Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayon Məşğulluq Mərkəzində “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu barədə işəgötürənlərin məlumatlandırılması mövzusunda sahibkarların, idarə və müəssisə rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.

11 may 2018 | 16:00

Dövlət Məşğulluq Xidmətinin təsdiq olunmuş qrafikinə uyğun olaraq 11 may 2018-ci il tarixdə Nəsimi rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə “İSR Plaza”da “İşsizlikdən Sığorta Haqqında” Azərbaycan Respublikasının Qanunu barədə işəgötürənlərin məlumatlandırılması mövzusunda kiçik və orta sahibkarların, idarə və müəssisələrin nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.

Tədbirdə Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İ.Həsənov, Nəsimi rayon İcra Hakimiyyətinin iqtisadiyyat şöbəsinin məsləhətçisi M.Kərimli iştirak etmişdir.

Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İ.Həsənov çıxış edərək “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunundan danışaraq bildirdi ki, bu Qanunun məqsədi Azərbaycan Respublikasının Əmək Bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyələşdirmə mexanizmlərinin yaradılması, sığorta olunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. O, Nazirlər Kabinetinin “İşsizlikdən Sığorta ödənişinin verilməsi qaydası” , “Sığorta olunanların əmək haqlarının maliyələşdirilməsi qaydası haqqında” tədbir iştirakçılarına ətraflı məlumat verərək sığorta olunanların əmək haqlarının maliyyələşdirilməsi proqramı və digər aktiv məşğulluq tədbirlərindən danışdı. Məşğulluq Mərkəzinin mütəxəssisi Q.İsayev  rayondakı əmək bazarının vəziyyəti haqqında məlumat verərək vətəndaşların məşğulluğunun təmin edilməsində işəgötürənlərin rolundan danışdı.

Tədbirin sonunda iştirakçıların sualları ətraflı cavablandırıldı.

Keçidlər