Şriftin ölçüsü :

Saytın rəngi :

“Novruz gəlir, yaz gəlir, bir əlində saz gəlir!”

16 mart 2013 | 16:00

   Milli   bayramımız  Novruzun  gəlişi  ilə  əlaqədar  Nəsimi rayonu  N.Axundov adına 1 saylı tam orta məktəbdə “Novruz gəlir, yaz gəlir, Bir əlində saz gəlir!” adı altında müxtəlif istiqamətlərdə  tədbirlər  keçirilmişdir. Məktəbin  dəhlizi  Novruz  atributları  ilə  divar  qəzetləri  və  stendlərlə  bəzədilmiş,
  “Novruz   gəlir, yaz  gəlir,
  Bir  əlində  saz  gəlir!”  adlı  şeir  və  musiqi  müsabiqəsi  keçirilmişdir.
S.Vurğunun, B.Vahabzadənin, N.Xəzrinin, M.Dilbazinin, N.Rəfibəylinin  şeirlərindən ibarət bədii  kompozisiya  təşkil  olunmuşdur.
Məktəb  kitabxanasında  “İçərişəhər”  və  “Novruz adətləri” adlı kitab-foto sərgisi təşkil olunmuşdur.
Milli adət, ənənlərimizi yaşatmaq məqsədi ilə  müəllimlərimiz  açıq  dərslər  keçirmişlər.
Həmçinin məktəbdə  musiqili, əyləncəli, kütləvi  tədbir  təşkil  olunmuşdur. Tədbirdə  4  çərşənbə  ilə  əlaqədar   səhnələşdirilmiş  hissələr  nümayiş  etdirilmişdir. Kosa  və  Keçəl  tədbiri  daha  da  canlandırmışlar.

Keçidlər