunmuşdur.  Nəsimi gənclərini təbrik edənlər arasında Milli Məclisin üzvləri - Ziyad Səmədzadə,  Məlahət İbrahimqızı,  Azər Badamov, Eldəniz Səlimov,  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan-Fransiz Universitetinin  direktoru Vazeh Əsgərov, Azərbaycan Universitenin rektoru  Səadət Əliyeva və digər rəsmilər iştirak etmişlər.
Bayram tədbiri  Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin,  2 və 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzlərinin kollektivlərinin iştirak etdiyi böyük konsert proqramı və gənclər diskotekası ilə  başa çatmışdır.

Fevral ayının 2-də rayon İcra Hakimiyyətinin iclas zalında Nəsimi rayon İcra Hakimiyyətinin 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat toplantısı keçirilmiş, keçən il ərzində həyata keçirilən işlər müzakirə olunaraq 2018-ci il üçün qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Toplantı iştirakçıları adından möhtərəm Prezident cənab İlham Əliyevə ünvanlanan müraciətdə rayonun sürətli inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq, Nəsimililərin quruculuq əzmi ifadə olunurdu.

Yekun hesabatda 2017-ci il ərzində görülən işlərdən bəhs edən film nümayiş olunmuşdur. Həmçinin tədbir iştirakçılarına nəfs şəkildə tərtib olunmuş Nəsimi rayonu jurnalı təqdim edilmişdir.

Fevral ayının 8-də  3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Nəsimi rayon filialında sərgi keçirilmişdir. “Təbiəti qoruyaq” adlı sərgidə Mərkəzin Dekorativ rəsm dərnəyində məşgul olan məktəblilərin müxtəlif rəngarəng əl işləri nümayiş olunmuşdur. Sərgidə nümayiş olunan əl işlərinə görə dərnək üzvləri xüsusi diplomlarla təltif olunmuşlar.

Fevral ayında Azərbaycan Respublikası Nazirlər  Kabineti tərəfindən “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi lahiyəsi” nin icrası ilə əlaqədar respublika əhalisinin bruselyoza görə müayinəsi aparılmışdır.
Nəsimi rayon 20 saylı poliklinikası da bu  aksiyaya qoşulmuş, sahə həkimləri  əhaliyə xəstəliklə bağlı məlumatlar vermiş, öz  xidməti sahələrində sanitar maarif  işləri aparmışlar.

Fevral ayının 12-dən ölkə başçısının tapşırığına uyğun olaraq  respublikamızın bütün bölgələrində olduğu kimi Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsinə başlanmışdır. Bununla əlaqədar Nəsimi  rayon icra hakimiyyəti tərəfindən  aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunmuşdur.  

Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonun 1, 3, 5 və 20 saylı şəhər poliklinikalarında tədbirin keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Həmçinin rayonda yerləşən özəl səhiyyə müəssisələrində o, cümlədən Bioloji Təbabət Klinikasında, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında, Medical Plaza özəl tibb müəssisəsində    də əhalinin tibbi müayinəsi təşkil edilmişdir. Müvafiq qurumların da cəlb olunması ilə rayonda tədbirlə bağlı əhali arasında təşkilati-izahat işləri aparılmışdır. Həmçinin yaşayış sahələrində, idarə və təşkilatlarda müayinələrin keçirilməsi üçün, evdə olan yataq xəstələrinin də müayinəsi məqsədi ilə  səyyar həkim briqadaları da təşkil olunmuşdu. Rayonun Cümhuriyyət yaşlı sakinlərinin tibbi müayinəsi də xüsusi diqqətdə saxlanılmışdır. Belə ki, həkimlərdən ibarət səyyar briqadalar poliklinikaya gələ bilməyən fəaliyyət qabiliyyəti məhdud olan yaşlı rayon sakinlərinə evlərində tibbi xidmət göstərmişlər.

Müayinələr zamanı bəzi şəxslərdə arterial təzyiq, diabetli şəkər, qan, ürək-damar, tənəffüs sistemi və oynaq xəstəlikləri aşkarlanmış, onlar ambulator, stasionar müalicəyə cəlb olunmuş və dispanser qeydiyyata götürülmüş,  onlara ixtisaslı həkimlər tərəfindən müalicə təyin olunmuşdur. Həyata keçirilən bütün işlər RİH-də yaradılmış komissiya tərəfindən koordinasiya olunmuşdur. Komissiya üzvləri mütəmadi olaraq RİH-də toplaşaraq tibbi müayinə tədbirlərinin keçirilməsinin vəziyyəti müzakirə olunmuş, qarşıya çıxan problemlərin həlli üçün tədbirlər görülmüşdür.  Poliklinikalarda keçirilən tibbi müayinələrin yekunu nəzarətdə saxlanılaraq gündəlik, ongünlük və aylıq yekunlar araşdırılmışdır. Əhalinin tibbi müayinəsi zamanı  aşkar edilmiş xəstəliklərlə bağlı ambulator və stasionar müalicələr təyin edilmişdir.

 

Fevral ayının 14-də Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə sakinlərlə görüş keçirmişdir. İlk olaraq sakinlərə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin səyləri nəticəsində ölkədə aparılan geniş abadlıq-quruculuq işləri, dinamik sosial-iqtisadi inkişafın vəziyyəti, əhalinin rifahının daha da artırılması, əldə olunmuş əmin-amanlıq şəraitinin qorunub saxlanılması barədə RİH Başçısı Asif Əsgərov tərəfindən  məlumatlar verilmişdir. Sakinlərin müraciətləri dinlənilmişdir. Sakinlər bir sıra məsələlərlə, o cümlədən, dam örtüyünün təmir olunması, kanalizasiya və su xəttlərinin profilaktikası, aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün bərpa edilməsi, mənzil növbəsi ilə bağlı RİH Başçısına müraciətlər etmişlər. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində Nəsimi rayonu ərazisində aparılan davamlı abadlıq-quruculuq işləri ilə bağlı sakinlərlə söhbət aparılmışdır.

