Şriftin ölçüsü :

Saytın rəngi :

Nəsimi rayonunda Beynəlxalq Ailə günü qeyd edildi

15 may 2018 | 16:00

15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq ailə günü kimi qeyd olunur. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət indi də dövlət başçımız İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir. Dövlət ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu inkişafını tapmışdır. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapmaqdadır.

Ölkənin Birinci vitse- prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın ailə, qadın və uşaq məsələlərinə, bu sahədə aktual problemlərə həssas münasibəti bunu bir daha təsdiq edir. Mehriban Əliyevann təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi nəhəng proqram və layihələr ailələr üçün, sözün əsl mənasında böyük dayaqdır. Onun uşaqlara xüsusi qayğısı, ailələrin problemlərinə diqqəti həmin genişmiqyaslı, çoxsaylı tədbirlərdə özünü göstərir.

Nəsimi rayonunda Xalq Cumhuriyyətinin 100 illiyi və Beynəlxalq Ailə günü münasibəti ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə birgə tədbir keçirilmişdir. Tədbirdə Nəsimi rayonunda yaşayan  50 ilə yaxın  birgə ömür sürmüş  25  ailə,  ağsaqqal və ağbirçəklər, yeni ailə quracaq  4  cütlük  və qonaqlar  iştirak  edirdilər.

Bayram tədbirində Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək bildirdi ki,  15 may dünyada  Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu tədbir  planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər milli mənəvi dəyərlərin qorunmasının vacibliyini hər zaman vurğulamışdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də uğurla  həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin Birinci vitse- prezidenti , Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər.

Tədbirdə Nəsimi rayon Qeydiyyat Şöbəsinin rəisi Aynur Sabitova çıxış edərək bildirdi ki, Azərbaycanda ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir. Amma dəyişən zaman, müasir inkişaf, qloballaşma, heç şübhəsiz, kiçik dövlət modeli sayıla biləcək Azərbaycan ailələrinə  də öz təsirini göstərib. Bir həqiqət vardır ki,bu gün bütün dünyada boşanmaların sayı çoxalmışdır. Bunun əsas səbəblərindən biri də gənc cütlüklərin əsl ailə barədə biliklərinin olmamasıdır. Həmçinin ailələrin dağılmasına səbəb olan amillərin biri də gənc ailələrə kənar müdaxilələrin olmasıdır. Sosial dayağımız olan gənc ailələrin qorunması üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik.

Tədbirdə iştirak edən ağsaqqallar,  ağbirçəklər və 50 ilə yaxın  birgə ömür sürmüş ailələrin üzvləri nikahı kəsiləcək cütlüklərə xeyir-dua verərək dəyərli məsləhətlərini və tövsiyyilərini bildirdilər.Daha sonra təntənəli şəraitdə yeni ailə quracaq  gənclərin nikah mərasimi keçirildi. Bayram tədbirində fəallıq göstərən 25 ailəyə fəxri diplomlar təqdim olundu.Tədbirin sonunda nikaha daxil olmuş cütlüklər rayon ərazisindəki parklarda və yaşıllıq zolaqlarında 100 ədəd qızılgül  kolları əkdilər. 

Keçidlər