Azərbaycan Xalq Cümhuriyyətin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.
1 saylı tam orta məktəbdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Şərqin ilk Demokratik Respublikası” adlı ədəbi-bədii tədbir keçirilmişdir. Maarifləndirici və musiqili tədbir gələn qonaqların diqqətini cəlb etmişdir.Azərbaycanın bölgələrinə aid təşkil olunan sərgilər, kitab, fotoşəkil guşələri, Cümhuriyyət liderlərinin stendləri mövzunu tamamlayırdı. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini nəzərə çatdıran qonaqlar müsəlman Şərqində ilk parlamentli respublika olan Cümhuriyyətin qurulmasının xalqımızın həyatında misilsiz hadisə olduğunu bildirdilər. Qeyd edildi ki, müasir Azərbaycan gəncliyi milli dövlətçilik tariximizin ən parlaq səhifələrindən olan Cümhuriyyət dövrünü dərindən öyrənməli, ölkəmizdə, o cümlədən xaricdə yaşayan həmyaşıdları ilə daim təmasda olaraq, tariximizlə bağlı məlumatları dünya ictimaiyyətinə çatdırmalıdırlar.