Fevral ayının 15-də Nəsimi rayon İcra Hakimiyyətində hazırlanmış qrafikə  uyğun olaraq Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında, Medical Plaza özəl tibb müəssisəsində  əhalinin tibbi müayinəsi  təşkil edilmişdir.Tibb müəssisəsində sakinlər  əvvəlcə terapevt tərəfindən, sonra isə ehtiyaca uyğun olaraq ixisaslı həkimlərin iştirakı ilə  rentgen, kardioqram, ultrasəs və diğər müayinələrdən keçirilmişlər.

Fevral ayının 16-da Nəsimi rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş yığıncağı keçirilmişdir.  RİH Başçısı Aparatında, Sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə, yerli strukturlarda  vətəndaşların ərizə və müraciətlərinə baxılmasının vəziyyəti haqqında məsələ müzakirə olunmuşdur.

Fevral ayının 20-də  Müasir İnnovasiyalar Liseyində Beynəlxalq Ana Dili Günü münasibətilə  “Ana dilimizi sevək, sevdirək” adlı tədbir keçirilmişdir. Tədbirdə Liseyin şagirdləri Ana dilimizin keçmişinə, bu günə qədər keçdiyi yola dair səhnəcikləri nümayiş etdirərək, Vətənimizin  hər bir azərbaycanlı üçün hər şeydən uca olduğunu, Azərbaycan əsgərinin heç kimin qarşısında baş əyməyəcəyini, düşmənlərdən Vətənimizi və dilimizi daim  qoruyacaqlarını canlandırmışdılar.

Fevral ayının 21-də Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə sakinlərlə görüş keçirmişdir. Qəbul Asif Məhərrəmov küçəsi 68 ünvanda təşkil olunmuşdur. Qəbulda 100 nəfərə yaxın ətrafda yaşayan sakin iştirak etmişdir. Səyyar qəbulda sakinlərə Nəsimi rayonunda aparılan abadlıq-quruculuq işləri, xüsusilə mikrorayonlar ərazisində görülən, həmçinin Mir Cəlal küçəsində yüksəkgərginlikli elektrik xətlərinin yeraltı xətlərlə əvəz edilməsi istiqamətində aparılan işlər barədə məlumatlar vermiş və sakinlərin müraciətlərini dinləmişdir. Sakinlər bir sıra məsələlərlə, o cümlədən, mənzil məsələsi, binanın fasadının təmir olunması, “İqtisadçı” MTK-nın binasının qazanxanasının qaz sərfiyyatının ödənişi ilə bağlı yaranan çətinliklər, qəzalı ağacların kəsilməsi və budanması,  asfalt örtüklərinin təmir olunması ilə bağlı RİH Başçısına müraciətlər etmişlər. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Fevral ayının 23-də Azərbaycanın  Milli  Qəhrəmanı  Yusif  Mirzəyevin  adını daşıyan  Nəsimi  rayon 44 nömrəli tam orta məktəbdə igid döyüşçünün xatirəsi anılıb. Y.Mirzəyevin şəhid olmasının 24-cü ildönümünə həsr edilən tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib, onun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Böyük Vətən müharibəsi veteranı İsmayıl Fərəcov, “Qarabağ Həqiqətlərinin Beynəlxalq Aləmə çatdırılması” İctimai Birliyinin sədri, Əlövsət Qasımov və digərləri çıxış edərək Milli Qəhrəmanın həyat yolundan, gənclər arasında vətənpərvərlik hissinin gücləndirilməsinin önəmindən danışıblar. Bu baxımdan Azərbaycan Ordusunun parlaq qələbə qazandığı aprel döyüşlərində igid Vətən övladlarının rəşadətinin geniş təbliğ olunmasının vacibliyi diqqətə çatdırılıb.Tədbir məktəblilərin səhnələşdirdikləri kompozisiyalarla, vətənpərvərlik mövzusunda şeirlərin səsləndirilməsi ilə davam edib.

«Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsinə dair tədbirlər planının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Rəhbərinin sərəncamının icrası ilə bağlı Nəsimi rayonunda faciənin ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər planı hazırlanaraq RİH Başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş, RİH Başçısı Aparatında müşavirə keçirilərək müvafiq tapşırıqlar verilmişdir.

Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Bakı şəhərinin Nəsimi rayonunda da geniş şəkildə qeyd olunmuşdur. Rayonun idarə və təşkilatlarında, mədəniyyət müəssisələrində, orta və ali məktəblərində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər keçirimiş, faciənin ildönümü ilə bağlı xatirə gecələri, foto və rəsm sərgiləri, faciənin şahidləri ilə görüşlər  təşkil olunub keçirilmişdir.

Tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, vaxtı ilə mənfur qonşularımız və onların havadarları tərəfindən törədilər fəlakətlərin faktlarla gənclərə çatdırılması məqsədilə Xocalı faciəsinin ildönümü ərəfəsində Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayonun orta məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırım Muzeyinə ekskursiyası və «Xocalı harayı» abidəsinin ziyarəti təşkil olunmuşdur.

Həmçinin Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində məskunlaşmış Xocalı sakinlərinin Medical Plaza və Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında pulsuz  tibbi müayinələri təşkil olunmuşdur.

Fevral ayının 21-də  faciənin ildönümü ərəfəsində  Nəsimi rayon İcra Hakimiyyətində Xocalı şəhərindən köçkün düşərək Nəsimi rayonunda məskunlaşmış 60 ailənin nümayəndələri ilə görüş keçirilmişdir. Görüş zamanı tədbir iştirakçılarının  müraciətlərinə əsasən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı  tərəfindən fərdi qəbul təşkil edilmişdir. Qəbul zamanı  onların qaldırdıqları məsələlərlə bağlı müvafiq izahatlar və aidiyyəti üzrə tapşırıqlar  verilmişdir. Tədbirin sonunda Nəsimi rayonunda məskunlaşmış Xocalı köçkunlərinə rayon İcra Hakimiyyəti tərəfindən  yardımlar  göstərilmişdir.

