Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbul keçirdi
Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 2018-ci il aprel ayının 30-da 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. RİH Başçısı Asif Əsgərov 4-cü mikrorayon, MirCəlal küçəsi 40 ünvanda yerləşən 247 saylı məktəbin akt zalında sakinlərin müraciətlərini dinləmişdir.
Sakinlərdən Həsənova Lamiyə, Kosayev Şahin, Əsədova Solmaz, Hüseynova Məhəbbət, Əliyeva Vəfa, Allahverdiyev Ceyhun, İmanova Xəyalə,Əzəmətov Etibar və digərləri bir sıra məsələlərlə ilə bağlı o cümlədən mənzil ilə təmin olunma, binalarda girişlərin işıqlandırılması, uzun illər qanunsuz çəpərlənmiş sahələrin təmizlənməsi, sahibsiz heyvanlarla bağlı tədbir görülməsi, tikinti ərazisindən çıxan yük maşınlarının yolları çirkləndirməsi barədə müraciətlər etdilər. Məskunlaşdıqları uşaq bağçasından köçürülmələri barədə Vəfa Əliyevanın müraciəti ilə bağlı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosialyönümlü proqramların uğurla həyata keçirildiyi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair verdiyi tapşırıqların icrası istiqamətində görülən ardıcıl işlər barədə məlumat verildi.
Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır.