Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbul keçirdi

04 may 2018 | 16:00

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı təsdiq olunmuş qrafikə uyğun olaraq 2018-ci il may ayının 04-də 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə səyyar qəbul keçirmişdir. RİH Başçısı Asif Əsgərov S.Vurğun küçəsi 49 ünvanda yerləşən   “Dünya Biznes Mərkəzi” binasının zalında sakinlərin müraciətlərini dinləmişdir.

Sakinlərdən Hümbətov Suru,  Kərimova Qənirə, Mansurov Tapdıq, Məmmədov İlqar, Quliyev Feyruz və digərləri bir sıra məsələlərlə  bağlı, o cümlədən mənzil ilə təmin olunma,  həyətin asfalt örtüyünün təmiri, yeraltı keçidlərin eskalatorlarının təmir edilməsi, küçə ticarəti ilə bağlı tədbir görülməsi barədə müraciətlər etdilər.

Möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər bir guşəsində olduğu kimi Nəsimi rayonunda da geniş abadlıq-quruculuq işlərinin aparıldığını qeyd edən başçı rayon sakinlərinin rifahının daha da yaxşılaşması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirdi və sakinlərin müraciətləri ilə bağlı görüləcək işlər barədə müvafiq izahatlar verdi.

Nəcəfova Afaq, Hümbətov Suru yaşadıqları binanın qəzalı olduğunu nəzərə alaraq pilot layihəyə salınmasının vacibliyini qeyd etdilər və bu müraciətlə bağlı İcra Hakimiyyətinin Başçısı rayon ərazisində 70-dən çox layihələrin müzakirə olunduğunu, 32 pilot layihənin həyata keçirilməsi istiqamətində müvafiq işlərin aparıldığını, 21 layihə üzrə məhəllələrdə köçürmə, söküntü-tikinti işlərinin aparıldığını və bu işlərin davam etdirildiyini vurğulamışdır.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir. Qəbulun gedişində sakinləri maraqlandıran digər məslələr barədə söhbət aparılmışdır. 

Keçidlər