Fevral ayının 21-də “Qərənfil” körpələr evi-uşaq bağşasının kollektivinin ifasında Xocalı soyqırımı ilə bağlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.

Fevral ayının 25-də Gənc Tamaşaçılar  Teatrında  Xocalı faciəsindən bəhs edən “Arzu və Murad” adlı  tamaşasına  Nəsimi rayon ictimaiyyətinin  baxışı keçirilmişdir. Tamaşa “Anamın kitabı” adlı gənc yazarların pyes müsabiqəsinin qalibi olmuş  “Ürəyində arzu tut” pyesi əsasında səhnəyə qoyulmuşdur.

Fevral ayının 26-da rayon rəhbərliyi və ictimaiyyətinin nümayəndələri tərəfindən Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsi ziyarət olunmuş, abidə önünə çiçək dəstələri qoyulmuşdur.

Fevral ayının 22-28-də Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndə heyəti Xocalı faciəsinin 26-cı ildönümü münasibəti ilə Türkiyənin Kocaeli vilayətinin ayrı-ayrı şəhərlərində keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün rəsmi səfərdə olmuşlar. Nəsimi rayon İH-nin nümayəndə heyəti  həmin tədbirlərdə iştirak edərək tədbir iştirakçılarına Xocalı soyqırımı haqqında ətraflı məlumatlar vermiş, özləri ilə apardıqları Xocalı faciəsindən bəhs edən, kitabları, bukletləri, foto və video materialları tədbir iştirakçılarına paylamışlar.

Səfərdə olan nümayəndə heyətinin Kocaeli şəhər valisi Hüseyn Aksoy, Kocaeli Böyükşəhər bələdiyyəsinin sədri İbrahim Karaosmanoğlu, İzmit bələdiyyəsinin sədri Nevzat Doğan, Körfəz bələdiyyəsinin sədri İsmayıl Baran və  Körfəz Kaymakamı Həsən Hüseyn Canla  rəsmi  görüşləri keçirilmişdir.

Koceli  vilayətinin  İzmit şəhərində  Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı anım tədbirində  Xocalı faciəsi ilə bağlı təşkil olunan tədbirdə İzmit bələdiyyəsinin sədri Nevzat Doğan, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə  Verdiyeva, Nəsimi rayon bələdiyyəsinin sədri Nazim Qaraxanov və Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev iştirak ediblər. Tədbirdə  həmçinin Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə yanaşı digər türk dilli dövlətlərin gəncləri də iştirak etmişdilər.

Fevral ayının 26-da Türkiyənin ən böyük vilayətlərindən biri olan Kocaelinin  Körfez bələdiyyəsi ərazisində  Xocalı parkının və Xocalı soyqırımı abidəsinin açılış mərasimi keçirilmişdir. Yüzlərlə insanın, millət vəkilləri, rəsmi şəxslər, QHT və KİV rəhbərlərinin iştirak etdiyi tədbirdə çıxış  edənlər  Dağlıq Qarabağ münaqişəsi, ermənilərin törətdikləri Xocalı soyqırımı barədə məlumatlar verdikdən sonra, etnik kimliyindən, dinindən və inancından asılı olmayaraq insanlığın yanında olanlar və bu insanlıq əleyhinə cinayəti işləyən ermənilərin  ədalət qarşısında cavab verməsini istəyənlər  “Xocalıya ədalət” deyənlərin yanında olduqlarını bildirmişdilər.

Fevral ayının 27-də Nümayəndə  heyəti tədbirlər çərçivəsində  Sakarya  Karasu   bölgəsində “Qarabağ”  küçəsinin,  Xocalı parkı  və  abidəsinin  açılış  mərasimində  iştirak etmişlər. Daha sonra nümayəndə heyətinin üzvləri Sakarya Böyükşəhər Bələdiyyəsində olmuş, keçirilən tədbirlərlə bağlı ətraflı müzakirələr aparmışlar.

Daha sonra Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi rayon bələdiyyəsinin sədri Nazim Qaraxanov və rayonun 54 nömrəli orta məktəbin direktoru Sahibə Abbasova İzmit şəhər Peşə və Texniki Anadolu Liseyinin şagirdləri ilə görüş keçirilmişdir.

Nümayəndə heyətinin səfəri zamanı Kartəpə və Dərincədə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan parklarda və İzmit şəhərində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev adına Parkda  olaraq yaradılmış şəraitlə tanış olmuşlar.

Fevral ayının 28-də Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə sakinlərlə görüş keçirmişdir. Qəbul  S.Rəhimov küçəsi 165 ünvanda Central Park otelin konfrans zalında keçirilmişdir. Sakinlərin müraciətləri mənzil növbəsi, bəzi küçələrdə qurumuş ağacların götürülməsi, yaşıllıqların suvarılması üçün istirahət bağına su xəttinin çəkilməsi, bayram ərəfəsində tonqallar yandırılarkən asfalt örtüklərinə ziyan dəyməsi, köhnə yaşayış məhəlləsinin pilot layihəyə salınması barədə olmuşdur. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.

Mart ayının 1-də Azərbaycan Tibb Universitetinin böyük akt zalında    “1 Mart – Ümumdünya Mülki Müdafiə Günü”nə həsr olunmuş maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkə üzrə nümayəndə-ofisinin rəhbəri Furyo D.Angels iştirak etmişdir. Tədbirdə  mülki müdafiə tədbirlərinin təmin olunması və bu sahədə müvafiq qurumlarla FHN-in qarşılıqlı fəaliyyəti barədə FHN tərəfindən hazırlanmış videoçarx da nümayış olunub.

