Şriftin ölçüsü :

Saytın rəngi :

A.Novruzbəyli adına 46 nömrəli tam orta məktəbdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”nə həsr olunmuş “Şərqdə ilk qalibiyyət günəşi” adlı tədbir keçirildi

16 may 2018 | 16:00

Tədbir şagirdlərin rəsmlərindən, əl işlərindən, dulusçuluq nümunələrindən, milli naxışlarla toxuma işlərindən  və milli mədəniyyətimizlə bağlı qədim əşyalardan ibarət təşkil olunmuş sərginin nümayişi ilə başlanmışdır.

Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin  Başçısı Asif Əsgərov çıxış edərək bildirdi ki, 28 may tarixi Azərbaycan xalqının dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmışdır. 1918-ci ilin 28 may tarixində əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik ənənələrində canlı bir səhifə olmaqla yanaşı onun demokratik ənənələrə sadiqliyinin və azadlıq ruhunun sübutudur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi bu əlamətdar hadisəyə dövlət səviyyəsində layiqincə qiymət verilməsinin bariz nümunəsidir. Tədbir məktəb xorunun ifasında mahnılar, rəqs qrupunun ifasında rəqslər və şagirdlərin ifasında Azərbaycan Cümhuriyyətinə həsr olunmuş şeirlərlə davam etmişdir.

Tədbirdə  millət vəkilləri – Məlahət İbrahim qızı, Sahibə Abbasova, Bilik Fondunun rəhbəri Oktay Səmədov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri iştirak etmişdilər.

 

                   

 

             

Keçidlər