Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbulda sakinlərin müraciətlərini dinlədi
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 2018-ci il aprel ayının 18-də 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. O, M.Əliyev küçəsi 210 ünvanda “Vinter” otelin konfrans zalında təşkil olunmuş qəbulda sakinlərin müraciətlərini dinləmişdir. RİH Başçısı sakinləri xalqımız və ölkəmiz üçün çox əlamətdar bir hadisə - cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edərək, vətənimizin möhtərəm Prezidentimizin rəhbərliyi altında durmadan inkişaf etdiyini, quruculuq işlərinin ölkəmizin hər bir guşəsində olduğu kimi Nəsimi rayonunda da uğurla aparıldığını və Nəsimi rayon sakinlərinin seçkilərdə yüksək fəallıq göstərdiyini, onların mütləq əksəriyyətinin cənab İlham Əliyevə səs verdiklərini bildirdi.
Qəbulun gedişində sakinlər cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə sevinclərini bölüşərək ürək sözlərini bölüşmüş və onları maraqlandıran məsələlər barədə müraciət etmişlər. Sakinlərdən Sultanova Raminə, Əliyev Elşən, Həsənov Akif, İbrahimzadə Zəki və digərləri bir sıra məsələlərlə ilə bağlı müraciətlər etmişlər.
Sakinlərin müraciətləri məhəllənin işıqlandırılması, mənzil növbəsi, köhnə yaşayış məhəlləsinin pilot layihəyə salınması, kafe-bar obyektinin narahatlıq yaradan fəaliyyəti, dam örtüyünün təmiri barədə olmuşdur. Vətəndaş Təhməzov İmran yaşadığı ərazidə geniş abadlıq işlərinin aparıldığını nəzərə alaraq binaların həyətlərində sakinlərin istifadəsində olan eyvanların onların istəklərinə uyğun təmir olunması məsələsinə baxılması barədə müraciəti ilə bağlı bildirilmişdir ki, ölkə başçısının tapşırıqlarının icrasına yönəlmiş tədbirlər çərçivəsində paytaxtımızda, rayon ərazisində, xüsusilə mərkəz hissəsədə pilot layihələrin həyata keçirilir, yaşayış üçün yararsız vəziyyətə düşmüş, qəzalı olan, şəhərin görünüşünə xələl gətirən tikililərin sökülərək yerində müasir yaşayış binaları tikilir, bu istiqamətdə artıq 32 məhəllədə layihələrin gerçəkləşməsi üçün əməli addımlar atılır. Bundan başqa ərazilərdə abadlıq quruculuq işləri, binaların, onların fasadlarının, xüsusilə eyvanların yenidənqurulması işləri aparılır.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.