Mart ayının 2-də Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının təsdiq olunmuş qrafikinə uyğun olaraq 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə MirQasımov küçəsi 5/7 ünvanda yerləşən mərasim evinin zalında, mart ayının 6-da 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə A.Məhərrəmov küçəsi 27 ünvanında  sakinlərlə görüş keçirmişdir..Sakinlər bir sıra məsələlərlə bağlı o, cümlədən mənzilin dam örtüyünün təmiri,  mənzil növbəsi, pandusların qurulması, tikinti ərazilərindən çıxan yük maşınlarının yolları çirkləndirməsi barədə,  mənzil şəraitinin yaxşılaşdırılması,  fasiləsiz su rejiminin olmasına baxmayaraq binaların damlarında  su çənlərinin qalmasına ehtiyacın olmaması, bəzi küçələrdə qurumuş ağacların götürülməsi, yaşıllıqların suvarılması üçün su xəttinin çəkilməsi, istilik təchizatının yaxşılaşdırılması, həyətdə oturacaqların qurulması barədə müraciətlər etmişdilər. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının,Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.

Mart ayının 7-də  RİH tərəfindən 8 Mart Beynəlxalq Qadınlar günü ilə bağlı təşkil olunan tədbirlər çərçivəsində rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınların iştirakı ilə «Şərq sarayı»  restoranında tədbir və konsert təşkil olunmuşdur. Bayram tədbiri   2 və 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzlərinin kollektivlərinin rəngarəng rəqsləri, Azərbaycan Respublikası Milli Konservatoriyası tərkibində Musiqi Kolleçinin tələbələrinin  və Tural Salmanovun  konsert proqramı  ilə başa çatmışdır.Tədbirdə iştirak edən qadınlara rayon İcra Hakimiyyətinin  hədiyyələri  təqdim olunmuşdur.

Mart ayının 9-da  Taras Şevçenkonun anadan olmasının 204-cü ildönümü ilə əlaqədar Ukrayna Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən Nəsimi rayonunda şairin xatirəsinə ucaldılmış abidəsi ziyarət edilmiş, abidənin önünə əklil və gül dəstələri qoyulmuşdur. Tədbirdə ictimaiyyət nümayəndələri, Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları, Ukrayna diaspora təşkilatlarının fəalları, Ukrayna səfirliyinin əməkdaşları və onların ailə üzvləri iştirak etmişlər.

Mart ayının 9-da  rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların,  ali və orta təhsil müəssisələrinin,  tam orta və məktəbəqədər müssisələrin, səhiyyə ocaqlarının, rayon təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə RİH Başçısı yanında Şuranın geniş yığıncağı keçirilmişdir. Şura iclasında Novruz bayramı münasibəti ilə keçiriləcək tədbirlər, ölkə başçısının tapşırıqlarına uyğun olaraq rayonun bir qrup yuxarı sinif şagirdlərinin  “Ölkəmizi tanıyaq” tur aksiyası  layihəsində iştirakı haqqında məlumatlar verilmişdir.

Şura iclasında  Azərbaycan Respublikası  Prezidenti seçkilərinin keçirilməsi ilə əlaqədar rayon ərazisində seçkilərin azad, demokratik və şəffaf keçirilməsinin təmin edilməsi, Azərbaycan Respublikasının Seçki Məcəlləsi və  “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirlməsi haqqında” Sərəncamın icrası ilə əlaqədar rayon icra hakimiyyətinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsinin vacibliyi qeyd olundu və aidiyyəti üzrə tapşırıqlar verilmişdi. Həmçinin rayonda vətəndaşların müraciətlərinə,  şikayət və təkliflərinə daha da diqqət və qayğıyla yanaşılmanın təmin edilməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdi.

Nəsimi rayonunda  Novruz  bayramının keçirilməsi ilə əlaqədar rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı hazırlanaraq təsdiq olunmuş, RİH Başçısı Aparatında müşavirə keçirilərək müvafiq tapşırıqlar verilmişdir.

Bayram ərəfəsində rayonda geniş abadlıq quruculuq işləri, o cümlədən istirahət parklarında, bağlarda, həyətlərdə, küçələrdə təmizlik işləri, hər yerdə göz oxşayan bayram tərtibatı aparılmış, orta və məktəbəqədər təhsil müəssisələrində və mədəniyyət ocaqlarında baharın gəlişinə həsr olunmuş tədbirlər hazırlanmışdır. Novruz bayramına həsr olunmuş tədbirlər çərçivəsində rayonda yaşayan şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələr, məcburi köçkünlərə qayğı diqqət mərkəzində saxlanılmışdır. Bu qəbildən olan ailələrin bayrama hazırlıq  işlərində Nəsimi rayon İcra Hakimiyyəti ilə yanaşı rayonda yerləşən idarə və təşkilatlar, bələdiyyələr, xüsusilə də ənənəvi olaraq  belə xoş məramlı tədbirlərdə yaxından iştirak edən iş adamları, ayrı-ayrı xeyriyyəçilər tərəfindən əziz bayram münasibəti ilə rayonda yaşayan aztminatlı ailələr üçün zəruri ərzaqlardan ibarət bağlamalar  təşkil olunmuşdur.

17 fevral 2018-ci il tarixindən 25 mart 2018-ci il tarixinədək Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Mərdanov Qardaşları küçəsi 59 ünvanda keçirilən yarmarka Novruz bayramı ərəfəsində əhalinin ərzaq malları və kənd təsərrüfatı məhsullarına olan tələbatının daha dolğun ödənilməsini təmin etmək, həmçinin süni qiymət artımının qarşısını almaq məqsədi daşımışdır. Yarmarkada alıcıların və satıcıların rahatlığı üçün hər cür şərait yaradılıb, məhsulların keyfiyyəti, sanitariya-gigiyena nəzarətindən keçirilməsi təmin olunmuşdur. Respublikamızın müxtəlif rayonlarından gətirilmiş ət və süd məhsulları, ev quşları, yumurta, meyvə-tərəvəz, göyərti və bayram çərəzləri bazar qiymətindən orta hesabla 30-40 faiz ucuz satılmışdır.

