Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbul keçirdi

25 aprel 2018 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 2018-ci il aprel ayının 25-də 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. RİH Başçısı Asif Əsgərov S.Vurğun küçəsi 112 ünvanda yerləşən inzibati binanın zalında sakinlərin müraciətlərini dinləmişdir.

Sakinlərdən  Musayev  Həsən,  Ağayev Seyfəl, Məcidov Aydın, Süleymanov Raqif, Ağayev Tahir və digərləri bir sıra məsələlərlə ilə bağlı o cümlədən mənzilin dam örtüyünün təmiri,  küçə işıqlandırılması, binanın zirzəmisində su xəttinin sıradan çıxması, sahibsiz itlərlə bağlı müvafiq tədbirlərin görülməsi barədə müraciətlər etdilər. Məskunlaşdıqları yataqxananın yarıtmaz vəziyyətdə olan dam örtüyünün 2 il əvvəl təmir olunması barədə Süleymanov Raqif razılığını bildirərək, zirzəmidəki su xəttinin təmirinə ehtiyac olduğunu qeyd etmişdir. Möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosialyönümlü proqramların uğurla həyata keçirildiyi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair  verdiyi tapşırıqların icrası istiqamətində görülən ardıcıl işlər barədə sakinlərə məlumat verildi. Ağayev Seyfəl əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönələn pilot layihələrin dövlət tərəfindən atılan təqdirəlayiq addımlardan olduğunu qeyd edərək, yaşadıqları ərazidə bu layihələrin həyata keçirilməsi zamanı uşaq bağçaları-körpələr evinin tikilməsinə ehtiyac olduğunu bildirmişdir.  İcra Hakimiyyətinin Başçısı rayon ərazisində 70-dən çox layihələrin müzakirə olunduğunu, 32 pilot layihənin həyata keçirilməsi istiqamətində müvafiq işlərin aparıldığını, 21 layihə üzrə məhəllələrdə köçürmə, söküntü-tikinti işlərinin aparıldığını və bu işlərin davam etdirildiyini qeyd etmiş və pilot layihələrdə uşaq bağçaları-körpələr evinin nəzərdə tutulduğunu vurğulamışdır.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.

Keçidlər