Nəsimi rayonu 100 saylı körpələr evi-uşaq bağçasında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”nə həsr olunmuş tədbir keçirildi
19 may 2018 | 16:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ilə əlaqədar paytaxtın Nəsimi rayonunun idarə, müəssisə və təşkilatlarında, elm, təhsil və səhiyyə müəssisələrində silsilə tədbirlər təşkil edilib keçirilir.
Nəsimi rayonunda növbəti tədbir 100 saylı körpələr evi-uşaq bağçasında keçirilmişdir. Bayram tədbirində bağça uşaqlarının rəqsləri və Vətənə həsr olunmuş şeirləri tədbirdə iştirak edən qonaqların alqışları ilə qarşılanmışdır.