 Mart ayının 13-də  YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına  daxil  edilmiş  mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan  Novruz  bayramı Nəsimi rayonu ərazisində fəaliyyət göstərən  Azərbaycan Respublikası Təhsil  Nazirliyinin 1nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzində böyük təntənə ilə qeyd olunmuşdur. Tədbir  1 nömrəli  Uşaq-Gənclər  İnkişaf  Mərkəzinin həyətində, açıq havada, qədim Bakını, milli adət-ənənələrimizi əks etdirən dekorasiyaların, Novruz personajlarının, Azərbaycan nağıl qəhrəmanlarının, Novruz bayramına həsr olunmuş rəsm və əl işlərindən ibarət sərginin nümayişi ilə keçirilmiş, hər kəsə bayram əhval-ruhiyyəsi bəxş etmişdir.

Mart ayının 13-də  Novruz bayramı ərəfəsində  2 -ci mikrorayon,  H.Seyidzadə küçəsi 37  ünvanının qarşısında “Abad həyət” Nəsimi rayon sakinlərinin ixtiyarına verilmişdir. Bu ünvanda binaların fasadı, dam örtüyü və zirzəmiləri əsaslı təmir edilmiş, binanın  blok girişləri, blok qapıları və pəncərələri yenilənmişdir. Yaşıllaşdırma işləri aparılmış və həyətə  ağaclar əkilmişdir. Sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi, istirahətləri üçün söhbətgah quraşdırılmışdır. Bu ünvandakı uşaqların da asudə vaxtlarının səmərəli keçirilməsi üçün xüsusi əyləncə avadanlıqları quraşdırılmışdır.

H.Seyidzadə  küçəsi 37  ünvanının qarşısındakı ərazinin sakinləri  öz binalarının həyətlərində  yaradılan abadlığa  görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Görüşdə qeyd olunmuşdur ki,  bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti Nəsimi rayonunda da uğurla davam etdirilir, mikrorayonlarda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sakinlərin rahatlığına xidmət edir.

Mart ayının 13-də   Nəsimi rayon İcra Hakimiyyətinin Başçısının  2-ci mikrorayon, H.Seyidzadə küçəsi 37 ünvanda səyyar qəbulu keçirmişdir. Qəbulda 200 nəfərdən çox yaxın ətrafda yaşayan sakinlər iştirak etmişlər. Sakinlərə ölkə başçısının səyləri nəticəsində əhalinin rifahının daha da artırılması, aparılan geniş abadlıq-quruculuq işləri, həmçinin Nəsimi rayonunda görülən işlər barədə məlumatlar verilmişdir. Sakinlər bir sıra məsələlərlə, o cümlədən, dam örtüyünün təmir olunması, binanın zirzəmisinə su yığılması, həyətin işıqlandırılması, istilik təchizatının yaxşılaşdırılması, mənzil növbəsi  ilə bağlı müraciətlər etmişlər. Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində Nəsimi rayonu ərazisində aparılan abadlıq-quruculuq işləri, onları maraqlandıran digər məsələlərlə bağlı sakinlərlə söhbət aparılmışdır.

Mart ayının 16-da xalqımızın ən əziz bayramlarından olan Novruz Bayramı ərəfəsində Nəsimi İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri  və respublikamızın populyar incəsənət xadimləri cəbhə bölgəsində, birbaşa düşmənlə üz-üzə mövqelərdə dayanmış, Müdafiə Nazirliyinin Bərdə korpusunun «N» saylı hərbi hissəsində xidmət edən əsgər  və zabitlərin görüşünə gəlmişlər. Qonaqlar  hərbi hissə komandanlığı ilə birlikdə əvvəlcə ön cəbhə xəttindəki səngərlərdə, burada  əsgərlərimizin xidməti, məişət şəraiti ilə maraqlanmış, əsgərlərlə söhbətlər aparmış, onlara bayram sovqatları çatdırmışlar. Qonaqlar Nəsimi RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim etmişlər. Xidmətdə fərqlənən əsgər, çavuş və zabitlərin bir qrupu Nəsimi rayon İcra Hakimiyyətinin xatirə hədiyələri ilə mükafatlandırılmışdır.

Hərbi hissə komandanlığı şəxsi heyətin xidməti və  döyüş hazırlığı barədə məlumat vermiş, Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinə hərbi hissə ilə Nəsimi rayonu arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməsi və Novruz  bayramı tədbirinin təşkilinə görə öz minnətdarlıqlarını bildirmiş, hərbi hissədə keçirilmiş bu tədbirin  hərbçilərin ruh yuksəkliyinin qalxmasında böyük rol oynadığını vurğulamışdır. Sonra respublikamızın tanınmış incəsənət ustalarının iştirakı ilə   döyüşçülərimiz üçün böyük   konsert proqramı təşkil olunmuşdur. 

Bayram tədbirində  Müdafiə Nazirliyinin Nəsimi rayon İcra Hakimiyyətinin təşəbbüsü  və dəstəyi ilə yeni yazılmış, sözləri  şair Zahid Əzizə, musiqisi isə gənc bəstəkar Elvin Orucova  məxsus olan “ Azərbaycan əsgəri” mahnısının təqdimatı olmuş, Azərbaycan Respublikasının Əməkdar artisti Ehtiram Hüseynovun,  2008-ci il  Azəristar müsabiqəsinin qalibi İlkin  Əhmədovun və Tural Salmanovun ifasında səslənən mahnı tədbir iştirakçıları  tərəfindən alqışlarla qarşılanmışdır.

Mart ayının 14-də Nəsimi rayonunda fəaliyyət göstərən Müasir İnnovasiyalar Liseyində Novruz bayramı münasibətilə tədbir keçirilmişdi. Tədbirdə hər bir bölgə özünəməxsus novruz adət-ənənələri, novruz atributları vasitəsilə əks olunmuşdu. Şagirdlərin rəqsləri və kiçik səhnəciklər tədbiri daha da rəngarəng etmiş, Liseyin xarici şagirdlərinin Azərbaycanın milli mənəvi dəyərlərindən nümunələr nümayiş etdiməsi xoş təəssürat yaratmışdı.

15-18 mart  2018-ci il  tarixlərdə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən «Ölkəmizi tanıyaq» devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Bakı şəhəri Nəsimi rayonundan olan 27 nəfər məktəbli, 2 nəfər rəhbər və 1 nəfər tibb bacısı Naxçıvan Muxtar Respublikasına səfər etmişlər.

İlk əvvəl qrupun təşkili məsələləri həll olunmuşdur. Rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçilmişlər. Rayon İcra Hakimiyyətində yaradılmış Qərargah tərəfindən qrupa rəhbər təyin olunub. Şagirdlər üçün xususi geyimlər və tələb olunan ləvazimatlar alınıb, turun marşrutu, tədbir iştirakçılarının qalacağı otel və s. müəyyən olunub, qruplar nəqliyyat vasitələri ilə təmin olunublar.

Mart ayının 13-də RİH-də  turda iştirak edən şagirdlər və onların valideynləri ilə görüş keçirilmişdir. Şagirdlərə turun məqsədi barədə məlumat verilmiş, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışılmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğu vurğulamışdır.

Tədbirdə çıxış edən- 240 saylı məktəbin direktoru Esmira Məmmədova, valideynlər Zəfər  Hüseynov və  Maarif Abbasov ölkə başçısı cənab İlham Əliyevə dərin minnətarlıqlarını bildirmişlər. Tədbirdə  Nəsimi rayon məktəbliləri və tur aksiya iştirakçıları tərəfindən sözləri şair Zahid Əzizə, musiqisi isə gənc bəstəkar Elvin Orucova məxsus olan “Ölkəmizi tanıyaq” himni böyük coşqu ilə  ifa edildi. Daha sonra tədbir  2 və 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzlərinin kollektivlərinin rəngarəng milli rəqsləri ilə  başa çatmışdır.

Mart ayının 15-də məktəblilərin Naxçıvan Muxtar Respublikasına yola salınması mərasimi keçirilmişdir. Tur iştirakçıları  Naxçıvan şəhərində “Duzdağ” otelində yerləşdirilmişlər.

Turlar zamanı məktəblilərimiz Naxçıvan şəhərində Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, Heydər  Əliyev Muzeyi ilə tanış olmuşlar.  Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi,  “Naxçıvan” Universiteti, Naxçıvan Biznes Mərkəzi və Xalq yaradıcılığı emalatxanası, Naxçıvan Dövlət Universitetində, Dövlət Bayrağı Muzeyi, “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksi, Naxçıvan Dövlət Tarix Muzeyini və “Duzdağ” Fizioterapiya Mərkəzində olmuşlar.

Həmçinin Ordubad şəhərinə səyahətlə davam etdirilmiş və burda şagirdlər Ordubad şəhər 3 nömrəli tam orta məktəbi, Ordubad rayon Tarix-Diyarşünasliq Muzeyi, M.T.Sidqinin, M.S.Ordubadinin və Y.Məmmədəliyevin ev muzeyi ilə tanış olmuşlar.  Daha sonra Şahbuz rayonuna səfər çərçıvəsində tur iştirakçıları Şahbuz şəhər 2 nömrəli orta məktəbi, “Farma-Şah”MMC, Batabat Dövlət Qoruğu və Batabat Astrofizika Rəsədxanası və Ağbulaq İstirahət Mərkəzində olmuşlar. Culfa rayonuna səfər edən tur iştirakçılar  Gülüstan türbəsi, “Əlincəqala” Tarix-Mədəniyyət  Muzeyi  ilə tanış olmuşlar.

Sonra Naxçıvan şəhərinin Gənclər Mərkəzində Naxçıvan MR-nın Gənclər və İdman naziri və Təhsil naziri ilə  tur iştirakçılarının görüşü keçirilmişdir. Aksiya qədim tariximizin, bölgələrdə olan maddi-mədəniyyət abidələrimizin, adət-ənənələrimizin öyrənilməsi baxımından məktəblilərin xatirində əvəzsiz iz buraxmışdır.

“Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində məktəblilərimizin Naxçıvan Muxtar  Respublikası ilə tanışlığı uğurla başa çatmış, şagirdlərimiz bu möhtəşəm layihədən məmnun olduqlarını bildirmiş və layihənin yaradıcısı olan Ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirərək bundan sonra daha da səylə çalışacaqlarına, yaxşı oxuyacaqlarına söz vermişlər.

Mart ayının 17-də Novruz bayramı tədbirləri çərçivəsində “Qızıl tac” şadlıq sarayında Qarabağ əlilləri, müharibə veteranları və şəhid ailələri ictimai birliyinin, Ağsaqqallar və Veteran Təşkilatları Şuralarının, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Gözdən Əlillər, Əlillər, Çernobıl əlilləri, 20 Yanvar cəmiyyəti, Azərbaycandakı Rus İcmasının və «Sodrujestvo» cəmiyyətlərinin rayon şöbələrinin rəhbərləri və üzvləri, həmçinin tədbirin təşkilati işlərində yaxından iştirak etmiş idarə və təşkilatların nümayəndələrinin iştirakı və Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilmişdir.

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanmış ərzaq bağlamaları ilk növbədə yardıma ehtiyacı olan ailələrə – şəhid, əlil, ərazidə yerləşən  yataqxanada kompakt məskunlaşmış məcburi köçkün ailələri, tənha, kimsəsiz  və s. aztəminatlı ailələrin üzvlərinə,  ümumilikdə 3000-dən çox ailəyə təqdim olunmuşdur. Tədbirdə çıxış edən  Çernobıl və 20 Yanvar Əlilləri cəmiyyətlərinin rəhbərləri, məcburi köçkünlərin, ictimai birliklərin  nümayəndələri, iş adamları  və digərləri bayram münasibəti ilə göstərilən yardımlara görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.

Mart ayının 19-da rayonda keçirilən silsilə tədbirlər çərçivəsində  Nəsimi rayon İcra Hakimiyyətində  “Gülsam” Əlillərin Reablitasiyası İctimai Birliyinin üzvləri, həmçinin gözdən əlillər və müxtəlif səbəblərdən əlil olmuş saglamlıq imkanları  məhdud olan şəxslərin iştirakı  ilə tədbir keçirilmişdir. Tədbirdə  “Gülsam” Əlillərin Reablitasiyası İctimai Birliyinin sədri Gülnarə Səlimova və digərləri  əlil vətəndaşlarımıza və sağlamlıq imkanları məhdud olan şəxslərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər. Tədbirin sonunda saglamlıq imkanları məhdud olan 500 nəfərə bayram sovqatları təqdim olunmuşdur.

Mart ayının 28-də Nəsimi rayon İcra Hakimiyyətində rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, özəl qurumların, mənzil-tikinti kooperativlərinin, rayon əzrazisində pilot layihələri həyata keçirən şirkət rəhbərlərinin, iş adamlarının, rayon təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilmişdir. Müşavirədə rayon ərazisində abadlıq-quruculuq, “Abad həyət” layihələri çərçivəsində yeni nümunəvi həyətlərin salınması, məktəb və məktəbəqədər müəssisələrin təmiri, təmizliyin və normal sanitar vəziyyətin təmin edilməsi işləri davam etdirilir. Müşavirədə Azərbaycanda Xalq Cümhuriyyətinin 100 illiyi çərçivəsində keçirilən və nəzərdə tutulan tədbirlərlə bağlı hazırlıq işlərinin vəziyyəti barədə müvafiq tapşırıqlar verilmişdi.

Müşavirədə həmçinin Azərbaycan Respublikası  Prezidenti seçkiləri ilə əlaqədar rayon ərazisində seçkilərin azad, demokratik və şəffaf keçirilməsinin təmin edilməsi, Azərbaycan Respublikasının Seçki Məcəlləsi və  “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirlməsi haqqında” Sərəncamın icrası ilə əlaqədar rayon icra hakimiyyətinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsinin vacibliyi qeyd olundu və aidiyyəti üzrə tapşırıqlar verilmişdi. Çıxış edən ictimaiyyət nümayəndələri, iş adamları bu gün Azərbaycanda mövcud olan ictimai-siyasi sabitliyin, əmin-amalığın  dayanıqlı və  möhkəmliyinin qorunması, sosial-iqtisadi sahədə dinamik inkişafına, sahibkarlığın inkişafında yaradılan münbit şəraitin, ölkə başçısının bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətin mühüm əhəmiyyət kəsb etdiyini, rayon ərazisində sakinlərin rifahına yönəlmiş nəzərə çarpacaq tədbirlərin  görüldüyünü, sakinlərlə yerlərdə keçirilən çoxsaylı görüşlərdə qaldırılan məsələlərin həlli ilə bağlı əməli addımların atıldığını, tədbirlərdə rayon ictimaiyyəti nümayəndələrinin, sakinlərin də yaxından iştirak etdiyini və növbəti tədbirlərdə daha fəal olacaqlarını vurğulamışdılar. 

Mart ayının 29-da Azərbaycan Respublikasının  Müdafiə Nazirliyi Nəsimi rayon İcra Hakimiyyəti ilə birgə 2016-cı ilin Aprel döyüşlərinin növbəti  ildönümü münasibəti ilə Nizami Kino Mərkəzində  “Qələbəyə gedən yol” adlı hərbi vətənpərvərlik tədbiri keçirmişdir. Tədbirdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və C.Naxçıvanski adına hərbi liseyin kursantları, rayon məktəblilərinin yuxarı sinif şagirdləri, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin üzvləri, rayon veteranlar cəmiyyətinin üzvləri və ictimaiyyət nümayəndələri iştirak etmişdilər.

Tədbir  Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin hərbi orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılmış, sonra  torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının, o cümlədən Aprel döyüşləri şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilmiş,  daha sonra Azərbaycan Silahlı Qüvvələrinin güç və rəşadətindən bəhs edən video çarx nümayiş edilmişdir.

Tədbirdə Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, Aydın Mirzəzadə, Məlahət İbrahimqızı, Müdafiə Nazirliyinin Şəxsi heyət Baş İdarəsinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi general-mayor  Rasim Əliyev iştirak etmişdilər.

Azərbaycan Respublikası  Müdafiə Nazirliyinin  Nəsimi rayon İcra Hakimiyyəti ilə birgə təşkilatçılığı ilə hazırlanmış  “Azərbaycan əsgəri” mahnısı və klipi ilk dəfə olaraq tamaşaçılara təqdim olunmuşdu.  Sözləri Zahid Əzizə, musiqisi Elvin Orucova məxsus, əməkdar artist Ehtiram Hüseynov, İlkin Əhmədov  və Tural Salmanov tərəfindən canlı ifa olunan “Azərbaycan əsgəri” mahnısı tədbir iştirakçılarının tərəfindən  coşqu ilə qarşılanmışdır. Sonra Azərbaycan Respublikası  Müdafiə Nazirliyi  və Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən “Azərbaycan əsgəri” mahnısının yaradıcı heyəti qiymətli hədiyyələrlə mükafatlandırılmışdı.

 31 Mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı rayonun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində bir sıra tədbirlər keçirilmişdir. Belə ki,  rayonda yerləşən tam orta məktəblərdə  sərgilər təşkil olunmuş, dəyirmi masalar, konfranslar,  rəsm sərgiləri keçirilmiş, martın 31-də rayonun bütün orta məktəblərində  birinci dərs soyqırım tarixinə həsr olunmuşdur. Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən mart ayının 31-də rayon ərazisində yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin   Təsviri Sənət qalereyasında Nəsimi məktəblilərinin rəsm sərgisi  keçirilmişdir. Tədbirdə 31 Mart - azərbaycanlıların soyqırımına həsr olunmuş videoçarx nümayiş olunmuş, çəkdikləri rəsmlərə görə bir qrup  məktəbliyə Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim edilmişdi.

 

Nəsimi rayon İcra Hakimiyyəti Apellyasiya Şurasının müraciətlərinin elektron qəbulu sisteminə nəzarət edilmiş, Rayon İcra Hakimiyyətinə və Apellyasiya Şurasına sahibkarlardan şikayət müraciətləri daxil olmamışdır.

Аzәrbaycan Respublikası Prezidentinin 27 аprel 2016-ci il tarixli, 1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Аçıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün  Milli Fəaliyyət Planı»ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir.

Şəffaflığın artırılması və açıq hökumətin təşviqi sahəsində müəyyən edilmiş tədbirlərlə bağlı olaraq informasiya əldə edilməsi, rayon İcta Hakimiyyətinin öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumatyların verilməsi, o cümlədən məlumatların mütəmadi olaraq, yeniləşmiş əsaslarla İH-nin internet saytında yerləşdirilməsi, rayon İcra Hakimiyyətinin illik hesabatının internet səhifəsində açılması, toplantı və yığıncaqlarda, sakinlərlə görüşlərdə ictimaiyyətə məlumatların verilməsi həyata keçirilmişdir.

RİH Başçısinin yerlərdə keçirilən səyyar qəbullarında, sakinlərlə görüşlərdə, müşavirələrdə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən geniş yığıncaqlarda rayon ərazisində ictimai maraq kəsb edən məsələlər geniş müzakirə olunur, rəy və təkliflər öyrənilir, müvafiq qərarlar verilir. Rüb ərzində aşkarlığı və şəffaflığı təmin etmək məqsədi ilə kütləvi informasiya vasitələrinin inkanlarından geniş istifadə edərək Nəsimi rayonu üzrə görülmüş işlər barədə məlumatların ictimaiyyətə  çatdırılması  işləri davam etdirilmişdir. RİH Başçısının 1 nömrəli, 2 nömrəli və 3 nömrəli nümayəndəliklərinin illik hesabatları 2018-ci ilin yanvar ayında geniş müzakirə edilmiş, görülən işlər barədə ictimaiyyətə geniş məlumat verilmişdir. Rayon İcra Hakimiyyətinin 2017-ci ilin yekunlarına dair hesabatı 02.02.2017-ci il tarixdə şuranın geniş iclasında müzakirə edilmiş, yığıncaq iştirakçılarına və ictimaiyyət nümayəndələrinə görülmüş işləri əks etdirən film və rayonun 2017-cı ildə uğurlu inkişafını əks etdirən 68 səhifəlik “Nəsimi rayonu” xüsusi buraxılışı təqdim edilmişdir.

Hesabat dövründə əhalinin sosial müdafiəsi, mənzil-məişət, birdəfəlik maddi yardımlarla bağlı məsələləri barədə müraciətləri diqqət mərkəzində  saxlanılaraq əhalinin aztəminatlı təbəqəsinə dövlət qayğısı çərçivəsində rayon İcra Hakimiyyəti tərəfindən  vətəndaşlara köməkliklər göstərilmişdir.

20 Yanvar və Xocalı faciəsi günləri, «Novruz Bayramı» ərəfəsində sakinlərə ərzaq payı və maddi yardımlar göstərilmişdir.

Hesabat dövründə rayonun hüquq mühafizə orqanları tərəfindən ictimai-siyasi sabitliyin,  asayişin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması,  cinayətlərin qarşısının alınması və açılması sahəsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə nail olmuşlar.

 Hesabat ili ərzində Azərbaycan Respublikası Rrezidenti Administrasiyası Rəhbəri, Administrasiyanın Ərazi-təşkilat məsələləri şöbəsi, Dövlət nəzarəti şöbəsi və digər şöbələri, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş tapşırıq və göstərişlərin icrası məqsədilə rayon İcra Hakimiyyəti Başçısı Aparatı, yerli İcra Hakimiyyəti strukturları tərəfindən müvafiq tədbirlər görülmüş, rayon üzrə məlumat və arayışların hazırlanması, müəyyən olunmuş qaydada mərkəzləşmiş informasiya sisteminə ötürülməsi təmin edilmişdir.

2018-ci ilin 3 ayı ərzində «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə ciddi olaraq əməl edilməklə Rayon İcra Hakimiyyəti Başıçısı Aparatı, sahə inzibati ərazi dairələri nümayəndəliklərində  vətəndaşların yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait təmin edilmişdir.

2018-ci ilin 3 ayı ərzində RİH Başçısı Aparatına vətəndaşlardan 864 ərizə və müraciət  daxil olmuşdur.

Onlardan 317-si  Prezidentin Administrasiyasından,

                14-si    Milli Məclisdən, 

                57-i Nazirlər Kabinetindən,

                144-ü Mərkəzi orqanlardan və Bakı şəhər İH-dən,

                332-si vətəndaşlar tərəfindən bilavasitə rayon İcra Hakimiyyətinə daxil olmaqla, 22-i təkrar, 146-sı kollektiv  ərizələrdir.           

Azərbaycan Respublikası Prezidenti Administrasiyanın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun mərkəzi respublika qəzetlərində cari ilin 13-14 fevral tarixində dərc edilmiş «Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar vətəndaş müraciətlərinin həlli üçün etibarlı zəmindir» başlığı ilə geniş məqaləsində vətəndaş müraciətlərinə baxılması sahəsində qarşıda duran vəzifələri, mövcud nöqsanların aradan qaldırılması istiqamətlərini müəyyənləşdirmişdir. 

RİH və yerli strukturların məsul əməkdaşları tərəfindən məqalədə qeyd olunan tövsiyələr və irəli gələn vəzifələrlə bağlı görüləcək işlərin icrasına başlanmışdır.

Keçidlər